avatar

Adnan Oktar

Hal-hazırda hər kəs səksəkədədir, qorxu içindədir, insanlar heç kimə güvənə bilmirlər. İslam Birliyi qurulandan sonra gecə hər kəs istədiyi kimi küçələrdə gəzər. Birinin qapısına vursan "mən Allah qonağıyam" desən dərhal onlara qonaq olarsan. Rahatlıq təhlükəsizlik olar.
avatar

Adnan Oktar

Bütün dünyada zənginlik ,bolluq olacaq, mallar ədalətlə bölüşdürüləcək. İslam Birliyi budur. Biri limuzində gedərkən, bir xidmətçinin zibillikdə yemək axtarması bizi xoşbəxt etməz. Mehdiyyət bunu aradan qaldıracaq.
avatar

Adnan Oktar

Elm və sənət İslam Birliyi ilə yüksək inkişaf mərhələsinə çatacaq . Hal-hazırda çoxda estetik baxımdan uğurlu olan binalar inşa edə bilmirlər. İçlərinə ilham gəlmir. Mehdi dövründə o zövqü anlayacaq məmnun olacaq insanlar da yetişəcək. Çünki sırf sənətin olması bir şey ifadə etmir. Sənətdən zövq alan insanların da olması şərtdir. Sənət elm ən yüksək inkişaf nöqtəsinə çatacaq, xəstəliklərə çarə tapılacaq İnşaAllah. Tibdə böyük bir inkişaf olacaq.
avatar

Adnan Oktar

İndi eqoistlik hər yeri bürüdüyü üçün həddindən artıq narahatlıq var. İqtisadi böhran hal-hazırda ölkələri əzərək irəliləməyə davam edir. Bu, dəccaliyətin dumanlı zühurudur. Bu dumanı dağıdan kəslərə biz, Hz. Mehdi (ə.s) və Mehdi tələbələri deyirik.
avatar

Adnan Oktar

Bir-birini pessimizmə sürükləmək çox asandır. Tək bir adam "məhv olduq" desə hamısı pessimizmə düşər, amma bir adam canlandırsa dərhal ortalıq canlanarlar. Hz. Mehdi (ə.s) Allah tərəfindən bu vəzifə üçün vəzifələndirilmişdir. Bütün insanları canlandıracaq. Hz. Mehdi (ə.s)ın vəfatından sonra da Hz. İsa (ə.s) var. Lakin Hz. İsa (ə.s)ın vəfatından sonra insanların mənəvi dayaqları qalmır.
avatar

Adnan Oktar

Uşaqların canları qiyamətdən dərhal əvvəl alınar. Onlar yaşamır bu hadisələri. Uşaqların saçlarının dümağ olması möcüzəvi bir vəziyyətdir və qiyamətin başladığının işarəsidir.
avatar

Adnan Oktar

Yaradılış həqiqəti bir okean, darvinistlərin nəzəriyyəsi olan təkamül isə tək bir damladır. Lakin onu da buxarlandırdıq.
avatar

Adnan Oktar

Açıq deyirəm, İslam dünyaya hakim olacaq və fanatizm gözləyən adamlar çox müasir çox keyfiyyətli bir həyat sürəcəklər. Əsri səadət tam fərqlidir, fanatizm tam fərqlidir. Hətta dinsizlər kommunistlər, "belə olacağını bilsəydik bütün gücümüzlə dəstəkləyərdik" deyəcəklər.
avatar

Adnan Oktar

Müəyyən yollardan keçmək, etirazlarla çətinliklərlə qarşılaşmaq lazımdır. Çox çətin bir mühitdən keçdikdə coşqu və şövq daha da artar.
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ın dövründə, darvinizm və materializmin çökdüyü kimi xurafat, mürtəcelik də ortadan qalxacaq. Mehdiyyət mürtəceliyi elə əzəcək ki, bir də üzə çıxa bilməyəcək. Amma Mehdi dövründən kommunizm xortlayacaq onsuz da qiyamət onların üzərinə qopacaq. Bu hal-hazırkı kommunizm deyil, daha betər, qan tökücü bir forması meydana gələcək.
avatar

