avatar

Adnan Oktar

Həm PKK-ya, həm də radikal qruplara qarşı ediləcək şey, qarşılarına fikirlə çıxmaqdır, müzakirə mühiti yaratmaqdır. İnsan intihar edəcək qədər qətiyyətlidirsə, deməli, bir fikri vardır. Fikrinin yanlışlığını dəlillərlə göstərsən məsələ həll olunar.
A9 TV; 23 mart 2016
avatar

Adnan Oktar

Mövhumatçılıq qaranlıq fikirdir. İnsanı boğar. İnsan özünü orada yaşamağa məcbur zənn edər. Aydınlığı gördükdə isə, gözü qamaşar, mən bu aydınlıqda yaşaya bilmərəm deyər. Bir müddət yaşayandan sonra alışar. Yavaş-yavaş gözü bu aydınlığa alışacaq.
A9 TV; 22 mart 2016
avatar

Adnan Oktar

İnsanlar mövhumatla yaşaya bilməzlər. Nəsilləri mövhumatçı yetişdirdilər. Müasir, gözəl yaşamaq, sevinclə yaşamaq, estetika içərisində, keyfiyyətli yaşamaq onlara çətin gəlir, qəribə gəlir, təəccüblü gəlir. Bunların öhdəsindən gəlməlidirlər.
A9 TV; 22 mart 2016
avatar

Adnan Oktar

İslamın üstünə çirkli bir çul örtdülər. İnsanlar bu pisliyi hazırda görürlər. İslam adından meydana gətirilən xurafatlar bütün dünyaya qan qusdurur. Bunu şeytan örtdü, biz də qaldıracağıq və həqiqi İslam ortaya çıxacaq. Həqiqi İslam bəşəriyyətə sevgi, mərhəmət təqdim edəcək.
A9 TV; 22 mart 2016
avatar

Adnan Oktar

Önümüzdəki aylar, illər ərzində çox böyük hadisələr olmağa davam edəcək. Sonunda hz. Mehdi (ə.s)-ı görəcəyik. Hz. İsa Məsih (ə.s)-ı görəcəyik. İslam Birliyini görəcəyik.
A9 TV; 22 mart 2016
avatar

Adnan Oktar

İslama qarşı sanki bir sui-qəsd törədildi. Bir oyun oynandı və İslamın üstünü çirkli pərdə ilə örtdülər. Bu çirkli pərdəni qaldırıb bir kənara atacağıq. Həqiqi İslam ortaya çıxacaq.
A9 TV; 22 mart 2016
avatar

Adnan Oktar

Mehdiyyət sürətlə ortaya çıxacaq. Hadisələrin gedişatı bunu göstərir. Heyrətamiz yüksəliş olacağı aydın olur. Ənənəvi İslam anlayışının qorxunc üzü ortaya çıxdıqca Quranın qiyməti aydın olacaq. Hər kəs İslamın qiymətini bu zaman anlamış olacaq.
A9 TV; 22 mart 2016
avatar

Adnan Oktar

Əslində mehdiyyətin məğlub olmasını gözləyirlər; çünki çox kiçik bir qrup olduğu, qarşısında isə böyük qüvvə olduğuna görə məğlub olması lazımdır. Lakin belə olmur, ağılla, elmlə əzə-əzə irəliləyir. Bu metafizik hadisədir.
A9 TV; 21 mart 2016
avatar

Adnan Oktar

PKK-ya, İngiltərə dərin dövlətinə, çox cahil insanlara, mövhumatçılara baxmayaraq, mehdiyyət böyük gəmi donanması kimi irəliləməyə davam edir və heç kim də dayandıra bilmir.
A9 TV; 21 mart 2016
avatar

Adnan Oktar

“Həll prosesi” deyilən şey, Abdullah Öcalanın buraxılması, onun guya Cənub-Şərqi Anadolu bölgəsində qurulacaq kommunist Kürdüstanın başçısı kimi qəbul edilməsi, bütün PKK-lı qatillərin sərbəst buraxılması kimi ağılsız çirkin hədəflərdən ibarətdir. Qəbul etmərik, bunu unutmalıdırlar.
A9 TV; 21 mart 2016
avatar

