Dünyada kasıblığı təşkil edən xüsusi bir sistem var. Bu sistemin başında duran şəxslər var. Bunlara da əmr verənlər var. Əmir verənə, əmr verən var. Görə bilmədikləri əmr verən biri var. Kasıblıq xüsusi olaraq yaradılır və kasıblığın qarşısını ala bilmirlər. Allah; "Şükür edilmədikdə kasıblıq meydana gətirərəm" deyir. Allahın dediyi olur, insanlar qarşısını ala bilmir.
Böyük Türkiyə üçün təcili surətdə mənəvi dəyərlərə əhəmiyyət verən bir gənclik yetişdirilməlidir.
(A9 TV; 17 aprel 2015)
Adnan Oktar
-
Prezident idarəetmə sistemi çox təhlükəlidir. Heç vaxt qəbul etmirik. Belə bir sistem Türkiyəni parça-parça edər.
(A9 TV; 17 aprel 2015)
Adnan Oktar
-
Qız uşaqları çox kövrək varlıqlardır, çiçək kimi. Bir az diqqət yetirilməsə, dərhal solarlar. Onlar hər yerdə çox yaxşı qorunub himayə olunmalıdırlar.
(A9 TV; 16 aprel 2015)
Adnan Oktar
-
Fransanın təkcə Əlcəzairdə qətlə yetirdiyi müsəlmanların sayı 1,5 milyondur. Bu soyqırım deyildir? Avtomat silahlarla silahsız insanların hamısını vurdular, pulemyotla dayanmadan atəş açdılar. Bu soyqırımdır? Bəli, soyqırımdır. Amma qəbul etmirlər.
(A9 TV; 16 aprel 2015)
Adnan Oktar
-
Prezident idarəetmə sistemi dəhşət vericidir. Bu sistem uğursuzluq gətirər. Mehmetciyin qanı hələ qurumadı. Yazıqdır, günahdır. Mehmetcik buna görə mübarizə aparırdı? Sən "Amerika modeli" deyirsən, "Türkiyə Birləşmiş Ştatları" deyirsən. Bu məhv olduğumuzu göstərir.
(A9 TV; 15 aprel 2015)
Adnan Oktar
-
İranı da Mehdi (ə.s) xilas edəcəkdir. Allah şiələrə bu qədər sevdirmişdir, Mehdi (ə.s)-ın dəyərini ən yaxşı bilənlər yenə onlardır. Mehdi (ə.s)-a sarılsınlar. Ayda ildə bir dəfə Mehdi (ə.s)-dan bəhs edirlər, bu çox pisdir. Xüsusilə də dövlət başçıları “Mehdi” adıyla yeri göyü inlətməlidirlər.
(A9 TV; 15 aprel 2015)
Adnan Oktar
-
İran Allah üçün mehdiyyətə sarılsın, mehdiyyəti gündəmə gətirsin. Bu adı həddindən artıq gündəmə gətirsin, İran xilas olar. Amma xurafat tərzində deyil, ağıllı, səmimi və elmi surətdə. Dediyimi etsinlər, nəticəsini görərlər.
(A9 TV; 15 aprel 2015)
Adnan Oktar
-
Mehdi (ə.s) müasirliyi, gözəlliyi, sevgini, dostluğu, qardaşlığı gətirəcək. Müsəlmanların üzərindəki zəncirləri yox edəcək. Səhabə dövründəki İslam anlayışını gətirəcək. Dünya cənnətə dönəcək. Maneə törətməyə çalışsalar da, bu olacaq. Allahın “Cabbar” adıyla bu gözəl nəticə meydana gələcək.
(A9 TV; 15 aprel 2015)
Adnan Oktar
-
İranda olduğu kimi quyunun dibində Mehdi axtarmaq, həm də Mehdini rədd etmək çox yanlış şeylərdir. Mehdi (ə.s), Peyğəmbərimiz (s.ə.v)-in açıq-aydın hədislərində səmimi vicdanla axtarılmalıdır.
