Hörmətli Destici səmimi bir müsəlmandır, Allah yolunu açıq etsin. Mücahidləri də Allah nur etsin, onların şövqünü artırsın.
(A9 TV; 21 Aprel 2013)
Adnan Oktar
-
Qadını gözündə ucaldacaqsan, dəyər verəcəksən. Bir çox yerdə qadına dəyər vermirlər. Belə olanda qadını itirmiş olarsan. Allah əlindən neməti alar. Sənin üçün bəlaya çevrilər. Üzün qaralar, çox pis olar.
(A9 TV; 18 Aprel 2013)
Adnan Oktar
-
Qardaşlarımız kommunistlərə qarşı çox şəfqətli olsunlar. Onsuz da bir fəlakətin içinə düşüblər, yəni mərhəmətsiz davranmaq, nifrət etmək olmaz. Mərhəmətlə, şəfqətlə yaxınlaşmaq lazımdır. Xilas olmaları üçün dua edib, mehriban tərzdə İslamı, Quranı sevmələri üçün cəhd göstərmək lazımdır.
(A9 TV; 18 Aprel 2013)
Adnan Oktar
-
Eşqin, bağlanmağın dərin cəhəti budur; bağışlayıcı, mərhəmətli, qoruyucu olmaq, dərin düşünmək, gözəllikləri, hikmətləri təfsilatı ilə görmək və səbir. Səbir çox əhəmiyyətlidir.
(A9 TV; 18 Aprel 2013)
Adnan Oktar
-
Allah uğrunda əziyyət çəkirsən, sevgini göstərmiş olursan. Əziyyət çəkməsən, doymazsan. Sevirəm, amma əziyyət çəkməmişəm, bu olmaz. Leyli ilə Məcnun hadisəsində də əziyyət çəkdiyi üçün o sevgi bizim gözümüzdə gözəl olur. Allah uğrunda da əziyyət, ağrı-acı çəkiləndə gözəldir. Yoxsa, cəhd göstərmədən hər kəs sevər.
(A9 TV; 18 Aprel 2013)
Adnan Oktar
-
Allah nə gözəl imtahan mühiti yaradıb. Zəif insanlara Allah Özünü örtür, güclü insanlara da Özünü daha da açır, göstərir. İman onda qiymətli, daha gözəl olur. Çünki axtararaq tapırsan, əziyyət çəkirsən.
(A9 TV; 18 Aprel 2013)
Adnan Oktar
-
Dünyanın heç bir yerində, heç kimi söyə bilməzsən. Söymək haqqı yoxdur. Sən söymək haqqını versən, daha sonra döymək, öldürmək haqqı da verərsən.
(A9 TV; 17 Aprel 2013)
Adnan Oktar
-
Müsəlmanın izzəti-nəfsi vardır, şərəfi vardır, qüruru vardır. Söydürməz özünü. Müsəlmanları söyülməyə alışdırmağa çalışırlar. Bunu qəbul etmərik. Belə bir şey olmaz.
(A9 TV; 17 Aprel 2013)
Adnan Oktar
-
Baş nazirimizə güvənirik. Baş nazir çox ayıq, diqqətli, fırtına kimidir, maşAllah. MİT də çox cəsarətlidir. Ordumuz da çox şükür, bıçaq kimidir.
(A9 TV; 19 Aprel 2013)
Adnan Oktar
-
Nə Allaha, nə dinimizə, nə özümüzə qarşı təhqir edilməsinə yol vermərik. Bunu unudacaqlar. Türkiyənin də bölünməsinə icazə vermərik.
(A9 TV; 19 Aprel 2013)
Adnan Oktar
-
Vətəni bölmək təklifi əxlaqsız təklifdir. Belə bir təklifi kim edirsə əxlaqsızdır. Heç kim bizə belə alçaq təklif etməsin.
(A9 TV; 19 Aprel 2013)
Adnan Oktar
-
75 milyonumuz şəhid olsaq da, bu vətənin bölünməsinə icazə vermərik.
(A9 TV; 19 Aprel 2013)
Adnan Oktar
-
Böyük fəlakətlərdən sonra insan dərindən düşünər. İnsanlar dünyanın boş olduğunu onda başa düşər. Onun üçün hər şey xeyirlə olur.
(A9 TV; 19 Aprel 2013)
Adnan Oktar
-
Biz elmlə, mədəniyyətlə danışdıqca dəccal, separatçılar mənəvi cəhətdən əriyirlər, duzun suda əriməsi kimi əriyirlər. Dəccaliyyət qəddarlıq, mərhəmətsizlik, şiddət, terror, qan axıtmaq, zalım sistem və buna aid hər cür hərəkətin edilməsidir.
(A9 TV; 16 Aprel 2013)
Adnan Oktar
-
İnsan səmimidirsə, onsuz da Quranı da, Quranın hökmünü də başa düşər, Allahı, Quranı, səhabəni sevər, hər kəsi çox sevər. Təvazökarlığı, əxlaqı hər şeyi mükəmməl olar. Bütün məsələ səmimiyyətdədir. Çünki, Allah ilhamla ona səhv olanları hiss etdirər. Doğrunu da görər.
(A9 TV; 16 Aprel 2013)
Adnan Oktar
-
Allah sevgisi, insan sevgisi, şəfqət mərhəmət olmayanda bir-birini bombalayırlar. Dəccalın əsas xüsusiyyəti qan tökmək, mərhəmətsizlik və şiddətdir. Vampir kimi qan arxasındadırlar. İslam Birliyi ilə, sevgi ilə, mehdiyyətlə bu qan dayanacaq.
(A9 TV; 15 Aprel 2013)
Adnan Oktar
-
Keyfiyyətsizlik, çirk bir məmləkətdə yayılsa orada sənət, elm, estetika, ruh ölər, Allah əsirgəsin. Bu heç də gözəl deyil. Buna görə də gözəlliyi, estetikanı sona qədər axtarmaq, hər yeri gözəlləşdirmək lazımdır.
(A9 TV; 15 Aprel 2013)
Adnan Oktar
-
Həyatı gözəlləşdirmək müsəlmanın vəzifəsidir. Allah bizə dünyanı cənnətə çevirmək üçün vəzifə verir. Bağçaları, insanları, uşaqları gözəlləşdirəcəyik. Evlər, avtomobillər baxımlı olacaq.
(A9 TV; 15 Aprel 2013)
Adnan Oktar
-
Kommunizm, PKK Mehdi (ə.s) olanda məğlub olar, inşaAllah.
(A9 TV; 18 Aprel 2013)
Adnan Oktar
-
PKK, inşaAllah, marksist düşüncəsindən, kommunistlikdən imtina edər.