Dünyada hal-hazırda işlənən ən böyük vicdani cinayət; Allahın sənətini lazımınca təqdir edə bilməmək, Allahın sənətini görməzlikdən gəlməkdir. Avtomobildə musiqi dinləyir, avtomobili də, musiqini də yaradanın Allah olduğunu bir dəfə belə düşünmür. Lakin Allah qulların rahatlığını düşünür. Meyvə satanın qarşısından keçirlər, heyrətverici gözəllikdə meyvələr hamısının dadı, qoxusu, rəngi ayrı gözəldir, bir dəfə belə Allahı xatırlamadan keçib gedirlər. Allah milyonlarla təfərrüatla rahatlıq təqdim edir, insanların çoxu heç Allahı xatırlamadan yaşayıb gedir. Bu qədər nemətə bu qədər biganəlik zülm olar. - Harun Yəhya