Fələstinlilər də İsraillilər də Hz. İbrahimin övladlarıdır. İki tərəf də Peyğəmbər nəslidir. Həmişə birlikdə söhbət edib, dua edib, əmin-amanlıq və qardaşlıq içində yaşamaq varkən, qarşıdurmalar, öldürmələr, cinayətlər çox böyük zülmdür. Sarılıb qardaş olmaq varkən israrla döyüşü istəmənin məntiqi yoxdur.
Eqoist olmayan insan mələk kimi olar. Eqoistlik insanları məhv edir. O bəlanın içindən çıxsalar çox gözəl yaşayarlar. Eqoist olsan da bir qab yemək yeyirsən, olmasan da, eqoist olsan da bir yataqda yatırsan, olmasan da. Nə gərək var özünə bu qədər əziyyət etməyə. Burax özünü, Allah üçün yaşa. Allah üçün yaşayan həm özü, həm də həyatı çox gözəl olar.
(A9 TV; 29 mart 2018)
Adnan Oktar
-
İman zəifliyi və qürur sevginin önündəki ən böyük maneələrdir. İman zəifliyini əzən, Allaha özünü tam buraxan, Allahın böyüklüyünü görüb xüsusi ağıl aləminə girən insan sevgini çox rahat əldə edir. Allahın böyüklüyünə aid xüsusi ağıl aləmi vardır. Bir səmimiyyət, bir də bu aləmə girmək insanı metafizik varlığa çevirir. Allahın böyüklüyünü unutduğunda özünün yalnız acizlik içindəki istiqamətlərini görən insan "məni sevən olar heç?" deyə sevgisizlik içində yaşayıb, sevgisizlik içində ölüb gedər. Boş yerə özlərini sevgisizliyə məhkum edirlər.
(A9 TV; 29 mart 2018)
Adnan Oktar
-
Sevginin ustadı qadınlardır. Bir qadının həqiqi sevgisini haqq etmək asan deyil. Böyük sənət, ağıl və iradə tələb edir. Bunun üçün qürur olmaması lazımdır. Qadın həqiqi sevgini çox yaxşı sezər, baxışından, səs tonundan, mimikalarından dərhal səmimi sevgi olub olmadığını anlayar.
(A9 TV; 29 mart 2018)
Adnan Oktar
-
İslam əxlaqı həm ola bildiyi qədər azadlıq verir, həm də insanların bir-birinə narahatlıq verə biləcəyi bütün çatışmazlıqları aradan qaldırar. Sevgini, dostluğu ən mükəmməl hala gətirən sistemin adı İslam əxlaqıdır.
(A9 TV; 29 mart 2018)
Adnan Oktar
-
Münafiqin əsas üzərində dayandığı mövzu müsəlmanlar içindən kimləri təsirli görürsə onu təsirsiz halına gətirmə səyidir. Axırzaman münafiqləri qövmün ən irəli gələn azğın müşrikləriylə iş birliyi edərlər. Hədəf seçdikləri də İslama ən çox xidmət edən, ən təsirli müsəlmanlar olar. Ancaq münafiq taledə məğlub olmuş olaraq yaradılmışdır. Allah tərəfindən həmişə alçaldılırlar amma həddindən artıq arsız olduqları üçün küfri inadları çoxdur. Münafiqin bu küfri inadı da, müsəlmanların faydasına olar. Müsəlmanların həm inkişafını təmin edər həm də savablarını artırar.
(A9 TV; 29 mart 2018)
Adnan Oktar
-
İmanın sirri, Allahın böyüklüyünü dərk etməkdir. Allahı gözəl təfəkkür etmək həyati məsələdir. Allaha olan sevgini gücləndirmək, təfəkkürü gücləndirmək əhəmiyyətlidir.
(A9 TV; 28 mart 2018)
Adnan Oktar
-
Məscidlərin geniş pəncərəli çoxlu yaşıllıq içində olması çox gözəl olardı. Hər məsciddə istixana kimi çoxlu bitki olmalı. Müsəlmanların bir arada söhbət etdikləri şahanə mühitlər yaradıla bilər.
(A9 TV; 28 mart 2018)
Adnan Oktar
-
Mükəmməlliyin qapısı peşmanlıqdır. İnsan peşmanlıq duyar, özünü inkişaf etdirib düzəldər. Peşmanlıqla ağıl inkişaf edər. Dünyadakı təhsilin təməlində də peşmanlığı dadmaq vardır.
(A9 TV; 28 mart 2018)
Adnan Oktar
-
Türkiyənin Rusiya ilə dostluğu və əməkdaşlığı çox əhəmiyyətlidir. Türkiyə və İran, Rusiyaya tam mənasıyla sahib çıxarsa İngilis dərin dövlətinin bütün oyunları boşa çıxarılmış olar.
