Ey Dəccal ordusu, Haqq qarşısında heç nəsiniz. Sınadınız məğlub oldunuz, min dəfə sınasanız min dəfə məğlub olacaqsınız. Bahar gələcək, lakin müsəlmanlara yaxşı insanlara bahar gələcək və dəccaliyyət elmlə, irfanla dağıdılmış olacaq.
15 iyulda minlərlə nöqtədə möcüzə baş verdi, Allah bu milləti qorudu. Türkiyə mehdiyyətin mənəvi himayəsi altında olan ölkədir.
Allah 15 iyul şəhidlərimizin şəhadətini məqbul etsin, bizə də o gözəl şərəfi nəsib etsin. Qazilərimiz və şəhidlərimizlə qürur duyuruq.
İslam əxlaqının dünyaya hakim olmasının açarı qadın azadlığıdır. Allahın qullarının yarısı qadınlardır, Allah qullarına zülm edilməsinə icazə verməz.
Alkoqol bilavasitə bütün hüceyrələri zəhərləyən, toxunduğu toxumanı öldürən maddədir. Alkoqolun faydası vardır deyənlər yanlış məlumat verirlər.
Bəziləri əyləncə yerlərində dindən bəhs edildiyi zaman sevinclərinin qaçacağını zənn edir. Halbuki həqiqi əyləncə dinlə iç-içə olduğu zaman yaşanar.
Çin xalqı humanistdir. Çin ilə Türkiyənin hərbi, siyasi, mədəni, hər cəhətdən ittifaq etməsi lazımdır.
Döymənin haram olduğuna dair açıqlamalar doğru deyil. Dəri altına işləyən boya dəstəmaza mane olmaz.
Qadına hörmətin ən yüksək olduğu dövr mehdiyyət dövrü olacaq. Qadınlar azadlığı və gözəlliyi istədikləri kimi yaşayacaqlar.
İran, Türkiyənin dostu olan ölkədir. İran ilə Türkiyənin arasının pozulmasını istəyənlərə heç kim etibar etməsin.
Kiprdə torpaq verilməsi kimi bir vəziyyət heç vaxt olmayacaq.
Peyğəmbərimiz və səhabələr Quran əhli idi. Peyğəmbərimizin dövründə heç bir məzhəb yox idi. Biz Peyğəmbərimiz dövründəki İslam yaşansın istəyirik.
Müharibələrə, döyüşlərə, tanklara, toplara ayrılan pullar xalqın rifahına ayrılmış olsa, dünyanın heç bir yerində aclıq, kasıblıq qalmaz.
Yaşlılara, böyüklərə xidmət etmək çox böyük savabdır. Həmişə səbirlə, sevgiylə, şəfqətlə yanaşmaq lazımdır.
İslam Birliyinə, mehdiyyət gözəlliyinə doğru sürətlə irəliləyirik. Dünyanın cənnət kimi olacağı günlərə gedirik inşaAllah.
İnsanların yaraşıqlı və baxımlı olması digər insanlara hörmətini göstərən meyardır. Təkcə funksional geyim olması, baxımsızlıq heç də gözəl deyil.
Azərbaycanı öz ölkəmiz, öz canımız kimi sevirik. Allah bizi azəri canlarımızla cənnətdə də qardaş etsin inşaAllah.
İngiltərə dərin dövlətinin özünü gizləmə taktikasına heç kim aldanmamalıdır.
Bədiüzzamanın izahatlarına görə hz. Mehdi hal-hazırda vəzifə başındadır. Mehdiyyət dövrü hicri 1400-cü illər, yəni içində olduğumuz dövrdür.
15 iyul alçaq çevriliş cəhdinin müvəffəqiyyətli olmamasının səbəbi, Türkiyənin mehdiyyətin mənəvi himayəsi altında olmasıdır.
Hz. Mehdinin mübarizəsi elmi və fikri olacaq. Silahlı mübarizəsi əsla olmayacaq.