Hədisdə bildirildiyinə görə, Axırzamanda şeytan, insanın anası, atası görünüşündə gəlib onu Allahın yolundan döndərməyə çalışacaq.
Axırzamanda da müsəlmanlara hər cür əxlaqsız insan zərər vermək istəyəcək. Mehdi dövründə, Mehdi camaatından məhz bir dəstə gənc buna qarşı çıxacaq. Bu qəhrəmanlıq dastanına mehdiyyət deyilir və 40 il davam edir.
Mehdi (ə.s) camaatı çox kiçik olacaq. O dövrdə bir çox əxlaqsız ailə, övladlarını müsəlman olmasınlar, hz. Mehdi (ə.s)-a yaxın olmasınlar, müsəlman cəmiyyətinə yaxın olmasınlar deyə şiddətli təzyiq altına alacaq. Lakin bunlara baxmayaraq, o qəhrəman gənclər İslamın yayılması üçün, var gücləriylə, əzmləriylə Allahın köməyi ilə səy göstərəcəklər. Buna görə qəhrəman olurlar.
Evlənmələrin 99%-i sevgi evliliyi rolunu oynayan məntiq evliliyi olur. Sevgi evliliyi olması üçün, Allahı sevmək lazımdır, divanə olmaq lazımdır, Allah sevgisiylə alışıb-yanmaq lazımdır. Bu zaman Allah sevgi evliliyi meydana gətirər. Yoxsa əziyyət evliliyi olar, iztirab və əzab evliliyi olar.
Allah İslamı bizim fitrətimizə uyğun yaratmışdır. Mövhumatçılar İslamı dəyişdirmiş, başqa bir din halına gətirmişlər. Şirk dini halına gətirmişlər. O gördükləri din İslam deyil, bizim izah etdiyimiz din İslamdır; çünki tamamilə Qurana əsaslanır.
Biz, İslam aləminin son qalasıyıq, türklük aləminin son qalasıyıq. Kiçilə-kiçilə onsuz da balaca bir torpaq qaldı əlimizdə. Bunu da parçalamaq istəyirlər. Bunu qəbul etmərik.
Hökumət məscidləri abadlaşdırsın, hz. Mehdi (ə.s) içini doldurar. Onların vəzifəsi abadlaşdırmaqdır; hz. Mehdi (ə.s)-ın vəzifəsi də sevgiylə, imanla, təqvalı möminlərlə doldurmaqdır. Çünki dövr hz. Mehdi (ə.s) dövrüdür.
Quran sənin həyatının hər yerində olmalıdır. Avtomobilində də olsun. Yastığının altında da olsun, bazarda da yanında olsun. Qorxma, heç nə olmaz. Quran səni sevər. Guya hörmət üçün əksini etsən Qurandan uzaqlaşmış olarsan. Bu tələyə düşmə.
"Quranın olduğu otaqda mən uzana bilmərəm" deyir, "həyat yaşanmaz" deyir. Belə şey olarmı? Quranın yanında musiqiyə də qulaq asarsan, ayağını uzadıb yatarsan da. Yataqda uzandığın yerdə Quranı oxuyarsan, heç nə olmaz. Şortla da oxuyarsan, maykada da oxuyarsan. Şeytan insanları Qurandan uzaqlaşdırmaq üçün bir oyun oynayır.
Şortla, maykada, dəstəmazsız olaraq da Quranı açıb oxuya bilərsən. O zaman Quran həmişə yanında olar. Sarılıb öpərsən. Eləcə də, Quran sənin həyatın, parçan olar.
Allah rizası üçün sevməyin öyrədilməsi lazımdır. Allah rizası üçün sevmək öyrədilməsə “daha zəngini”, “daha gözəli” axtarışı olur. Qətiyyən əbədi sevgi yaranmır.
Sevgi, dostluq yayılsa insanlar çox rahat olacaqlar. İnsanlar bir-birləriylə dost olmaq istəyir, lakin reaksiyalarının nə olacağını bilmirlər. Dostluğu başladan olmur. Məhz bu Mehdi (ə.s) ilə olacaq.
Qız uşaqlarına lüzumsuz yerə təzyiq göstərirlər, bəzi gənc qızlar da bu təzyiqi dəf etmək üçün, hiyləgərlik edirlər. Halbuki qız uşaqlarına həmişə sevgi göstərilsə, hər yerdə hörmət görsələr çox gözəl və keyfiyyətli olarlar.
Allah, möcüzələrini, sənətini yaddaşımızda saxlamağı və onlara heyrət etməyi nəsib etsin. Hər biri, yeri-yerindən oynatmağa kifayət edəcək yaradılış möcüzələridir. Normalda bu möcüzələr qarşısında dünya ayağa qalxmalıdır.
Yeni konstitusiyada muxtariyyət və federasiya mövzusu tamamilə dayandırılmalıdır və yerli rəhbərliklərin səlahiyyətlərini artırma mövzusu da tamamilə dayandırılmalıdır.
Sən PKK-nı bir yerdən sürüyüb atdığın zaman, PKK təhlükəsi aradan qalxmır. Bir ay sonra yenə doluşur oraya. Çünki fikirlə mübarizə aparılmır. Darvinizm, materializm əzilmədikdən sonra, bu həmişə yerin altından qaynayacaq. Kökü qurudulmalıdır. Kökü darvinizmdir.
Şok edici, heyrət verici məlumat qarşısında diqqət və təqdir gücünün zəif qalması insan beyninin, ruhunun acizliyidir. Bunu iradə toplaya bilmir. Yoxsa normalda nəfəsi kəsilməli, çox təəccüblənməlidir. Bu acizliyin üstəsindən gəlmək üçün dua edilməlidir.
Allah həmişə sadə üslubdan istifadə edər, insanlarla həmişə nəzakətlə rəftar edər, bunun üçün heç bir peyğəmbərin də qəlbini qırmamışdır. Allah, nə dedilərsə uyğun dillə, sadə dillə cavablandırmışdır.
İmansız, dinlə lağ edən, İslama qarşı olan insanlar olmazsa sən imtahan oluna bilməzsən. Olmasa belə Allah bunu yaradar. Bu olacaq, sən bununla müqayisə olunacaqsan, bu yolla dəyər qazanacaqsan, bu olmadan mümkün deyil.
İnsan imanla gözəl olar, qadın da, kişi də imanla gözəlləşər. Bir insanı ağlından, imanından, təmizliyindən, dərinliyindən ötrü çox sevərsən.
Əsas təqvadır. Möminin gözəl olduğuna dair, imanından qaynaqlanan bir mühakimə meydana gəlir, buna görə onu çox sevirsən. Allah onu sənə bundan ötrü o qədər gözəl göstərir.