avatar

Adnan Oktar

Həmişə ağlamağı, yas tutmağı təşviq edirlər. Millət olaraq çürüyərik, bu çox təhlükəlidir. Mömin ağlamamalıdır, küfr, dəccal tərəfdarları ağlasın. Mömin gülməlidir, şən olmalıdır. İmanlı millətimizi kədərlə, yasla, qorxuyla, ümidsizliklə, sıxıntıyla, əsəb pozğunluğuyla və ruhi xəstəliklərlə çürütmək istəyirlər. Buna icazə verməyək.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Mömin şən olmalıdır, sevincli olmalıdır. İnsan zəif yaradılmışdır, ayə var. Sən zəif bir varlığı gecə-gündüz kədərləndirsən, qorxutsan, narahat etsən, ümidsizliyə salsan, şövqünü yox etsən, həyəcanını yox etsən, əqli sağlamlığını korlasan, bədən tarazlığını da pozarsan.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Şəhid cənazələrində təkbirlər çox coşğulu olmalıdır. Mücahid ruhunu vurğulayan, cəhd ruhunu vurğulayan və qətiyyən hüzn hiss etdirməyən təkbirlərlə şəhidlərin ruhu yola salınmalıdır.
A9 TV; 7 aprel 2016
avatar

Adnan Oktar

Hüceyrələrin atomları tək-tək tutması, tam ehtiyacları olan nisbətdə dəmiri, sinki, kalsiumu alması başlı-başına bir iman həqiqətidir.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Millət mövhumatdan usandı. Daşlayaraq qadın öldürmələr, namaz qılmayanı kəsmələr. Qorxunc İslam anlayışına qarşı nur kimi aydın İslam anlayışını izah edirik.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Ənənəvi, qaranlıq İslam anlayışına qarşı İslamın aydın, müasir üzüyük, fəxr ediləsiyik. Müsəlmanların rahatlıqla, qəlb rahatlığı ilə nümunə göstərə biləcəkləri bir cəmiyyətik.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Qarşıdurma bölgələrində əsgərlər və polislərin keçid yollarına tez-tez məlumat verə biləcək insanlar yerləşdirilsin ki, yol üzərində ola biləcək təhlükəyə qarşı tədbir alına bilsin.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Təcavüzə məruz qalan bir qadın əsla ləkələnməz. Əsla özünü əzik, günahkar hiss etməməlidir. Bizə görə tərtəmizdir.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Darvinist təhsil olduğu müddətcə qadın cinayətləri də davam edər. Çünki darvinist fəlsəfə qadınları alçaldır. İnsanlarda Allah sevgisi buraxmır, mərhəmət buraxmır, şəfqət buraxmır. Təkcə imanlı nəsillər qadını sevməyi bacarar. Bu da mehdiyyət dövründə olacaq.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Terrorun əsasında darvinist təhsil var. Xahiş edirik hökumət bunu dayandırsın, darvinist təhsili dayandırsın. Darvinizm, Allahı inkar etmə fəlsəfəsidir. Gəncləri elmi və doğru məlumatlarla yetişdirək.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

“Canlılar təkamüllə yarandı” deyənlər, axirətdə, bir atın gözəlliyini, üzərində tək bir tükün əmələ gəlməsini belə axirətdə izah edə bilməyəcəklər.
A9 TV; 2 aprel 2016
avatar

Adnan Oktar

Masonluqda üçbucaq və "Kohen əlləri"ndən A hərfini ifadə edəcək şəkildə 4000 illik bir simvol kimi istifadə edilir.
A9 TV; 2 aprel 2016
avatar

Adnan Oktar

Mehdi dövründə hər kəs bir-birinə salam verəcək, sevgi göstərəcək, evlərin qapılarında böyük kilidlər olmayacaq, hər yer təhlükəsiz olacaq.
A9 TV; 1 aprel 2016
avatar

Adnan Oktar

Türkiyənin sonu gözəl olacaq. Hər kəs rahat olsun. Düzdür bəzi hadisələr olacaqdır. Olduqca böyük hadisələr olacaq. Lakin nəticədə hz. Mehdi (ə.s) və İsa Məsih ilə tanış olacağıq. Cənnət kimi mühit olacaq. Gözləyin, söylədiyimin doğru olduğunu görəcəksiniz, inşaAllah.
A9 TV; 1 aprel 2016
avatar

Adnan Oktar

İntihar cinayətdir, qətiyyən olmaz. Gənc qızlar narahat edildikləri və ya təcavüzə uğradıqları zaman heç vaxt intihar etməyi düşünməsinlər. Yaşadıqları hadisə onları heç vaxt alçaltmaz; edəni alçaldar.
A9 TV; 29 mart 2016
avatar

Adnan Oktar

Münafiqlər boş işlərlə məşğul olar. İslama, Qurana xidmət etmək istəməzlər. Bunu ağılsız başlarında “səfehlik” kimi görərlər. Həm müsəlmanam deyər, həm də İslama xidmət etmək istəməzlər.
A9 TV; 28 mart 2016
avatar

Adnan Oktar

Qız Qalası (Türkiyə) İngiltərə dərin dövlətinin müqəddəs hesab etdiyi tikilidir. Öz aralarındakı razılaşmalarında, şifrəli izahatlarında istifadə edərlər.
A9 TV; 28 mart 2016
avatar

Adnan Oktar

Müsəlman sıxılmaz. Boş vaxtı olmaz. Etməyə heç nə yoxdursa gedib gül əkər. Etməyə heç nə yoxdursa ətrafı təmizləyər, gözəlləşdirər. Kitab oxuyar, təbliğ edər, yazı yazar. İnternetdə birinə İslam barəsində, Quran barəsində bir şey öyrədər. Bomboş gəzmək müsəlmana yaraşmaz.
A9 TV; 28 mart 2016
avatar

Adnan Oktar

Hz. Xədicə (r.ə) anamız ilk iman gətirən qadındır, vəhyin ilk bildirildiyi qadındır. Peyğəmbərimiz (s.ə.v)-ə ilk yardım edən qadındır. Allah qadının gözəl əxlaqını vurğulamaq baxımından bir dəlil olaraq belə təqdir edir.
A9 TV; 28 mart 2016
avatar

Adnan Oktar

Müsəlmanın heç vaxt sıxılmaz, “işim gücüm yoxdur, nə edim?” deməz. Bu münafiqdə olar, küfr əhlində olar, möminin bir dəqiqə belə vaxtı olmaz. İşlərini vaxt itkisi olmadan edər. Çox həyəcanlı, aktiv həyatı var. Boş insanın, dava adamı olmayan insanın içi sıxılar. Gedib oyun oynayır, kart oynayır, internetdə oyunlar oynayır, çünki davası yoxdur. İslamın hakimiyyəti onu maraqlandırmır, dünyada axan qanlar, müsəlmanların çəkdiyi əzab da onu maraqlandırmır.
A9 TV; 28 mart 2016
avatar

Adnan Oktar

Qurandakı bütün peyğəmbərlərin əxlaqına nail olmağa çalışmaq məcburiyyətindəyik. Məsələn hz. Süleyman (ə.s)-ın ehtişamına, onun gözəllik anlayışına, incəsənət və estetika anlayışına heyran olub ona bənzəmək məcburiyyətindəyik. Bəzi müsəlmanlar digər peyğəmbərləri yad hesab edir, bu çox yanlış aspektdir.
A9 TV; 26 mart 2016
PAYLAŞIN
logo
logo
logo
logo
logo