Gəncliyin imanının çox gücləndirilməsi lazımdır, amma bu təbii ki, fiqh məlumatı ilə olmaz. Yəni fiqh məlumatı ilə iman artmaz. Artsa da qisməndir. İman həqiqətləri ilə artar iman, elmi dəlillərlə artar. Ağıla xitab edən, ürəyə xitab edən dəlillər, izahatlar olmalıdır.
Türk əsgəri, türk milləti müsəlman olduğu üçün gözəl əxlaqlıdır, amma bunun daha da güclənməsi üçün, daha xoş olması üçün Darvinist, materialist təhsilin qaldırılması lazımdır. Əsgər qurumlarında Allahın varlığının, birliyinin izah edilməsi lazımdır. Çünki Osmanlıdakı o igid ruh, Çanaqqala döyüşündəki igid ruh imandan qaynaqlanırdı.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Məscid, ev keyfiyyətli olacaq, paltar keyfiyyətli olacaq, nitqi keyfiyyətli olacaq, istifadə etdiyi ətir keyfiyyətli olacaq. Məsələn, Avropa keyfiyyətə çox əhəmiyyət verir. Həyatlarının keyfiyyətli olmasına diqqət göstərərlər. Müsəlmanın həyatının keyfiyyətli olmasının çox vacib olduğu müəyyəndir.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
İslamda keyfiyyət çox əhəmiyyətli bir mövzudur, həyatın çox əhəmiyyətli bir istiqamətidir. Keyfiyyətə əhəmiyyət vermədinsə, estetika, gözəllik olmayınca dünya görünüş olaraq cəhənnəm kimi olar.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Keyfiyyət çox əhəmiyyətli bir şeydir. Keyfiyyətsiz olduqdan sonra həyat çox xarab olar.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Həm keyfiyyətin, həm də sevginin inkişafı üçün bir dövlət siyasəti kimi hökumətin iş görməsi lazımdır.
(A9 TV; 10 dekabr 2012)
Adnan Oktar
-
Keyfiyyətsizlik və sevgisizlik İslam aləminin ən böyük düşməni, ən böyük əleyhdarıdır. Keyfiyyətsizlik, sevgisizlik düşmənçilik, nifrət dolu insanları öldürmək istəyən, yaralamaq istəyən, təcavüzkar, terrorist ruhlu insanların inkişafına vəsilə olur və o zaman Allah əsirgəsin məhəllələrdə gettolar meydana gələr. Nifrət gettoları meydana gələr. Nifrət edən insanlar yaranar. Bu çox təhlükəlidir.
(A9 TV; 10 dekabr 2012)
Adnan Oktar
-
Quranla Tövrat ziddiyyət təşkil etməz. Ziddiyyət təşkil edən yerlər onsuz da təhrif olan tərəfləridir. Amma Quranla Tövrat əsas mövzularda bir-birini təsdiq edər. Tövratda keçən hökmlər eynisi ilə Quranda da keçir.
(A9 TV; 10 dekabr 2012)
Adnan Oktar
-
Niyyət etmək çox əhəmiyyətlidir. Mehdi (ə.s)-ı axtarmaq, Mehdi (ə.s)-ı sevmək, onun yaşadığını bilirsə əgər ona təslim olduğunu və ona canı könüldən bir məhəbbətlə sevgi bəsləyirsə ruhunda yaşamaqdır. Peyğəmbərimiz (s.ə.v) belə olsa eyni Mehdi (ə.s) ordusunda ömür boyu mübarizə etmiş kimi savab qazanar deyir.
(A9 TV; 8 dekabr 2012)
Adnan Oktar
-
Müsəlmanlarda Mehdi (ə.s)-a qarşı bir heyranlıq və dərin bir məhəbbət vardır. O bizim İslama xidmətimizə maneə törədən bir xüsusiyyət deyil. Əksinə bizi coşduran, həyəcanımızı artıran bir xüsusiyyətdir.
(A9 TV; 8 dekabr 2012)
Adnan Oktar
-
Namaz qılırsan bir ibadətdir. Mehdiyyət də ibadətdir. Mehdi (ə.s)-a dəstək olmağın, Mehdi (ə.s)-ı müjdələməyin, Mehdiyyət həyəcanını yaşamağın ibadətdir. İsa Məsih üçün darıxmağın, onun tələbəsi olmağı istəməyin ibadətdir. İsa Məsihi qarşılamağa hazırlanmaq ibadətdir.