(A9 TV; 15 aprel 2015)
Adnan Oktar
-
Bütpərəstlər belə bütü yaradanın Allah olduğuna inanırlar. Darvinistlər hər şeyi təsadüfün yaratdığına inanırlar. Belə bir azğınlıq, haşa Allaha bu cür bir meydan oxuma görülməmiş, eşidilməmiş bir şeydir.
(A9 TV; 15 aprel 2015)
Adnan Oktar
-
Darvinizm əhatəli şəkildə izah olunsun, amma elmi cavabı çox əhatəli şəkildə verilməlidir. Xüsusilə də paleontoloji dəlillər, dövlət tərəfindən hər yerdə xalqa göstərilməlidir. Dünyanın ən uydurma, ən məntiqsiz, şeytanın gülməkdən yerə yıxıldığı ən bərbad fəlsəfəsidir.
(A9 TV; 15 aprel 2015)
Adnan Oktar
-
Darvinizm İslam ölkələrinin hamısında dövlət məktəblərində məcburi təhsil çərçivəsində gənclərə öyrədilir. Əksini də heç kim edə bilmir. Minlərlə illik dünya tarixində haşa Allaha meydan oxuyan, Allaha baş qaldıran belə bir inanc heç vaxt mövcud olmadı. Demək olar ki, hal-hazırda dünya əhalisinin 99%-i darvinizm ilə Allaha meydan oxuyur, haşa.
(A9 TV; 15 aprel 2015)
Adnan Oktar
-
Müsəlmanlar Mehdi (ə.s) olmadan birləşə bilməzlər.
(A9 TV; 15 aprel 2015)
Adnan Oktar
-
Mehdi (ə.s)-a qarşı olduqda Allah bəlanı min dəfə daha artırar. Allah bütün İslam aləmini məhv edir, qırıb dağıdır. Mehdi (ə.s)-ı qəbul etsələr, həmin gün hər yer nurla dolar. Əsas məqam Mehdi (ə.s)-dır.
(A9 TV; 15 aprel 2015)
Adnan Oktar
-
İslam aləminin birləşməsi demək, dünyada cənnət var deməkdir. Sırf İranla Türkiyə birləşsə belə İslam dini rahatlıqla və sürətlə dünyaya hakim olar. Amma məzhəb ayrımı olmamalı və çox səmimi bir sevgi olmalıdır.
(A9 TV; 15 aprel 2015)
Adnan Oktar
-
Heç bir dinin qarşısını almaq doğru deyil. Yayılsın qardaşım. Xristian xristianlığı yaysın, yəhudi yəhudiliyi yaysın, müsəlman müsəlmanlığı yaysın. Yetər ki, dindar olsun cəmiyyətlər. Əvvəlcə dindarlığın qəbul edilməsi çox əhəmiyyətlidir.
(A9 TV; 15 aprel 2015)
Adnan Oktar
-
Qatı dinçilər insanlara həmişə; “ayıbdır, günahdır” deyərək həyatı cəhənnəmə çevirmişlər. Bunun nəticəsində, içinə qapalı, şizofreniyalı cəmiyyətlər meydana gəlir. İnsanlar xəstə olur.
(A9 TV; 14 aprel 2015)
Adnan Oktar
-
Kürd qardaşlarımız vətənini, dövlətini, millətini şövqlə sevir. Əsgərlərə çox məhəbbət bəsləyərlər. Hamısı Allahdan qorxan, vicdanlı insanlardır. Onlar kommunistlərin cərgəsində olmazlar. Stalinistlərin, anarxistlərin cərgəsində olmazlar.
(A9 TV; 13 aprel 2015)
Adnan Oktar
-
Kürdlər bir millət kimi mübarək insanlardır, iztirabın içindən gələn insanlardır. Acı çəkən insan çox alicənab olar. Sevgini yaxşı başa düşər, nəzakəti yaxşı anlayar. Mən kürd qardaşlarımızı kommunistlərin əlinə təslim etmərəm.
(A9 TV; 13 aprel 2015)
Adnan Oktar
-
PKK həmişə yalan danışar. Yalan, kommunist təbliğatda çox əhəmiyyətli bir mövzudur. Kommunist yalanı ən pis yalanlardandır.