Ədalət ancaq Mehdi (ə.s) ilə yaranar. Nə qədər cəhd edirlərsə etsinlər, hökumətlər, dövlətlər, nə qədər səy göstərsələr də həqiqi ədalət, ancaq Mehdi (ə.s) tərəfindən təmin edilir. Ondan başqa ədalət olmur.
Qatı dinçiliyə qarşı sevgi, məhəbbət, eşq dolu, azadlığı müdafiə edən İslam anlayışı lazımdır. Belə olduqda dünya rahatlanar.
Qatı dinçiliyin olduğu heç bir ölkə qurtulmaz. Qatı dinçilik dəccaliyyətdir. Həyatımıza qatı dinçilik girsə məhv olar. Üstəlik, qatı dinçilik narkotik kimidir. Bir yerdən başladısa artıq o yavaş-yavaş, təcridlə cəmiyyəti əhatə edər, bəlaya salar. Ona görə də lap əvvəldən qatı dinçiliyə icazə verilməməlidir.
Peyğəmbərimiz (s.ə.v)-in açıq şəkildə “şəxs” olaraq bildirdiyi hz. Mehdi (ə.s)-ı, bəzi alimlərin “şəxsi mənəvi” deyərək gizlətməsi müsəlmanları çıxılmaz yola aparır. Fitnəyə, iztiraba, çıxılmaz vəziyyətə aparır. Amma mehdiyyət və İslam Birliyi inancı bərəkətə, bolluğa, gözəlliyə aparır.
Hər şeydə bir xeyir var. Mehdiyyətin bir mərhələsindəyik.
Allah ümməti xəbərdar edir. ''Əgər birləşməsəniz, bir liderin ətrafında birləşməsəniz sizi məhv edərəm. Bir-birinizə düşmən olsanız, gücünüz, qüvvəniz itər” deyir. “Əks təqdirdə zəfər, qələbə verərəm, gözəllik, hakimiyyət olar'' deyir. Bunlardan birini müsəlmanlar seçəcəklər.
İslam Birliyini, hz. Mehdi (ə.s)-ın gəlişini, İsa Məsih (ə.s)-ın enişini rədd etsən, bu Allaha xoş gəlməz.
Mehdiyyətdə bir ağıl, bir vicdandır. Bütün müsəlmanlar tərtəmiz bir vicdanla birlik qurarlar. Əks təqdirdə qarışıqlığa son qoyulmaz.
Mehdiyyət dövründə artıq gözəllik və bərəkət gələcək. Amma təbii ki, bu qısa müddətdə olacaq. Yəni hicri 1506-cı illərə qədər davam edəcək. Ondan sonra yenə pozulur. Şam da pozulacaq, Misir da pozulacaq təkrarən, hər yer pozulacaq.
Camaatın güclənməsi İslam aləminin güclənməsidir. Camaat yox oldusa, İslam aləmi məhv olar, Allah qorusun. İslam aləminin hamısı camaatdan yaranar.
Hökumətin getməsi, Baş nazirin dəyərsizləşdirilməsi bu qədər asan, ucuz deyil. Bura üçüncü dünya ölkəsi deyil. Biz keyfiyyətli bir ölkəyik. Buna görə belə şeyə icazə vermərik. Hər şey hüquq çərçivəsində, məqbul və ağıllı olsun.
Allah monoton dünya istəmir, dinamik bir dünya istəyir. O canlanmanın içərisindən mehdiyyəti çıxarır.
Sözün təxribat gücü şiddətlidir. Söz insanları çox kədərləndirə bilər. Mümkün qədər yaxşı, məqsədəuyğun, məqbul, doğru, mehriban, coşğulu, ümidvar, həyəcanlandırıcı, şövqləndirici və insanları xoşbəxt etməyi hədəfə alan gözəl sözlər danışaq.
Dünya çox qısadır, hamımız gedəcəyik. Hamımız inşaAllah cənnətə gedərik. Qısa bir imtahan dövründəyik. Əhəmiyyətsiz şeylər üçün bir-birimizi qırmayaq, xəcalətli etməyək, kədərləndirməyək, ağzımızdan çıxacaq sözlərə fikir verək.
Müsbət düşünmək, müsbət danışmaq gözəl olar. Təhrik edici şəkildə danışmaq, məncə, yaxşı deyil. Şüuraltında insanlarda pis duyğular yaradır. Hər nə qədər əhəmiyyətsiz hesab etsələr də şüuraltına o yerləşir.
Allahın bağışlamasını istəyirsənsə sən də bağışlayacaqsan. Qisas almayacaqsan. Dünyəvi cəzası nədirsə qanun çərçivəsində alır. Artıq o yetərlidir. Buna görə kinə, ədavətə ehtiyac yoxdur. Tövbə edər, qardaşın olar.
Allahın əsl istədiyi sülhdür. Allah müharibə istəmir. Döyüşü Allah imtahan vəsiləsi olaraq yaradar. Müharibəni, o fitnəni aradan qaldıran kimdir? Allahdır. Möminləri də vəsilə edər, sülh mühitini meydana gətirər.
Müsəlmanı müsəlmanla vuruşduran davranışdan çəkinmək lazımdır. Həm haramdır, həm uğursuzluqdur, həm bərəkətsizlikdir. Allah belə çirkin rəftarı bəyənməz. Heç kim bunu təşviq etməsin.
Peyğəmbərimiz (s.ə.v) söyləyir, İslam Birliyinin tək ünvanı imam Məhəmməd Mehdidir. Başqa ünvanı yoxdur. Axırzamanın əlamətlərinə inanılsa, Rəsulullah (s.ə.v)-in möcüzələrinə inanılsa bu doğru olar.
Şeytanın ən çox təzyiq göstərdiyi ölkə Türkiyədir. Nə AK Partiyanın yıxılmasına, nə də camaata zərər gəlməsinə icazə verərik.
Əmək sərf edərək yetişdirilmiş, öyrədilmiş, İslamı, Quranı müdafiə edən bir mömin birliyini bütünlüklə dünyadan yox etməyə cəhd göstərmək çox çirkin hərəkətdir, günah olar.