Ediləcək şey İslam Birliyidir. Bütün müsəlmanları birləşdirməkdir. O zaman İsrail də 3000 ildən bəri gözlədiyi o xoşbəxtliyə qovuşar. Bütün bölgədə hüzur, sükunət, asayiş təmin olar. Ticarət, sənət, elm olduqca inkişaf edər. Demokratiya tam mənası ilə olar. Xarici təhlükə tamamilə yox olar. Sevgi içərisində, qardaşlıq içərisində, barışıq daxilində çox gözəl dinc yaşayarlar.
Allah, əgər bir müsəlmana hücum varsa, dünyada nə qədər müsəlman varsa birlik halına gəlib, birlikdə etiraz etməniz lazımdır deyir. Allah müsəlmanın xüsusiyyəti olaraq fərz etmişdir. (Şura Surəsi, 39)
İslam dünyaya hakim olduğunda insanlarda qorxu olacaqmı? Olmayacaq. Yəni iqtisadi darlıq olmayacaq, terror olmayacaq, anarxiya olmayacaq, ağlamayacaqsınız, kədərlənməyəcəksiniz, qəmli olmayacaqsınız.
"Şübhəsiz sənə beyət edənlər ancaq Allaha beyət etmişlər." (Fəth Surəsi 10) Rəsulullah (s.ə.v)-ə beyət edilmişdi, Mehdi (ə.s)-a da beyət edəcəyik, inşAllah. Əbcədi 2025-ci il. Bir dənə tarixi var, 2025 tarixini verir. Bu möcüzədir. Axır zamanla əlaqədar, hakimiyyətlə əlaqədar bütün ayələr tək tarix ətrafında toplanır maşAllah.
Hz. Mehdi (ə.s.) mələklərlə dəstəkləniləcək― Cəbrayıl, Mikayıl və üç min mələklə.
Hz. Mehdi (ə.s.) dövründə hüzur və təhlükəsizlik duyğusu Tabut-u Səkinənin mövcudluğu ilə olur, inşaAllah.
Hüznə qapılma, əlbəttə Allah bizimlə bərabərdir" (Tövbə Surəsi, 40) Deməli, müsəlmanlar çox çətin dövrlərdən keçəcəklər. Hüznə qapılmayacaqlar.
Allah Quran oxunduğunda susun, dinləyin deyir. Məsciddə qışqıraraq danışılmaz. Pıçıltı ilə də danışılmaz. Məscid danışılacaq yer deyil. Quran oxunarkən səssiz dinlənilər. Az qala məscidlərin böyük hissəsində mən bunu görürəm. Bu da bir qiyamət əlamətidir və Mehdi (ə.s)-ın çıxış əlamətidir, Quran oxunarkən insanların yüksək səslə danışması.
2082-ci il İsa Məsihin ən cazibədar illəri, ən gözəl illəridir inşaAllah və Mehdiyyətin təbii ki.
Dində təzyiq yoxdur, dində məcbur etmək yox. İstəyən istədiyi kimi düşünər. Allah sınayır, imtahan nə demək? Azad iradənlə qərar verirsən.
Sevgisiz, estetikadan uzaq, baxımsız, dağınıq, əzik, özünə qapanan bir dünya ilə, musiqi yox, sənət yox, demokratiya yox, coşğu yox, həyəcan yox, elə o şəkildə İslam hakim olmaz. Allah belə qorxunc bir sistemi də bizə fərz etməz. Allah belə qorxunc şeyləri bizdən qaldırmışdır. İnsanlar özləri icad edirlər bu qorxunc sistemləri, dəhşət verici sistemləri.
Fanatizmlə din hakim olmaz. Mənə deyirlər ki, "Niyə şənsən? Niyə musiqi var? Niyə şəkil var? Niyə əylənirsən?" Başqa cür din hakim olmaz.
Bir kommunist, bir ateist, bir Darvinist potensial müsəlmandır. Müsəlman olması ümid edilər. Olmursa da qədərindədir. Mərhəmət göstərərik, şəfqət duyarıq. Xilas olması üçün dua edərik.
Mehdi (ə.s) çıxdığında, zənn edirlər ki, xurafatçı, fanatik düşüncə köhnəsinin yüz misli qədər ortaya çıxacaq. Mehdi (ə.s) çıxdığında köhnəsinin yüz misli qədər fanatik düşüncə ortadan qalxacaq. Demokratiya gələcək, sevgi gələcək, sülh gələcək, iqtisadi rifah gələcək və ədalət gələcək.
Hz. İsa Məsih (ə.s) Darvinizm, materializm mövzularına girmir, imani mövzularda da bir fəaliyyət etmir. Allahualəm hər halda fərqinə varılmaq istəmir. Amma siyasətə girir. Siyasət cəhətdən dünyanı istiqamətləndirir. Allah elə ilham etmiş demək ki, elə vəhy etmişdir.
Peyğəmbərimiz (s.ə.v)-in axır zamanda çıxacağını söylədiyi əlamətlərin hamısı reallaşdı. Bu bir möcüzədir, amma bəzi insanlar peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini gizlədirlər. Halbuki, hər yerdə izah edilməsi lazımdır. Möcüzə nədir? İmanı artıran bir şeydir. Peyğəmbərimiz (s.ə.v)-ə hörməti, sevgini daha da artıracaq. Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini söyləsən insanlar çox sevər, heyran olarlar, peyğəmbərliyini qəbul edərlər.
Mehdi (ə.s), Tabutu- Səkinəni gətirib Məscidi-Əqsanın qarşısına qoyunca bütün xristian və yəhudi kütlə olduğu kimi müsəlman olacaqlar, inşaAllah.
Tabutu-Səkinəni mütləq sahibi (Mehdi (ə.s)) açacaq. Onun açılışı üçün də xüsusi icazə lazımdır Cənab Allahdan, inşaAllah.
Quranda adı keçən Talut o dövrün Mehdisi, Calut o dövrün dəccalıdır.
Polis canımızdır, polis dostdur, polis qardaşdır. Polis barışıqdır, sevgidir. Polisə şəfqətlə, mərhəmətlə yaxınlaşacağıq.
Peyğəmbər duaları qəbul edilən dualardır. İsa Məsih, Allahın ilhamı ilə dua etsə qasırğa olar. Dua etsə zəlzələ olar. İsa Məsihin xüsusiyyətidir o. Bilinməyən bir xüsusiyyətidir. Duası dərhal qəbul olar.