Dünyanın harasına getsək, hər yerdə Allahın mükəmməl yaratma sənətini görürük. Axirətdə bütün bu nemətlərə, gözəlliklərə görə sorğu-sual olunacağıq.
Musiqi həyatın çox mühüm nemətidir. Ənənəvi İslam anlayışı musiqini qadağan edir. Harada gözəl şey varsa qadağan edir. Niyə qadağan edirsən? Kimə nə zərəri var musiqinin, haradan çıxardırsan? Ayədə yoxdur, Quranda yoxdur. Niyə xurafat çıxardırsan?
İslamı yaşanmayacaq hala gətirdilər. İslamofobiyanı yaydılar. Dünyanın bir çox yerində insanlar İslamdan və müsəlmanlardan sanki nifrət edər vəziyyətə gəldilər. Bunun səbəbkarı, ənənəvi Ortodoks İslam anlayışıdır. Bunu elmlə, irfanla, Quranın həqiqətləri ilə aradan qaldıracağıq.
Qurandakı İslam onsuz da mötədil İslamdır. Biz Qurandakı İslamın yaşanmasını istəyirik. Qurana, nə bir şey əlavə edilsin, nə də çıxarış edilsin. Qurana tam tabe olaq deyirik.
“Diqqət” asanlıqla qapana bilən şeydir. Diqqət yetirsəniz Peyğəmbərimiz (s.ə.v)-in danışıqları həmişə qısadır, tutarlıdır. Qurandakı mövzular də həmişə belə qısa və tutarlıdır, həmişə hikmət var. Allah Quranda çox mühüm bir mövzunu bir cümlədə bildirir. Mömin də hikmətli, qısa, tutarlı, mənalı, ruha təsir edəcək şəkildə danışmalıdır.
AVM-lər və xəstəxanalar üçün geniş, rahat məscid inşa edilməsini istəyirik. Xüsusilə qadınlara məxsus hissə çox rahat, çox baxımlı, çox gözəl olmalıdır.
Dəccal hüzn, əzab və iztirab gətirər. Cəmiyyətin ümidsizlik, yas içində olmasını, Allaha güvənməməsini, Allahı sevməməsini təlqin edər. "Sizi Allah yaratmadı, təsadüfən yarandınız" deyər. Biz də hər şeyi Allahın yaratdığını, nizam verdiyini, sevginin, gözəlliyin, sevincin əsas olduğunu söyləməklə mükəlləfik və edirik.
Ağlamaq nə deməkdir? "Ey Rəbbim, sənin bu etdiyini mən bəyənmədim" deyirsən. Bu günahdır, üsyandır, tüğyandır, olmaz belə şey. Bilmədən edirsə bu ayrı, lakin bilərək edirsə küfrə düşər Allah qorusun.
Nəşə, sevinc, həyəcan və gözəllik hər yeri bürüyəcək. Biz cəhənnəm pisliyi istəmirik. Cənnət gözəlliyi, cənnət sevinci istəyirik. Mömin heç bir hadisədə Allaha üsyan etməz. Hər şeydə Ondan razı olar. Hər şeydə xeyir görər, hər şeydə təvəkkül edər.
Həmişə ağlamağı, yas tutmağı təşviq edirlər. Millət olaraq çürüyərik, bu çox təhlükəlidir. Mömin ağlamamalıdır, küfr, dəccal tərəfdarları ağlasın. Mömin gülməlidir, şən olmalıdır. İmanlı millətimizi kədərlə, yasla, qorxuyla, ümidsizliklə, sıxıntıyla, əsəb pozğunluğuyla və ruhi xəstəliklərlə çürütmək istəyirlər. Buna icazə verməyək.
Mömin şən olmalıdır, sevincli olmalıdır. İnsan zəif yaradılmışdır, ayə var. Sən zəif bir varlığı gecə-gündüz kədərləndirsən, qorxutsan, narahat etsən, ümidsizliyə salsan, şövqünü yox etsən, həyəcanını yox etsən, əqli sağlamlığını korlasan, bədən tarazlığını da pozarsan.
Şəhid cənazələrində təkbirlər çox coşğulu olmalıdır. Mücahid ruhunu vurğulayan, cəhd ruhunu vurğulayan və qətiyyən hüzn hiss etdirməyən təkbirlərlə şəhidlərin ruhu yola salınmalıdır.
Hüceyrələrin atomları tək-tək tutması, tam ehtiyacları olan nisbətdə dəmiri, sinki, kalsiumu alması başlı-başına bir iman həqiqətidir.
Millət mövhumatdan usandı. Daşlayaraq qadın öldürmələr, namaz qılmayanı kəsmələr. Qorxunc İslam anlayışına qarşı nur kimi aydın İslam anlayışını izah edirik.
Ənənəvi, qaranlıq İslam anlayışına qarşı İslamın aydın, müasir üzüyük, fəxr ediləsiyik. Müsəlmanların rahatlıqla, qəlb rahatlığı ilə nümunə göstərə biləcəkləri bir cəmiyyətik.
Qarşıdurma bölgələrində əsgərlər və polislərin keçid yollarına tez-tez məlumat verə biləcək insanlar yerləşdirilsin ki, yol üzərində ola biləcək təhlükəyə qarşı tədbir alına bilsin.
Təcavüzə məruz qalan bir qadın əsla ləkələnməz. Əsla özünü əzik, günahkar hiss etməməlidir. Bizə görə tərtəmizdir.
Darvinist təhsil olduğu müddətcə qadın cinayətləri də davam edər. Çünki darvinist fəlsəfə qadınları alçaldır. İnsanlarda Allah sevgisi buraxmır, mərhəmət buraxmır, şəfqət buraxmır. Təkcə imanlı nəsillər qadını sevməyi bacarar. Bu da mehdiyyət dövründə olacaq.
Terrorun əsasında darvinist təhsil var. Xahiş edirik hökumət bunu dayandırsın, darvinist təhsili dayandırsın. Darvinizm, Allahı inkar etmə fəlsəfəsidir. Gəncləri elmi və doğru məlumatlarla yetişdirək.
“Canlılar təkamüllə yarandı” deyənlər, axirətdə, bir atın gözəlliyini, üzərində tək bir tükün əmələ gəlməsini belə axirətdə izah edə bilməyəcəklər.
Masonluqda üçbucaq və "Kohen əlləri"ndən A hərfini ifadə edəcək şəkildə 4000 illik bir simvol kimi istifadə edilir.