Dünyanın heç bir yerində insanlara, gənclərə, uşaqlara fosil (daşlaşmış qalıntı) göstərilmir. Bu həm qəribə, həm də ibrətamizdir. Niyə təkidlə göstərilmir? Çünki baxdıqları vaxt, təkamülün olmadığını anlayırlar. Belə ki, dünyada ən çox olan fosildir.
Vicdan çətindir, lakin meyvəsi gözəldir. Məntiq asandır, lakin meyvəsi çox acıdır.
(A9 TV; 5 sentyabr 2015)
Adnan Oktar
-
Vicdanın səsinə qulaq asılmadıqda başa gələn ilk bəla, ağıla zərər gəlməsidir. İnsanın ağlına zərər gəlir. Görə bilərmi? Görə bilməz. Çünki zəkası hakim rol oynadığı üçün, görə bilməyəcək. Ağlı örtülər, zəkası açıq qalar. Ümumiyyətlə, Allah zəkanı örtməz. Çox nadir hadisələr istisna olmaqla örtməz. Ağlını örtər. Ağlını örtdüyünə görə, zəkası heç bir işinə yaramır. Bundan sonra zəkası başına bəla açar. Zəkası onu süründürər.
(A9 TV; 5 sentyabr 2015)
Adnan Oktar
-
Hər murdar hərəkət insanın öz əleyhinə dönər. İşlətdiyi hər taktika, qurduğu hər oyun, etdiyi hər əxlaqsızlıq, danışdığı hər yalan əleyhinə dönər. Əvvəlcə üzünün nuru yox olar, ağlı yox olar.
(A9 TV; 5 sentyabr 2015)
Adnan Oktar
-
Dünyanı diqqətlə seyr edin, dünyanın 99%-i daim məntiqlə hərəkət edir və hamısı sürünür. Mənə məntiqiylə hərəkət etdiyi halda, sürünməyən bir insan göstərsinlər. Hamısı sürünür. Ağlasığmaz əzablar içində yaşayırlar. Səmimi insanlar, vicdanıyla hərəkət edənlər xeyli gözəl yaşayırlar. Xeyr, əziyyət çəkər, çətinlik çəkər, lakin sonunda Allah ona rahatlıq verər.
(A9 TV; 5 sentyabr 2015)
Adnan Oktar
-
Həzrəti Yusif (ə.s) daim dürüst olmuşdur. Məntiqiylə hərəkət etmirdi, vicdanıyla hərəkət edirdi. Vicdanı onu hara apardı? Həbsxanaya apardı. Allaha təvəkkül etdi. Sonunda nə oldu? Ən sonunda Allah onu Misirə sultan etdi. Ən gözəl yeməkləri yedi. Ən gözəl paltarları geydi. Cənnətdə ən gözəl məqamlara nail oldu.
(A9 TV; 5 sentyabr 2015)
Adnan Oktar
-
İnsan vicdanına tabe olduğu vaxt, çox şey itirəcəkmiş kimi görünür, halbuki ən məqsədəuyğun hərəkəti edir. Məsələn, peyğəmbərlər vicdanlarına uydular, döyüşlərə qoşuldular, əziyyət çəkdilər, əzablar çəkdilər. Lakin sonunda dünyanın ən yaxşı insanları onlar oldular.
(A9 TV; 5 sentyabr 2015)
Adnan Oktar
-
Heç kəs Allahın dərgahında modabazlıq, lovğalıq edə bilməz. Çoxbilmişcəsinə cavab verə bilməz. Allah onsuz da: "Axirətdə onları danışdırmayacağam'' deyir. Allah: "Susun, danışmayın, oraya alışın deyəcəyəm'' deyir. Allah, “susun” dedikdən sonra, artıq bir daha danışa bilmir. Yəni dili tutulur. Allah artıq dilini iflic edir.
(A9 TV; 5 sentyabr 2015)
Adnan Oktar
-
PKK-ya zorla xeyli gənc alınır. Bunlar zərər çəkmiş insanlardır. Dövlət bu gənclərə “zərər çəkmiş” statusu versin, onları xilas etsin.
(A9 TV; 5 sentyabr 2015)
Adnan Oktar
-
MHP gəncliyi çox həyəcanlı dinamik bir gənclikdir. Gəncləri bu əvvəlki hallarına qaytaraq. Bu millətin qəlbinə işıq saçar, gözəl olar. Yəni PKK-nın azğın ruhuna, təcavüzkar ruhuna qarşı idealist gəncliyin coşğulu həyəcanı gətirilsə mükəmməl olar.