(A9 TV; 8 dekabr 2012)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) bütün canlı varlıqların imamıdır: həm cinlərin həm insanların. Mələklər də Mehdi (ə.s)-ı çox sevirlər, dəstəkləyirlər. Allahın əmri ilə, mələklər eyni vəzifəni İsa Məsihlə də, Mehdi (ə.s)-la da yerinə yetirirlər.
(A9 TV; 8 dekabr 2012)
Adnan Oktar
-
Cəbrayıl və Mikayıl dayanmadan Mehdi (ə.s)-ın yanındadırlar, amma Mehdi (ə.s) görməz onları. Peyğəmbərimiz (s.ə.v), "Üç min mələklə kömək edir" deyir. Bundan əlavə hara gedərsə yanındadırlar. Cəbrayıl, Mikayıl heç yanından ayrılmırlar. Amma Mehdi (ə.s) bunları görə bilməz. O zaman ağlın ixtiyarı qalxar. İmtahan qalxar.
(A9 TV; 8 dekabr 2012)
Adnan Oktar
-
Yaşadığımız axırzamanda bir tüstü peyda oldu. Bütün dünyanı bir duman bürüdü. Mehdiyyətin əlamətlərindən biri də budur. O dumana görə bu iqtisadi böhran var, döyüşlər və terror var. Bu duman Mehdiyyətin zühuru ilə ortadan qalxacaq. O dumanı paylayan Mehdi (ə.s)-dır.
(A9 TV; 8 dekabr 2012)
Adnan Oktar
-
Sülh üçün hicri 1400-cü ildən sonra Mehdiyyət dövrəyə girdi. Çünki Kral Məsihi, yəni Mehdi (ə.s)-ı 1980-ci illərdə dünyaya Cənab Allah vəzifəli olaraq göndərdi. Və İsa Məsih də 2002-ci ildə dünya sülhü üçün vəzifəyə başlamış oldu.
(A9 TV; 8 dekabr 2012)
Adnan Oktar
-
İdealist gəncliyi də çox yaxşı dəstəkləmək lazımdır. Onlar səssiz vətənpərvərlərdir.
(A9 TV; 8 dekabr 2012)
Adnan Oktar
-
İnsanın fitrətində vardır keyfiyyət axtarışı. QURANDA ƏMR EDİLƏN, KEYFİYYƏTDİR. Məsələn, cənnət çox keyfiyyətli bir yerdir. Hər yerdə keyfiyyət hakimiyyəti vardır. Paltarlar, yataqlar keyfiyyətlidir, evlər, küçələr keyfiyyətli, insanlar keyfiyyətli, hər yer keyfiyyətlidir.
(A9 TV; 8 dekabr 2012)
Adnan Oktar
-
Keyfiyyətli bir cəmiyyət, keyfiyyətli bir həyat olmadıqdan sonra dünya İslamı qəbul etməz.
(A9 TV; 8 dekabr 2012)
Adnan Oktar
-
Möminlər cənnətə, kafirlər isə cəhənnəmə gedəcəklər. Amma heç kim cəhənnəmə ya cənnətə gedəcəyindən əmin olmayacaq. Ümid və qorxu arasında olmalıdırlar. Allah elə istəyir. Belə olduqda insan mükəmməl, dəqiq olur, inşaAllah.
(A9 TV; 9 dekabr 2012)
Adnan Oktar
-
Şeytan sizi Qurandan uzaq tutmaq istəyir. Qadınların ömrünün az qala yarısını Qurandan uzaq tuturlar. "Aman Qurana əl vurma! Qurana əl vura bilməzsən." Onsuz da müsəlmanın əli təmizdir, götürər Quranı oxuyar. Təmizsə əlin, gedər Quranı oxuyarsan. Qız olsun, kişi olsun istədiyi kimi oxuya bilər. Tərcümədən də oxuya bilərsən, rahat oxuyarsan.
(A9 TV; 9 dekabr 2012)
Adnan Oktar
-
Quran çörək kimi başınızda dayanacaq. Yastığınızın üzərində dayanacaq. Axşam yatarkən oxuyacaqsınız, qalxıb oxuyacaqsınız. Masanızda olacaq.