avatar

Adnan Oktar

Ənənəvi bataqlığa düşmək dibsiz quyuya düşmək kimidir, insan getdikcə çirklənər. Qatı dinçilik fasiləsiz surətdə qat-qat artan bir bəladır. Adam; "mən qatı dinçiyəm" deyir. Başqası da; "mən daha çox qatı dinçiyəm" deyir. Yarış halında ağlasığmaz bir çirkabın içinə girərlər.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İslam olduqca müasir, şən, sağlam, elmə, incəsənətə, gözəlliyə və estetikaya açıq olaraq yer üzündə zühur edəcək. Cənnət kimi zühur edəcək. İslam, murdar, qaranlıq, əzablar çəkdirən, asan, kəsən, estetikadan uzaq, leş kimi qoxuyan insanların yaşadığı bir mühit şəklində təzahür etməz. Allah İslama belə pislik etdirməz, müsəlmanlara da etdirməz.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İnsan fitrətinə uyğun olmayan bir İslam anlayışını dünya əsla qəbul etməz. Ən başda Allah qəbul etməz. Hər dəfə zorla belə üfunətli, çürümüş, cəhənnəmi xatırladan, çirkli, pis din anlayışını gətirməyə çalışdıqlarında Allah onları zəlil edər, rəzil edər, yerlərdə sürüyər, məhv edər, açıq şəkildə deyirəm. Bunu unutmalıdırlar.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Musiqi olsun, rəsm olsun, heykəl olsun, estetika olsun, gənc qızlar çox baxımlı gəzsin, gənc oğlanlar bu cür yaraşıqlı, nümunəvi halda gəzsinlər. Hər yer sənət qalereyası kimi olsun. Bu təqdirdə dünya müsəlmanlara heyran olar.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Ən əhəmiyyətli şey keyfiyyət və estetikadır. Həyata rəng qatan, gözəllik qatan şey budur.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Təkidlə deyirəm; Misirdə müasir İslam anlayışını müdafiə etsələr bütün Avropa, Amerika, hər kəs dəstək verər. İnanılmaz bir güc olaraq bütün dünya da sevər. Namazını qılacaqsan, orucunu tutacaqsan, zəkatını verəcəksən, həccə gedəcəksən, sadəcə müasir olacaqsan. Onun üçün müqavimət göstərirlər.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Hökmən bütlə mübarizə aparmaq lazım deyil. İnsan yeri gəlsə bütün tərəfini tuturmuş kimi görünüb imanını qoruya bilər. Yəni təhlükəlidirsə, büt onu zərər verəcək, öldürəcəksə, dinini yaşamasına mane olacaqsa, zərər verəcəksə özünü bütün tərəfini tuturmuş kimi göstərə bilər. Bu ayədə də var, insan bundan ötrü məsuliyyət daşımaz.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İman sayəsində Allahın olduğu hər yer - olmadığı heç bir yer yoxdur - cənnət olar. Allaha inanmırsansa, hara gedirsən get ora sənin üçün cəhənnəm olar.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İslamı müşrik, bütpərəst bir sistemə çevirdikləri üçün, Allah da yola gətirmək, islah etmək üçün bəla, fəlakət, aclıq, müharibələr, terror yaratmaq üsullarından istifadə edir. Allah imtina etsinlər deyə inanılmaz dəhşət meydana gətirir. O zaman daha çox bütünə sarılır. “Qurtuluş bütə sarılmaqdadır” deyir. Bütünə sarıldığın üçün bu hala düşürsən.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Bütün bölgə xalqı PKK-ya nifrət edir. Zorakılıq tətbiq edən bir birliyə qarşı insanların hörmət göstərməsi və sevgi bəsləməsi mümkün deyil.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Dünya tarixində həmişə bütə nifrət edilmişdir. Amma birləşdirici olduğu üçün də, ona qarşı saxta hörmət göstərilmişdir.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) səssiz, sakit, həlim bir insandır. Hədisdə Mehdi (ə.s) üçün; "evindən idarə edər" deyilir. Sevgi müəllimidir. Bütün dünyanın bir-birini sevməsini təmin edəcək bir insandır.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

Maddə olmayan beyinin içində səs meydana gəlir. Xarici aləmdə səs yoxdur. Amma maddə olmayan beyinin içində səs olur, işıq olur. Xarici aləmdə dad deyə bir şey yoxdur. Dad beyinin içində meydana gəlir. Amma bu ətdən beyin deyil. Nurdan olan beyin. Biz nurdan olan beyin sayəsində danışıb düşünürük.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

ABŞ-ın “Böyük Orta Şərq” layihəsinin məqsədi Mehdiyyəti dayandırmaqdır. Çünki Mehdiyyət bütün İslam aləmini birləşdirəcək bir sistemdir; Böyük Orta Şərq layihəsi də bütün İslam aləmini parça-parça edəcək bir sistemdir.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

MHP-AKP koalisiyasına Amerika dərin dövləti, İngiltərə dərin dövləti qarşı çıxar. Bütün bunları gözə alaraq bu koalisiyanı yaratmalıdırlar. Bu, ABŞ-ın “Böyük Orta Şərq” layihəsini təməlindən yox edəcək bir koalisiyadır.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

Ən ağlabatan şey AKP-MHP koalisiyasının yaradılmasıdır. CHP-AKP koalisiyasından bir şey çıxmaz. Mənim qənaətimə görə həm CHP, həm də AKP zəifləyər. İkisi də kiçilərlər. Ağıllı bir şey olmaz.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

Türkiyənin raket sənayesinə üstünlük verməsi əhəmiyyətlidir. Müdafiə Nazirliyindən xahiş edirik, on minlərlə, yüz minlərlə raketimiz olmalıdır. Min kilometr, iki min kilometr mənzilli, üç min kilometr, beş min kilometr. Qorxuducu güc baxımından İran kimi olmalıyıq.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

PKK yetişdirdiyi bütün gəncləri bilavasitə məqsədyönlü olaraq öyrədir. Tamamilə həyatın sosial tərəflərindən uzaqlaşmışlar. Yalnız hədəfə bağlanmışdırlar. Türk gəncliyi də belə olmalıdır. Milli-mənəvi hədəflərə bağlanmalıdırlar. Allah qorusun, belə olmasa fəlakət gələr.
A9 TV; 14 iyun 2015
avatar

Adnan Oktar

PKK-lıya kürd demək kürdlüyü təhqir etməkdir. O kürdlüyünü itirmiş, insanlıqdan və heyvanlıqdan çıxmışdır. Məxluqata çevrilmişdir.
A9 TV; 14 iyun 2015
avatar

Adnan Oktar

TRT-yə baxıram; "Kürd üsyançılar" deyildiyini görürəm. Allahsız, kitabsız, Stalinist, kommunist PKK-lılar deyin buna. Onlar necə kürd ola bilər? Kürdlər belə bir şey edərmi? Kürdlər nurdur. Kürdlər alicənabdır. Kürdlərin adına xələl gətirirsiniz.
A9 TV; 14 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) haradadırsa, mərhəmət də oradadır. Mehdi (ə.s) haradadırsa, şəfqət də oradadır. Bütün Orta Şərqin ən şəfqətli dövlətiyik. Bölgədə geniş şəkildə zülm yayılmışdır. Burada da, geniş şəkildə mərhəmət yayılmışdır.
A9 TV; 14 iyun 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo