avatar

Adnan Oktar

Dürüst, sevgi dolu, mehriban bir baxış mömin üçün qidadır. Cənnətdə də bu gözəlliyə diqqət çəkilmişdir. Gözlərini yalnız ərlərinə dikmiş, ehtirasla ərlərinə baxan qadınlardan bəhs edilir. Allah, Quranda ilkin prioritet olaraq baxışlarına diqqət çəkmişdir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

İslam sevgi, mərhəmət, sülh, keyfiyyət, gözəllik, demokratiya, dərin düşünmə, elm və incəsənətdir. Hər cür gözəllikdir. Lakin mövhumatçılıqda belə anlayış yoxdur. Mövhumatçılıqda yalnız mərhəmətsizlik vardır. Dünyanı həm özü üçün cəhənnəmə çevirər, həm də insanlar üçün cəhənnəmə çevirməyə çalışar.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Ənənəvi Ortodoks sistem fəlakət sistemidir. Eləcə də, bütün dünyada müsəlmanlara nifrət edilməsinə səbəb oldu. Bu nifrət getdikcə artır və Avropada da, ənənəvi Ortodoks müsəlmanları ucbatından radikal sağ həddən artıq güclənir. Həm özünə zərər verir, həm də İslama və bütün məzlumlara.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Dövlət, gəncləri özbaşına buraxmamalıdır. PKK, gəncləri özbaşına buraxmır. Öyrədir və şüurlandırır. Marksist şüurla, kommunist düşüncə ilə, terrorist, Stalinist məntiqlə öyrədir. Dövlətin verdiyi təhsildə əks cavab verilmir. Belə olduqda insanlar da tək tərəfli inkişaf edir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Terrora qarşı çox əsaslı mədəni mübarizə, əsaslı gənclik şüurlandırması lazımdır. Ümumiyyətlə, gənclərə milli şüur dərsi keçirilməlidir, həftədə ən az üç dəfə. Kommunizm nədir, marksizm nədir, necə mübarizə aparılar, terrorizm nədir? Darvinizmin və materializmin yanlış istiqamətləri hansılardır? Bunlardan bəhs edilməlidir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Terrora qarşı ağlasığmaz cəsarət, ağlasığmaz hücum və düşmənin heç gözləmədiyi cavab verilməlidir. Çılğın olduğunu hiss etdirməlisən. Sakit formada mübarizə aparsan, onlar da sakit formada hər gün əsgərləri və polisləri şəhid etməyə davam edər. Üzərilərinə gələn kimi də yalvarmağa başlayırlar.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

PKK-ya qarşı sakit və mülayim bir siyasət tətbiq edilməməlidir. Hüquq çərçivəsində, çılğın bir siyasət tətbiq edilməməlidir. Çünki şəhid əzizdir. Hər gün şəhid verilməsi bizə meydan oxunulmasıdır.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Vəhşiliyə və zorakılığa verdikləri diqqətə bax, çəkdikləri zəhmətə bax. Qan üçün çəkdikləri zəhmətə bax. Eyni zəhməti sevgi üçün çəksələr, dünya çox qısa müddətdə cənnətə dönər. Lakin, əlbəttə ki, Allahın sevilməsi şərtdir. Allah sevilmədən dünyanı cənnətə döndərməz. Allahın sevilməsi, Allahdan qorxulması əsas şərtdir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Hər şey gözəl olacaq. Tövratda 3500 il bundan əvvəl bildirilən Kral Məsih – Moşiyah, yəni Şiloh həqiqətən dünyanın qurtuluşuna vəsilə olacaq. Onun dövrünə daxil olduğumuzu da, bütün əlamətlərdən, göydəki və yerdəki əlamətlərdən görürük. Axan bu qanlar Moşiyahın zühur əlamətləridir.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Armaqedon hz. Mehdi (ə.s)-ın zühurunun son böyük əlamətlərindəndir. Yavaşladılmış bir armaqedona da şahid ola bilərik, sürətləndirilmiş bir armaqedona da. Armaqedon onsuz da hal-hazırda tamamən əlaqədar bölgədə davam edir.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

İslam aləminin bir başçısı, bir lideri olsa həmin gün, həmin saat terror, anarxiya dayanar. Müharibələr dayanar, fəlakət dayanar, bölünmələr də dayanar, parçalanmalar da. Hər şey kökündən həll olar.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

İslam qırğını dayandıran bir sistemdir, sevgini gətirən bir sistemdir. Əgər qırğınlar baş verirsə, bunun səbəbi hər hansı yerdə İslamın tətbiq olunmamamsı, İslam Birliyinin olmamasıdır. Müsəlmanların başında biri olsa, bu terror, bu anarxiya baş verə bilərmi? Təbii ki, xeyr.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Münafiqlər heyvan kimi vəhşi olurlar. Məsələn, əsəbiləşmələri, nəzarətlərini itirmələri, ağılsızlıqları, dəlisov olub, heyvandan da betər. Çox vəhşicəsinə olur. Allah onları heyvanlardan da alçaq olaraq qəbul edir. “Heyvanlardan da aşağıdırlar” deyir.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Müsəlman, münafiqlərə və ürəyində xəstəlik olan insanlara dəstək olmamalıdır. Ancaq səmimi insanlara dəstək olmalıdır. İşinə gəlməsə də, mənfəətinə zidd olsa da, belə etməlidir.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Quranda göstərilən əxlaq, ən yüksək və ən dərin əxlaqdır. Ən dərin ağılın meydana gələcəyi ən mükəmməl həyat tərzidir.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Dini yaşamaqda passiv davrananlar, cahil insanların həyat tərzinə görünməmiş istək duyurlar, böyük heyranlıq duyurlar. Müsəlmanlar arasında da, bu cahil həyat tərzini yaşatmaq istəyirlər.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Kafir və münafiqlərdə sürü psixologiyası vardır. Heyvanlarda olduğu kimi. Ortaq hərəkət edərlər. Məsələn, şimal maralları, bizon sürüləri necə sürü halında hərəkət edirlərsə, küfür əhli də bu cür sürü halında hərəkət edərlər. Bir yerdən bir təhlükə gəldikdə, bizon sürüləri sürü halında ona hücum etməyə başlayır. Küfr əhli də belədir, toplu halda hərəkət etmə xüsusiyyəti vardır.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Müsəlmanlar, çox bəsirətli, fərasətli və çox ağıllı olmalıdırlar, ayıq olmalıdırlar, durğun olmaq yaramaz. Su yatar, münafiq yatmaz. Xəstəlik hər an yenidən inkişaf edər. Məsələn, müsəlmanlar şirin-şirin izah edərlər, lakin o lağ edər, dinləməz belə.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Bəzən mömin münafiqə çox bənzəyər, lakin münafiq olmaz, müvəqqəti xəstəliyə tutulmuş olar. Onu bu xəstəlikdən xilas etdikdə, o normal müsəlman olaraq davam edər. Lakin bu müalicə münafiqə tətbiq edildikdə (burada çox böyük təhlükə var) eynilə o da xilas olmuş kimi görünər, lakin gizlində münafiqliyə davam edər.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Münafiqlər dünyadakı müsəlmanların vəziyyətlərini düşünmədikləri kimi, üstəlik, bu çətinlikləri və məsuliyyəti boyunlarına götürmədiklərinə də sevinərlər. Ağıllı olduqlarının qənaətindədirlər. Tədbirli davranır, məsələn, müsəlmanlardan uzaq olar, hadisələrdən uzaq olar. "Mən nə qədər ağıllıyam" deyir, "nə qədər məqsədəuyğun hərəkət edirəm" deyir. Başına gələn bəlanı görmür, möminlərə gələn neməti də görmür. O cəhənnəmin dibinə bir qədər də yaxınlaşmış olur, möminlərin cənnəti daha da parlamış olur.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Münafiq öz aləmində, Quranla Peyğəmbər (s.ə.v)-i aldatmağa çalışır. "Allah ayədə ailənizi qoruyun demirmi?" deyir, "ticarət halal yol kimi göstərilir, mən də bunu edirəm" deyir. Elədir, lakin hər şeydə Allahın rizasının ən çoxunu axtarmalısan, dürüst və səmimi olmalısan. Orada müsəlman qadınlar, məzlum müsəlmanlar şəhid edilirlər, sən isə ticarətdən bəhs edirsən. Alçaqlıq etmə, ağlını başına yığ, dəliliyi burax. Orada insan öldürülür, müsəlmanlar şəhid edilir, sənin ticarətin daha mı əhəmiyyətlidir, bu qədər mi ağılsızsan?
A9 TV; 7 dekabr 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo