Şirk böyük bəladır. Allahın sevmədiyi şirkdir. ''Allah etmədi, mən etdim. Allah etmədi, bu etdi'' deyilməsidir. Allah ''hamısını Mənim etdiyimi bilin, Mən də sizə olan nemətimi artırım'' deyir. Amma ''mən etdim desəniz onda sizi tərk edərəm və cəzalandıraram'' deyir Allah.
(A9 TV; 23 fevral 2014)
Adnan Oktar
-
İncəsənət yoxdursa, keyfiyyət yoxdursa, gözəllik yoxdursa istədiyin qədər körpü tik, yol sal bunların faydası olmaz. İncəsənət, estetika, iman, şadlıq, sevinc, Allah qorxusu, Allah eşqi hər yeri əhatə etməlidir.
(A9 TV; 23 fevral 2014)
Adnan Oktar
-
Xalqın çox hissəsi dəhşəti, gücü kim əlində tutursa ona meyl göstərər. Buna görə bu seçkinin ədalətli olması üçün, dövlət Cənub-şərqdə gücünü göstərərək xalqın üstündəki dəhşət və qorxunu tamamilə qaldırmalıdır. Yoxsa PKK-nın silahlarının kölgəsində aparılan seçkinin ədalətli bir seçki olması çox çətindir.
(A9 TV; 22 fevral 2014)
Adnan Oktar
-
Mehdiyyət əziyyətli, uzun bir dövrdür. Bir çox şey gəlib keçər, bir çox şey gəlib keçər, mehdiyyət körpü kimi dayanar. Mehdiyyət sonda axirətə də, dünyaya da bir gözəllik olaraq insanlara nurunu saçar.
(A9 TV; 22 fevral 2014)
Adnan Oktar
-
Allah səbri əsas götürür. Bura imtahan yeridir. Axşam nişan, səhər toy olmaz. Mütləq ki, əziyyətli uzun bir dövr keçəcək. İmtahan olunacaqsan.
(A9 TV; 22 fevral 2014)
Adnan Oktar
-
Bizim könlümüz axirətdədir. Bizim könlümüz Rəbbimizin razılığındadır. Vəzifədə, mövqedə deyil.
(A9 TV; 21 fevral 2014)
Adnan Oktar
-
İslam Birliyi olacaq, İslam dünyaya hakim olacaq görəcəksiniz, 5-10 il ərzində görəcəksiniz. Türkiyənin liderliyində olacaq. Bütün dünya massonluğu hz. Mehdi (ə.s)-ın əmrinə girəcək.
(A9 TV; 21 fevral 2014)
Adnan Oktar
-
Yəhudi düşmənliyi, yəhudi əleyhdarlığı, xristian düşmənliyi, xristian əleyhdarlığı, buddist nifrəti, yaxud ateistlərə qarşı öldürücü bir nifrət― bunlar zülmdür, ağılsızlıqdır, qəddarlıqdır. Allah səni də ateist, yəhudi və ya xristian yarada bilərdi. Biz onlara şəfqətli olmaq və mehriban davranmaqda məsuluq.
(A9 TV; 21 fevral 2014)
Adnan Oktar
-
Moşiyahın, yəni hz. Mehdi (ə.s)-ın yerinə yetirəcəyi vəzifə nədir? Dünyanı dinsizlikdən, darvinizmdən, materializmdən qurtarmaq, dünyanı bayram yerinə çevirmək, dünyanı sanki toy salonuna çevirmək, əzablara son qoymaqdır.
(A9 TV; 21 fevral 2014)
Adnan Oktar
-
Allah şirki sevməz. Çünki Allaha qarşı hörmətsiz rəftardır. Allah etdiyi halda ''mən etdim, o etdi, bu etdi'', belə olmaz.
(A9 TV; 20 fevral 2014)
Adnan Oktar
-
Danışmağı qadağan etmək çox təhlükəlidir. Çox anormal bir hərəkətdir. Hər kəs danışsın, heç nə olmaz. Fikirlər, keyfiyyət elə inkişaf edər. Yoxsa küt və ölü bir sistem yaranar.
(A9 TV; 19 fevral 2014)
Adnan Oktar
-
3-lər, 7-lər,19-lar, 40-lar ilə kainat kodlanmışdır. Hətta 12 mart və 12 sentyabr tarixi Xızır (ə.s) tərəfindən müəyyən edilir. 27 may tarixindəki 27 rəqəmi 9-un nisbətidir. Plansız heç nə olmur. Rəqəmlər həmişə hərəkətdədir. Kainatda rəqəmlər həmişə vəzifə yerinə yetirərlər.
(A9 TV; 19 fevral 2014)
Adnan Oktar
-
İctimaiyyəti də, hökuməti də qoruyub-saxlamalarını, qardaş kimi birlikdə xidmət etmələrini təmin edək. Türkiyə böyük təhlükənin içindədir. Bölünmə təhlükəsi qapıdadır. Diqqətli olmalıyıq. 50-ni 50 ilə qırdırmarıq. 50-ni 50 ilə birləşdirib 100 edərik. Onlar çox pis oyunlardır. O oyunlara aldanmayın.
(A9 TV; 16 fevral 2014)
Adnan Oktar
-
Türkiyəni parçalayan bir sistemə icazə vermərik. Türkiyənin bölünəcəyini hiss etsək, buna aid əlamət görsək yeri yerindən oynadarıq. 70 milyon lazım olsa şəhid olarıq.
(A9 TV; 16 fevral 2014)
Adnan Oktar
-
Cənub-şərqi Allahın izni ilə Parisə, Londona bənzədəcəyik, cənnət kimi olacaq. Qardaşlarımızın çəkdikləri əziyyət kifayətdir.
(A9 TV; 14 fevral 2014)
Adnan Oktar
-
Mehdiyyətin olmadığı yerdə vəhşilik olar. Allah bunu insanlara göstərir, daha da göstərəcək. Qarşıdakı günlərdə daha da şiddətli görəcəklər. O vaxta qədər ki, İsa Məsihə, Mehdi (ə.s)-a, İslam Birliyinə sevgi yaransın.
(A9 TV; 14 fevral 2014)
Adnan Oktar
-
Allah hz. Mehdi (ə.s)-ın, İsa Məsihin zühurunu istəyir. Qarşısına çıxan hər maneəni yerlə yeksan edir, əksi mümkün deyil. Allahın dediyi mütləq olacaq.
(A9 TV; 14 fevral 2014)
Adnan Oktar
-
Bura oyun, əyləncə yeri deyil və yaxud yaşanacaq yer deyil. Biz bura imtahan olunmaq üçün gəldik.
(A9 TV; 14 fevral 2014)
Adnan Oktar
-
İraq yerlə yeksan olacaq. Mümkün deyil, mehdiyyətdən kənarda dünya xilas olmaz. Mehdi (ə.s)-a tabe olmaqdan başqa xilas olmaq mümkün deyil. Anlamazlığa vursalar, Allah zorla izah edəcək. İllah ki, Mehdi (ə.s), illah ki, İsa Məsih, illah ki, İslam Birliyi.
(A9 TV; 14 fevral 2014)
Adnan Oktar
-
Belə rahatlıqla evlərinizdə oturub çeklə, sənədlə, ticarətlə məşğul olmağınız, məktəblərinizi bitirib, evlənib, işinizdə-gücünüzdə olmağınız bir başqa dünya olur. Belə bir şeyə Allah icazə verməz. Allah dünyanı bunun üçün yaratmadı. Allah, Mehdi (ə.s)-ın zühurunu, İsa Məsihin zühurunu, İslamın dünyaya hakimiyyətini istəyir.