Dünya həqiqi deyil, axirət həqiqidir. Bura imtahan yeri olduğu üçün həm cəhənnəm xüsusiyyətləri, həm də cənnət xüsusiyyətləri vardır. Amma mömin ağlını istifadə edərək cəhənnəm xüsusiyyətlərini özündən uzaqlaşdırar, təmizləyir. Cənnət xüsusiyyətlərini ortaya çıxardığı üçün nəfs bir varlıq olaraq özünü göstərir.
Dekolteli də, hicablı da mükəmməl müsəlmandır. Hicab düşmənçiliyi nə qədər çirkindirsə, dekolteli xanımlara qarşı düşmənçilik də o qədər çirkindir. Hər ikisini də qınayırıq.
(A9 TV; 10 sentyabr 2014)
Adnan Oktar
-
Kürd demək Türkiyə deməkdir. Laz demək Türkiyə deməkdir. Çərkəz demək Türkiyə deməkdir. Kürd demək Türk millətinin xas fərdi, xas işçisi deməkdir. Kürd, türk, laz, çərkəz hamısına biz türk deyirik.
(A9 TV; 10 sentyabr 2014)
Adnan Oktar
-
Dinsizlik eqoistliyi gətirir, eqoistlik əzabı gətirir, əzab çarəsizliyi gətirir, əziyyət içində inildəyirlər.
(A9 TV; 10 sentyabr 2014)
Adnan Oktar
-
Çarəsizlik varsa, mehdiyyət vardır. Çarəsizliyin dərmanı mehdiyyətdir.
(A9 TV; 10 sentyabr 2014)
Adnan Oktar
-
Keyfiyyətsizliyin ipini buraxsan, o dərin bir quyu kimidir. Rüsvayçılığa doğru gedər.
(A9 TV; 9 sentyabr 2014)
Adnan Oktar
-
Keyfiyyətsiz bir yığıncaq, keyfiyyətsiz bina, keyfiyyətsiz paltar həmişə insanın qəlbini sıxar, insana iztirab verər. Keyfiyyət insanın qəlbini açar. Dünya nemətidir. Keyfiyyət gözəlliyin başqa adıdır.
(A9 TV; 9 sentyabr 2014)
Adnan Oktar
-
Keyfiyyət Nazirliyinin tezliklə qurulması lazımdır. Keyfiyyət Nazirliyinin fikirdə, insanda, binada, parkda, ticarətdə hər yerdə keyfiyyəti əsas alan bir siyasət aparması lazımdır. Keyfiyyət dövlətin milli siyasəti olmalıdır.
(A9 TV; 9 sentyabr 2014)
Adnan Oktar
-
Keyfiyyətsiz bir həyat çox qorxuncdur, cəhənnəmin başqa adıdır.
(A9 TV; 9 sentyabr 2014)
Adnan Oktar
-
Keyfiyyətsiz insan çox böyük bir bəladır. Əvvəl keyfiyyətli düşüncə, keyfiyyətli fikir üstündə dursunlar. Onun üçün də keyfiyyətli kitablar lazımdır. Keyfiyyətli əsərlər, keyfiyyətli məqalələr lazımdır. Sevgisiz, nifrət dolu, keyfiyyətsiz məqalələrlə insanları öyrətməyə çalışsan, keyfiyyətsiz və qəddar insanlar meydana gələr.
(A9 TV; 9 sentyabr 2014)
Adnan Oktar
-
Keyfiyyətsiz bir insanın keyfiyyətli bir binaya gəlməsiylə keyfiyyət yox olar. Amma keyfiyyətsiz bir yerə keyfiyyətli bir insan gəlsə, ora keyfiyyətli olar. Kiçik bir dəyişikliklə keyfiyyətli hala gətirərsən.
(A9 TV; 9 sentyabr 2014)
Adnan Oktar
-
Keyfiyyətsiz fikirdən keyfiyyətli insan çıxmaz. Keyfiyyətli fikir də “Quran İslamıdır”. Müşrik İslam anlayışı deyil, Ortodoks ənənəçi İslam anlayışı deyil. Oradan keyfiyyət tapa bilməzsən. Orada həmişə keyfiyyətsizlik meydana çıxar.
(A9 TV; 9 sentyabr 2014)
Adnan Oktar
-
Keyfiyyətli əşyadan deyil, keyfiyyətli insandan başlamaq lazımdır. Keyfiyyətli insan olmadıqdan sonra keyfiyyətli əşyaya, keyfiyyətli məkana da heyf olar. Əvvəl keyfiyyətli insan yetişdirmək lazımdır. Onun üçün də keyfiyyətli fikir inkişaf etməsi lazımdır.
(A9 TV; 9 sentyabr 2014)
Adnan Oktar
-
İsrarla və qətiyyətlə sevginin müdafiəsi lazımdır. Döyüşü müdafiə etmək insanlara zövqlü, asan və məqbul gəlir. Sevgini müdafiə etmək də çətin, mənasız və qeyri-mümkün gəlir. Halbuki, ən asanı və ən gözəlini buraxmış olurlar. Ən şeytani, ən çətin, ən mərhəmətsiz yola girirlər.
(A9 TV; 9 sentyabr 2014)
Adnan Oktar
-
Türkiyə içərisində biz kürd qardaşlarımızı ayırmarıq. Ailənin içərisində otaqlar polad divarlarla ayrılmır. Biz bir ailəyik, heç bir şəkildə qardaşlarımızdan ayrılmarıq. Sən polad divarlar hazırlamağa çalışsan, biz o divarları yıxarıq. Boş yerə də həvəslənməyin, belə bir şeyə icazə vermərik.
(A9 TV; 8 sentyabr 2014)
Adnan Oktar
-
Ağıllı, yaxşı niyyətli, sevgi dolu insanlar hər zaman dünyanın lideridir, hər zaman sözləri keçər. Dünyanı Yaradan Güc onlara hər zaman bu imkanı verir.
(A9 TV; 8 sentyabr 2014)
Adnan Oktar
-
İslam aləmini xilas edəcək olan mehdiyyətin ruhudur.
(A9 TV; 8 sentyabr 2014)
Adnan Oktar
-
Sevgi ilə hər yerdə gözəllik olar. Məsələn, mahnı sevgi ilə oxunursa, sevgi ilə ifa edilirsə, hədsiz ləzzət verir. Yəni bir şeyə sevgi daxil olduqda mükəmməl olur. Eşqlə danışarsa biri, çox gözəl dinləyərlər. Sevgi ilə baxarsa zövq alınar. Çiçəyə belə sevgi göstərdinmi, çiçək çox şirin olar.
(A9 TV; 8 sentyabr 2014)
Adnan Oktar
-
CHP-ni tənqid edənlərin belə ağır, kəskin bir üslub, xoşagəlməz bir söhbət üslubu deyil, yaradıcı və səmimi danışmaları lazımdır. Çoxbilmişlik, zirəklik, dilbazlıq yarışına girirlər. Bu, CHP-dəki ruhu daha da zədələyər. Bu doğru olmaz.
(A9 TV; 7 sentyabr 2014)
Adnan Oktar
-
CHP sağın bütün gözəlliyini, rənglərini, zənginliyini almalıdır; solun da bütün keyfiyyət, sənət, estetika, azadlıq, demokratiya, elm anlayışını sonuna kimi müdafiə etməlidir. Solun məmnun olmadığı heç bir nöqtə qalmasın. Sağın da bütün zənginliyini alsın.
(A9 TV; 7 sentyabr 2014)
Adnan Oktar
-
Nifrət başqa nifrəti artırar, kini artırar. Sevgi isə hər şeyi yoluna qoyar. Yəni insanın ağlı sevgiyə görədir. Bizim ruhumuz sevgiyə görədir. Biz ona görə yaradıldıq. Cənnət sevgi yurdudur.