Adnan Oktar

Mehdiyyətdə alçaldılan bir insan qrupu, irq, hər hansı bir birlik yoxdur. Hər kəs sevilər, hər kəsə hörmət edilər, hər kəs qorunur. Hər kəs yuxarı sinif insan sayılır.
avatar

Adnan Oktar

Müsəlman, şirk və xurafatlarla həm söhbət olmaz, yalnız Qurana söykənər. Müsəlmanlar Quranın bütününə inanar amma münafiq qeyri-kafi görər, Allahın hökmlərinin tam izahla şərh edilməsini istəmir, xurafat istəyir.
avatar

Adnan Oktar

Quranda ifadə edildiyi kimi, "Ya Rəbb, bütün münafiqləri kin və hirsləri ilə öldür" deyə biz də dua edirik. Kafirlər, kommunistlər, dinsizlər və ya satanistlər üçün edilmir bu dua. Amma münafiq tamam ayrıdır. Ən alçaq düşməndir, Müsəlmanlara ən ciddi düşməndir.
avatar

Adnan Oktar

Münafiqlərin içindəki kin və hirs onları korlayır, Quranın bizə açıqladığı budur. Damar sistemləri, əzələ sistemləri pozulur, bədənləri özlərinə hücum edir. Allah, onları psixoloji əzabla çökdürəcəyini söyləyir.
avatar

Adnan Oktar

Dəccaliyətin qapqara qaranlıq olması və İslamın hakimiyyətinin tərtəmiz işıqlanması lazımdır. İndi günortan vaxtına gəldik, Günəş tərtəmizdi. Sonra 1543-cü ildən sonra bu işığı görə bilməyəcəyik. Get-gedə cılızlaşacaq və qapqara qaranlıq çökəcək.
avatar

Adnan Oktar

Dəccalın hökmran olması üçün dünyaya hakim olması lazımdır. Darvinizm və materializm dünyanın 99% --nə hakim oldu. Əgər Darvinin fikirləri dərhal yox edilsəydi, dəccal dünyaya hakim ola bilməzdi. Hz. Mehdi (ə.s) isə azsaylı bir birliklə gələcək və nəçə-neçə birliklərə hakim olacaq.
avatar

Adnan Oktar

Dəccaliyyətə qarşı həll, müsəlmanların birləşmələri, məzhəb ayrılıqlarından əl çəkmələri, qardaşlıq bağları ilə bir-birilərinə bağlanmalı, bir sevgi birliyi meydana gətirmələridir. Qardaşlarımızın silahı sevgi olmalıdır. Sevgidən başqa bir şeyi silah kimi istifadə etdikdə ara qarışar. Qurana söykənən sevgi anlayışı hakim olmalıdır.
avatar

Adnan Oktar

Bəzi insanlar dəccalın onları məhv etdiyini çox gec anladılar. Hal-hazırda Hz. Mehdi (ə.s) çıxıb, amma anlaya bilmirlər və Mehdiyyət bu mühitdə sinəsini gərərək yayılar, dayandıra bilməzlər, dayandıra bilməyəcəklər də.
avatar

Adnan Oktar

Allahı çox sevməlidirlər, Mehdiyyəti müdafiə etməlidirlər. Allahı unudan iqtisadiyyat, Allahı unudan bir dünya ola bilməz. İqtisadi böhran ancaq Allahı çox sevmələri şərti ilə ortadan qalxacaq. Yoxsa, Allah daha da çökdürər.
avatar

Adnan Oktar

Darvin deccaliyyəti təmsil edən adamdır. Peyğəmbərimiz (s.ə.v), Dəccalın zamanında, ateizmin dinsizliyin bütün dünyaya hakim olacağını, kilsə və sinaqoqların qalmayacağını, Allahın adının xatırlanmayacağını, dünyada sel kimi qan axıdılacağını, yaxşı insanların pis kimi tanınacağnı söyləyir. İnsanların əksəriyyətinin Quranı bir həyat kitabı kimi qəbul etməyib, Quranı tərk edəcəklərini söyləyir.
avatar

Adnan Oktar

Münafiqin problemi Qurandır. Quranın qeyri-kafiliyini qəbul etdirərək vurmaq istəyir münafiqlər. Çünki Quran bir dəfə qeyri-kafi görüldüsə, xurafatın qapısı açılmış olar.
PAYLAŞIN
logo
logo
logo
logo
logo