Həm Türkiyənin, həm də İslam aləminin başı dəccaliyyət ilə, yəni İngiltərə dərin dövləti ilə dərddədir. Bu dərd birlik olaraq hərəkət edildikdə aradan qalxar.
Masonluq çox keçmiş tarixlərə əsaslanan quruluşdur. Dindar masonlar, Firon və Nəmrud kimi dinsiz masonların zərərsizləşməsini təmin etmişdir.
Erbakan hocamız dünyanın ən şirin insanı idi, zarafatcıl, xoşsöhbət insan idi. Bütün millətimizin qəlbində olan İslam Birliyini aslan kimi müdafiə edirdi.
İngiltərə dərin dövləti müsəlmanların çox sürətlə bir-birini yox etməsini istəyir. Şiə-sünni düşmənçiliyi təşviq edildikdə də bu plan həyata keçmiş olur.
Namaz vaxtlı olaraq fərz buyrulmuşdur. Quranda namazın borcunun ödənilməsi deyə hökm yoxdur. Bu, insanları namazdan uzaqlaşdıran xurafatdır.
Dinin asan olduğu Allahın hökmüdür. Allah Quranda İslam barədə, "İbrahimin dini kimi asandır" deyə buyurur. Dini çətinləşdirmək şeytanın oyunudur.
Anadoludakı şifahi mövləvilik ilə İngiltərə dərin dövlətinin yaydığı rumilik fərqli şeylərdir. Rumilikdə homoseksuallıq və dinsizlik var.
Quranda zirehə diqqət çəkilmişdir. Tədbir almaq, lazımi mühafizə tədbirlərinin alınması ibadət hökmündədir.
“Böyük Yaxın Şərq” layihəsi, dəcccaliyyət olan İngiltərə dərin dövlətinin Yaxın Şərqi parça-parça etmə layihəsidir. Türkiyənin Rusiya ilə ittifaq etməsi bu layihəni puç etdi.
Türkiyənin DEAŞ və PKK ilə başının bəlaya girməsi İngiltərə dərin dövlətinin və mərkəzlərinin 150 illik planıdır və bu plan hələ davam edəcək. İngiltərə dərin dövləti Osmanlı torpaqlarına Əbdülhəmid dövründə girmiş və böyük sahə ələ keçirmişdir, bu sahədən çıxmağı da heç istəmir.
Hər şey Allahın təqdir etdiyi şəkildə reallaşır. Zalımlar mütləq məğlub olacaq, ədalət mütləq bərqərar olacaq.
Parça-parça olmuş Suriya dövlətinin yaranması heç kimə xoşbəxtlik bəxş etməz. Şiədirsə nə gözəl, sünnidirsə nə gözəl, Kitab əhlidirsə nə gözəl, hamısı birlikdə yaşasın.
Suriyada sülh danışıqlarının tezliklə Suriyanın bütövlüyünü qoruyacaq şəkildə tamamlanması üçün bütün qruplar öz töhfəsini versin.
Musiqini, rəqsi, əyləncəni, sevinci, gözəlliyi yaradan Allahdır.
İngiltərə dərin dövlətinin ən güclü hakim olduğu yerlər Hindistan və Pakistan bölgəsidir. Hədislərdə də bu bölgələrə diqqət çəkilmişdir.
İngiltərə dərin dövləti bütün İslam aləmini xəstə etdi, lakin Allahın icazəsi ilə baş həkim Mehdi vəzifəsini icra edir, o xəstəyə şəfa bəxş edəcək.
Şahmat halaldır. Haram olduğuna dair heç bir hökm yoxdur. Şahmat zəkanı və diqqəti inkişaf etdirər, mühakimə qabiliyyətini gücləndirər.
İngiltərə dərin dövləti ingilis xalqının da başına bəla olmuş vəziyyətdədir. Biz ingilisləri sevirik, dəccaliyyət olan İngiltərə dərin dövlətidir. Axırzamanın ən şiddətli fitnəsi dəccaliyyətdir. Hal-hazırda dünya dəccaliyyətin azğınlığını izləyir. Hadisələrin daha da şiddətləndiyini görəcəklər.
Mövhumatçı sistemin ən qorxunc cəhətlərindən biri 4 ayrı məzhəbdə 4 fərqli din yaradılmış olmasıdır. Birinin haram dediyinə digəri halal deyir. Qurana görə halallar və haramlar bəllidir.
Qurana görə dəstəmaz da, namaz da asandır. Çətinləşdirərək insanları namazdan uzaqlaşdırmış olurlar. Dini çətinləşdirməyi təqva zənn edirlər. Tam tərsinə şeytanın oyununa düşürlər. Allah dinin asan olduğunu bildirir.
Federasiyaya səbəb olacaq heç bir sistemi millət olaraq qəbul etmərik. Federasiya gətirəcək bir prezident idarəetmə sistemi İngiltərə dərin dövlətinin planıdır.