Adnan Oktar

Ənənəvi İslam anlayışında, keyfiyyətli olmağı bacara bilmədiklərindən bu keyfiyyətsizliyi müdafiə etmək üçün, bu dəfə bir tikə yemək və bir hırka fəlsəfəsini irəli sürürlər.
A9 TV; 21 mart 2016
avatar

Adnan Oktar

Çəkingən, ürkək olmaq müsəlmanın igidliyinə yaraşmaz. Taledə nə varsa o olar. Taledən qaçmaqla heç nə dəyişməz.
A9 TV; 21 mart 2016
avatar

Adnan Oktar

Məktəblərdə həftədə 3 gün iman həqiqətlərindən də bəhs edən “milli şüur” dərsi keçirilsə, gənclərin bütün motivasiyası, ruh halı, psixologiyası dəyişər. Çox faydalı olar.
A9 TV; 21 mart 2016
avatar

Adnan Oktar

Kommunizmə həyat verən darvinizmdir, yəni şah damarıdır. Bu kəsilsə kommunizm yox olar. Bunun üçün hökumətdən bu barədə xahiş edirik, dövlət kanallarında darvinist təbliğata son qoyulsun. Orta məktəb və universitetlərdə darvinist təbliğata son qoyulsun.
A9 TV; 21 mart 2016
avatar

Adnan Oktar

Ləyaqətsiz münafiqlər Allah üçün aparılan mübarizəni ağılsızlıq kimi görərlər. Mənfəətləri olsa, məsələn, Peyğəmbərimiz (s.ə.v) onlara beş kisə, on kisə qızıl versə, heç vaxt: "bu istidə döyüşə çıxmayın!" deməzlər. "Döyüşməyi bacara bilsəydik sizinlə gələrdik" sözünü heç vaxt söyləməzlər. Yaxud: "burada əbəs yerə canımızı veririk" deyə heç vaxt deyinməzlər. On kisə qızıl alsa, havalanar, çox şövqlənər.
A9 TV; 7 mart 2016
avatar

Adnan Oktar

Yas tutmaq Qədim Şumerlərin, Akkadların, Xetlərin, bütpərəst qövmlərin, Qədim Misirin tətbiqidir, Quranda bir çox ayə və hədislərlə qadağan edilmişdir. Allaha təvəkkül etməyə zidd davranışdır.
A9 TV; 7 mart 2016
avatar

Adnan Oktar

Allahı zikr etməyənlərin, Allahdan uzaq olanların qəlbində narahatlıq, gərginlik olar. Səbəbsiz qorxu, dəlisov həyəcan. Allah qəlblərinə həmişə narahatlıq verər.
A9 TV; 7 mart 2016
avatar

Adnan Oktar

Şeytan İslamı yox etmək üçün, mövhumatdan istifadə edərək güclü zərbə endirib. Şeytanın təsiriylə namazı qılına bilməyəcək, dəstəmazı alına bilməyəcək hala gətiriblər.
A9 TV; 7 mart 2016
avatar

Adnan Oktar

Allah sevgisi insanda ətalətə icazə verməz. Müsəlman qafil olmaz. Hər zaman çevik, canlı və diqqəti açıqdır. Qafil olsa bəla hər tərəfdən bürüyər insanı. Allah qorusun.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Mömin, müttəqi bir insanın Allah sevgisi, Allah qorxusu, üzündə həyəcan formasında özünü bəlli edər, görünər, hiss edilər. Lakin ruhu çökmüş, içi çökmüş, zehni çökmüş bir insanda bunu görmək qeyri-mümkündür. Çünki Allah ilə əlaqəsini kəsdiyi üçün qafildir. Qafil olduğu üçün də həyəcanı yox olmuşdur.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Mömin cihad, yəni cəhd etmə şövqü ilə həyəcan yaşayar. Əgər bir insanın qəlbində ətalət varsa, qəflət varsa yorğun və laqeyd olar. İçinə qapalıdır. Çünki, din onu maraqlandırmır. Allah qorxusu maraqlandırmır. Allah sevgisi maraqlandırmır. Onun üzünə əks olunacaq həyəcanı olmaz.
A9 TV; 6 mart 2016
PAYLAŞIN
logo
logo
logo
logo
logo