(A9 TV; 28 mart 2018)
Adnan Oktar
-
Qadınlara şəxsiyyətli olmaq çox yaraşar. Bir çox insanın üzündə maska var, maskayla yaşamaq insanın dərinliyini əlindən alar.
(A9 TV; 28 mart 2018)
Adnan Oktar
-
Tənqid olunmaq mömin üçün çox böyük nemətdir. Allah qarşındakı insanın vicdanına sənə doğrunu söyləməyi ilham edir. Nə gözəl. Mömin üçün çox böyük nemətdir, "Allah razı olsun" deyəcəksən, dinləyəcəksən. Tənqidlərin hər saniyəsini, hər anını çox yaxşı qiymətləndirmək lazımdır. Tənqidə incimək olmaz.
(A9 TV; 28 mart 2018)
Adnan Oktar
-
Sevdiyimiz birini sonsuz əvvəldə və sonsuz sonrada da sevmiş oluruq. Allah ilə birbaşa əlaqədə, Allahın böyüklüyünün yaxşı bilinməsi vəziyyətində sonsuz sevgi başlamış olar. Yetər ki, səmimi olunsun, yetər ki, Allahın böyüklüyü unudulmasın.
(A9 TV; 27 mart 2018)
Adnan Oktar
-
Tayyib hocam, FETÖ-nu tarixə basdıran insandır. Əksi istiqamətdə ittihamda olanlara cavab verməyə ehtiyac da yoxdur. Tayyib hocam, FETÖ ilə etdiyi mübarizəylə tarixə keçmiş liderdir.
(A9 TV; 27 mart 2018)
Adnan Oktar
-
Şəhidlərimizin arxasınca üzüntülü ağlamaq onları təhqir edir. Bizim igidlərimiz "toya gedirik" deyərək şəhadətə gedirlər. Şəhadətləri mübarək olsun. İgid şəhidlərimizin, igid ailələrinin qərarlı, mətanətli, cəsarət dolu danışıqları bütün millətimizə nümunə olur. Bu gözəl danışıqlar həmişə mediada gündəmdə olmalıdır.
(A9 TV; 27 mart 2018)
Adnan Oktar
-
Səmimi, sağlam, tərtəmiz İslamı bataqlıqda axtarırlar. Xurafat, şiddət və nifrət qoxuyan bu bataqlıqla İslamın heç bir əlaqəsi yoxdur. Quran və Qurana uyğun sünnə xaricindəki anlayış müsəlmanlara yalnız fəlakət gətirər. Bu fəlakəti millətimiz və dövlətimiz heç vaxt qəbul etməz. Türkiyə müasir, aydın, dindar və keyfiyyətli ölkədir.
(A9 TV; 26 mart 2018)
Adnan Oktar
-
Allahın varlığı sevgidir. Bütün kainatın yaradılmasının tək məqsədi sevgidir. Sevgi hər şeyi həll edir. Bu sonsuz xoşbəxtlikdir. Dünyadakı ən böyük zövq sevgidir. Şeytan isə dünyanın ən böyük əzabı olan nifrətə insanları çəkməyə çalışar.
(A9 TV; 26 mart 2018)
Adnan Oktar
-
Bir diyarda ağlı başında bir insan olanda ayna sistemi dövrəyə girər və zəncirləmə olaraq hər kəsə müsbət təsir edər. Bir insanın səmimi imanı bütün cəmiyyətin gözəl əxlaqına vəsilə olar.
(A9 TV; 26 mart 2018)
Adnan Oktar
-
Allahın böyüklüyünü anlayan və səmimi olan insan metafizik varlığa çevrilər. Bütün dünya onun xidmətində olar. İstədiyi hər şeyi Allah üçün istəyənə Allah hər şeyi açar. Mömin özü üçün bir şey istəməz, bu möminin əsla içinə düşmək istəməyəcəyi fəlakətdir.
(A9 TV; 25 mart 2018)
Adnan Oktar
-
Hər çətinlik, hər əziyyət eşqi öyrənmək deməkdir. Bəla kimi görünən hər hadisə mömin üçün nemətdir. Hər bəla möminə xeyirdir. Bəla gəlib də sevgini öyrənməmək deyə bir şey yoxdur. Bəlanı yaşayanlar sevgini coşğuyla yaşayarlar, sevgini çox gözəl öyrənərlər.
(A9 TV; 25 mart 2018)
Adnan Oktar
-
Həqiqi mənada ictimai ədalət üçün, həqiqi ictimai zəmanət üçün himayədarlıq sisteminin tam yaşanması lazımdır. Quranda Allah hər kəsin bir-birinin vəlisi olduğu sistem olmasını söyləmişdir. Elə bu Mehdiyyət vəsiləsiylə olacaq. Allahın izni ilə 3-5 il içində bu gözəlliyin reallaşdığını görəcəyik.