Əsas məsələ Allah eşqidir. Dünyada ən böyük ləzzət, nemət odur. Allah eşqi olsa məsələ həll olar. Dünyada və axirətdə cənnəti yaşayarsan.
Xəstəyə şəfqət çox əhəmiyyətlidir. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) haqqında demişdir ki, xəstəni başında daşıyacaq.
Sevgi Allah üçün olmalıdır. Allahın təcəllisi olaraq sevmək əhəmiyyətlidir. Uşaqlar, quşlar, insanlar, çiçəklər Allahın təcəllisi olaraq sevilərlər.
Kobud, qalmaqal salan bəzi insanlar vardır. Elə insanlarda sevgi, dərinlik, Allah qorxusu, Allah sevgisi, şəfqət, mərhəmət, nəzakət, ədəb olmaz. Onlar küfr dəryasındakı insan kimi dalarlar. Onun içində o başdakılarla birlikdə yuyunar. Müsəlman bataqlığın içinə girməz.Çirkabın damcısını belə üzərinə sıçratmaz. Çox diqqətli olar .
Mehdiyyət 2082-ci ilə qədər davam edəcək. Ondan sonra pozulma başlayır. O dövrdə Mehdi (ə.s) və İsa Məsih (ə.s) olmayacaq.
Risaləi-Nuru olmayan evində suyu olmayan kimidir.
Firon çox yaxşı, demokratik davransa "Buyurun, xoş gəldiniz. Gəlin danışaq" desə savabın sayı trilyondan bir-ikiyə enər. Daşqın və təcavüzkar olanda isə savab trilyon olur.
Dəccal yoxdur, amma sən "mən dəccaliyyəti qurutmağa gəldim" deyirsən. Xeyr, savab qazana bilməzsən. Çox cəhd göstərsən də savabı çox az olar. Çətinlik, təhlükə, hücum edənlər olacaq, söyənlər, qışqırıb-çığıranlar olacaq, şərəfsizlər, namərdlər aranı qatacaq. Bir xeyli fitnə, haqsızlıq olacaq, bax onda savab yağış kimi yağar.
Dəccaliyyət bir dənizdir. Oradan bolluca savab qazanırıq. Çünki dəccaliyyəti qurutmaq üçün atılan hər bir addım savabdır.
Müsəlman nəsihəti, gözəl sözü qəbul edər.
Dəccal olmasa Mehdi (ə.s) ola bilməz. Mehdilik üçün əsas zəmin dəccaldır. Dəccal üçün də əsas zəmin Mehdi (ə.s)-dır. Firon olmasa hz. Musa (ə.s) olmur. Nəmrud olanda hz. İbrahim (ə.s) olur. Allah birlikdə mənfi-müsbət yaradır. Müsbət peyğəmbərlər, mənfi isə dəccallardır.
Nə gözəl! Tezliklə İslam Birliyi olacaq. Fanatizm, səmimiyyətsizlik aradan qalxacaq.
Hz. Mehdi (ə.s) və İsa Məsih (ə.s)-ın nuru bütün dünyanı bürüyəcək.
Nur kimi dinimiz vardır, xurafata icazə vermərik. Əbəs yerə kimsə qəbul etdirməyə çalışmasın.
Allah Quranda hz. Süleyman (ə.s)-ın zənginliyini tərifləyir.
Mehdiyyət qollarını açaraq gəlir, inşaAllah.
Bir Müslüm Gürsəs, Orxan Gencebay, Sibel Can kimi sənətçilər bir daha gəlməz. Son nəslin sənətçilərinə sahib çıxmaq lazımdır.
Fanatiklərin izah etdikləri xurafatlara görə Avropada və bütün dünyada İslamofobiya yayıldı.
Hz. Mehdi (ə.s) dövründə vaxt itkisi, bilinməyən hərəkət qalmayacaq, inşaAllah.
Hz. Mehdi (ə.s) mənəvi cəhətdən ölmüş dünyanı yenidən dirildəcək.
Fanatiklər uydurma hədislərlə, xurafatlarla Əhli- Kitaba nifrət bəsləyirlər.