(A9 TV; 5 sentyabr 2015)
Adnan Oktar
-
Biz bu məmləkəti su yerinə axan qanla aldıq, yüz minlərlə şəhidin qanıyla. Sən 3-5 uydurma özünü bilməzlə meydana çıxıb: "Biz buranı alacağıq" deyirsən. Alarsan. 80 milyonu şəhid etdikdən sonra alarsan. Ondan sonra hamısı sənin olsun. Bunun başqa yolu yoxdur.
(A9 TV; 4 sentyabr 2015)
Adnan Oktar
-
Şəhidi yola salarkən öz paltarıyla, qanlı paltarlarıyla tabuta qoymadan əvvəl açıq halda gətirməlidirlər. Bu cür açıq halda da, al-qan içində türk bayrağının üstünə yatırdıb bütün şəhəri gəzdirmək lazımdır, yer-göy təkbirlərlə, salavatlarla dağılmalıdır. Yaranan o gərginlik ağlasığmaz bir qüdrətə çevrilər. Bunu deyim ki, onun verəcəyi mənəvi güc bütün dünyanı titrədər. ABŞ və digər ölkələr qorxuya düşər.
(A9 TV; 4 sentyabr 2015)
Adnan Oktar
-
Allah əsgərimizə güc-qüvvət versin, onları namərd güllələrdən qorusun. Allah onlara heybət versin. Allah qarşılarındakı gücün qəlb gözünü bağlasın, qəlblərinə qorxu salsın. Allah əsgərlərimizə müvəffəqiyyət versin, onları nuruyla əhatə etsin. Hamısına hidayət versin. Şəhid olan olsa da, Allah şəhidliyini mübarək etsin.
(A9 TV; 4 sentyabr 2015)
Adnan Oktar
-
İnsan qaçaqmalçılığı işini də PKK həyata keçirir. Qaçqınları təxliyə qayıqlarına doldurmaq, dənizdə boğulmalarına şərait yaratmaq kimi şeylərin hamısını PKK təşkil edir. Bu, normal bir insanın, normal bir müsəlmanın edəcəyi bir şey deyil. Ancaq bir psixopatın edəcəyi şeydir. Belələri pul üçün hər cür alçaqlığı edirlər.
Hz. Mehdi (ə.s) zühur edir, ağlasığmaz zənginlik olur. Bütün məsələ, Allahın söylədiyini yerinə yetirilməsidir. Haşa, insanlar öz aləmlərində Allahın söylədiklərini etmədiklərində, fəlakət yağış kimi yağır.
(A9 TV; 3 sentyabr 2015)
Adnan Oktar
-
Allah eşqin tam olmasını istəyir. İnsan o qədər bəlanın, dərdin içində Allahı sevən vaxtı, Allahın tam istədiyi aşiq olur. Həqiqi aşiq olur.
(A9 TV; 3 sentyabr 2015)
Adnan Oktar
-
Bombalamaq haramdır. Çünki aşağıda kimlərin olduğunu bilmirsən. Uşaq, qadın, adi vətəndaş hər kəsə tuş gəlir. Bu ABŞ-ın qəddarlığının dünyaya əks olunmasıdır. Belə şey olmaz.
(A9 TV; 3 sentyabr 2015)
Adnan Oktar
-
Allah bu qədər zülmü, bu qədər qəddarlığı insanlara göstərir ki, mehdiyyətin qiyməti bilinsin. Çünki bu əzablar görülmədən, insanlar mehdiyyətə sığınmırlar. Əzablar daha da şiddətlənəcək, yəni belə qalmayacaq. İnsanlar hz. Mehdi (ə.s)-ı axtarana qədər, Allahdan hz. Mehdi (ə.s)-ı istəyənə qədər bu davam edəcək.
(A9 TV; 3 sentyabr 2015)
Adnan Oktar
-
Türkiyənin üzərində iki qorxunc kabus var. Birincisi, Türkiyənin bölünmə təhlükəsi və bölünmə təhlükəsinə açıq şəkildə icazə verəcək prezident idarəetmə sistemidir. Çünki bu özü ilə federasiya gətirəcək, böyük təhlükədir. İkincisi isə, PKK terrorudur. Bu iki təhlükə tezliklə aradan qaldırılmalıdır.
(A9 TV; 3 sentyabr 2015)
Adnan Oktar
-
Ən azı 4 milyon əsgər silah altına alınsın. PKK-nı tamamilə yerli-dibli silib yox edək. Səfərbərlik elan edilsin, məsələ bitirilsin bu dəfə. Yoxsa bu çox uzanacaq. Bu həm Avropaya sillə olar, həm də Amerika dərin dövlətinə. Bir də heç kəs bizə qarşı çıxa bilməz, ədəbsizlik və axmaqlıq edə bilməz.