Hədisdə; "Mehdi (ə.s) zühur etdikdə Qiyamətin qopması dayandırılar" deyilir. Hal- hazırda qopmasının qarşısı alındı, Qiyamət xeyli yaxınlaşdı, Allah qarşısını aldı. Bunu Mehdi (ə.s)-ın dünyada olduğundan ötrü etdi.
Allahın Mehdi (ə.s)-ı göndərmə səbəbi onsuz da darvinizmi ortadan qaldırmaqdır. Göndərilməsinin əsas səbəbi budur, yəni Allahın varlığının inkar edilməsinə son qoyulmasıdır.
Bu qədər geniş miqyaslı bir kütlənin, milyardlarla insanın Allahın varlığını inkar etməsi, insanlar təsadüfən yaradıldı deməsi, dünya tarixində heç vaxt görünməmişdir. Çox kiçik imansız birliklər, çox kiçik inkarçı birliklər olmuşdur, böyük kütlələr isə daim Allaha inanmışdır. Belə bir şey ilk dəfə olur. Belə bir fəlakət heç görülməmişdir. Əvvəlcə, bu fəlakətin Mehdi (ə.s)-ın, Allahın “Hadi” adının təcəllisi ilə ortadan qalxacağını görəcəyik.
Allahdan uzaq olan heç bir insan xoşbəxt olmaz. Allaha təvəkkül etməyən insan heç bir şəkildə bərəkət və rahatlıq tapa bilməz.
Təvəkkülün sirrini açmış, onu tapmış, ona sarılmış adam, dünyanın ən böyük nemətinə, ən böyük rahatlığına sarılmışdır.
Xəyanətkar kimsə ətraflı şəkildə düşünməlidir. Başına mütləq bəla gələcəyini bilməlidir. Məsələn, PKK mütləq bəlaya düçar olacaq. Çünki, o bir dəccal hərəkatıdır. Dəccal hərəkatı məhvə məhkumdur. Mütləq dağılan bir sistemdir.
Tələ iki hissədən ibarət olaraq qurulur; tələnin özü və dağılmış halı. Vahid şəkildə, bütöv bir halda yaradılır. Heç vaxt birtərəfli olaraq boşuna tələ qurula bilməz. Məsələn, Firon vardır, Musa (ə.s) vardır. Nəmrud vardır, İbrahim (ə.s) vardır. Dəccal vardır, Mehdi (ə.s) vardır. Dəccal qurulmuş tələdir, Mehdi (ə.s) isə o tələni dağıdandır. Buna görə də narahat olmağa ehtiyac yoxdur.
Allahın yaratma sənətini və böyüklüyünü dərk etmək Allahdan bərəkət gəlməsinə səbəb olar, sıxıntını yox edər, rahatlıq meydana gətirər. Allah unudulduqda isə acı və əzab insanın yaxasından əl çəkməz.
Taleyin nə olduğunu bilmədiyin təqdirdə sürünərsən, əzab çəkərsən. Amma qədəri bilsən Allah sənə bərəkət verər, nemət verər. İbadət etmiş olarsan. Çünki, hər an təvəkkül etmək, hər an namaz qılmaq kimidir.
İnsanlar müsibətin pis hadisə olduğunu düşünərlər. Müsibət “isabət edən” deməkdir. Allah Qatından isabət edən. Məsələn, bəzən zənginlik isabət edər, gözəllik, sağlamlıq, səhhət isabət edər. Bəzən də bəla və xəstəlik isabət edər. Hər ikisini də Allah edər. Heç biri təsadüfən baş verməz.
Allah mənəvi cəhətdən böyükdür. Allahın ölçü baxımından böyük olmasına ehtiyacı yoxdur. Çünki, Özü məkanın və zamanın xaricindədir. Məkan və zaman bizə görə vardır.
Əsgər niyə əsgər olur? Allah üçün, vətən üçün, bayraq üçün ölməyə hazır olduğu üçün əsgər olur. Bu vəzifənin xüsusiyyəti budur. Polis vətənin satıldığını hiss edərsə, satanlara dünyanı dar edər. Qaçıb gizlənməyə dəlik axtararlar. Yəni: "Kaş ki, yaşamayaydım" deyərlər. Bunu deyim ki; polis onu qanunla, hüquqla məhv edər. Ən birinci polis və əsgər.
Türkiyəni bölməyə təşəbbüs edərlərsə, buna ilk növbədə türk polisi qarşılıq verər. Türk polisinin polis vəzifəsinə hansı səbəbə görə gəldiyini bilirsənmi? Ölmək üçün gəlir. Polislik; vətən üçün, millət üçün, bayraq üçün, Allah üçün ölməyə qərar verən peşənin adıdır.
Prezident idarəetmə sisteminin tək məqsədi Türkiyəni federativ bir dövlət olaraq idarə etməkdir. Prezident idarəetmə sistemi bərabərdir federasiya ilə. Yəni Türkiyəni böləcək bir sistemdir. Bu Amerika dərin dövlətinin əsas ideologiyasıdır. Abdullah Öcalanın əsas ideologiyasıdır.
Allah şirk qoşmadıqlarından ötrü müsəlmanlara müvəffəqiyyət verdiyini söyləyir. İnsanlar bu sirri heç cür anlamır. Sən Qurana tabe olsan şərik qoşmamış olarsan. Qurana tabe olmayıb, uydurma hədislərlə hərəkət etdiyində müşrik olursan.
Şükür etdikdə bərəkət artar. Şükür etmək nə deməkdir? Qurana tabe olub, Allaha təvəkkül edib, Allahdan razı olmaqdır. Adam Allahdan razı deyil. Daima şikayət edir. Haşa Allahın özünə haqsızlıq etdiyi qənaətindədir. Onda bərəkət olarmı? Bərəkət olmur.
Allah mömini gizli şəkildə mükafatlandırar. Adam: "Sürünürəm" deyir. Əgər səbir etsən, Allah da səni mükafatlandırar. Əgər səbir etməsən və həmişə şikayətlənsən, şikayətlənmək nə deməkdir; Allaha üsyan edirsən. Onda necə yaxşılıq gözləyə bilərsən?
Allah bəzən bəzi insanlara bir mövqe verir, bir güc verir, imkan verir. Sən: "Allah ona niyə bu vəzifəni verdi? Niyə bu asanlığı verdi?" desən yenə doğru yolda olanlardan olmazsan. Allahı sorğulayan adam doğru yolda olanlardan olmaz. "Hikmət var, xeyir var" deyəcəkdir. "Allah bilir, mən bilmirəm" deyəcəkdir.