Dövlətlərlə dindarlığın təmin edilməsi mümkün deyil. Dindarlıq mehdiyyətlə təmin edilər. Dindarlıqla da gələn sistem, gələn ruh sevgidir. Yəni mehdiyyət bol sevgi, mərhəmət, şəfqət, anlayış, şirinlik, üfüq genişliyi, sənət, elm və ictimai ədalət gətirər.
Azadlıq fərahlıq və bərəkət gətirər. Yəhudiyə də, xristiana da, dinsizə də sahib çıxmaq lazımdır. Belə liberal, fərah, gözəl mühit olsun. Belə mühitdə çox zəngin, tam dolğun din anlayışı hakim olar. Dünyəvilik dinin özündə olan sistemdir.
(A9 TV; 21 iyun 2013)
Adnan Oktar
-
Təzyiq etdikcə insanın qüruru alt-üst olar. İçməyən adama içki içirər, namaz qılan adamı namazdan uzaqlaşdırsan, nə cür hadisə desən başına gələr. Yəni təzyiq insanın tarazlığını pozar.
(A9 TV; 21 iyun 2013)
Adnan Oktar
-
İstəyən istədiyi kimi, necə istəyirsə elə yaşasın. Nə internetə, nə facebooka, nə skype-a, nə insanların dini inancına, nə də düşüncəsinə qarışılsın. Hər kəs azad olsun. Din belə mühitdə rahat şəkildə inkişaf edər.
(A9 TV; 21 iyun 2013)
Adnan Oktar
-
İsraildə dini təmizləməyə çalışsan, Yaxın Şərqdə də dinə zərər gələr, Allah əsirgəsin. İsrailin dindarlığı bütün bölgəyə nümunə oldu. Misirə, Fələstinə nümunə oldu. Onlar da dindar oldular.
(A9 TV; 20 iyun 2013)
Adnan Oktar
-
Ən çox savab imanını artıraraq qazanılır. Yəni əgər sən savabının artmasını istəyirsənsə, səmimiyyətini çox artırmalısan, çox-çox savab qazanarsan. Səmimiyyətə bağlı olaraq imanını çox artırsan ondan da çox savab qazanarsan. Ən çox savab buradadır.
(A9 TV; 20 iyun 2013)
Adnan Oktar
-
Sevgi dünyanın yaradılış məqsədidir. Sevgi yoxdursa siyasətin də, həyatın da bir mənası olmaz. Allah dünyanın məqsədini sevgidə yaratmışdır. Allah "Məni sevin, Mən də sizi sevim" deyir. Bütün sistem bunun üstündə qurulub. Sevgi yoxdursa, heç bir şeyin mənası qalmaz.
(A9 TV; 20 iyun 2013)
Adnan Oktar
-
Fənərbaxça, Beşikdaş, Qalatasaray tərəfdarları ―onlar da bir-birlərini çox sevsinlər. Döyməyə, söyməyə, kəsməyə, asmağa, təhqirə nə ehtiyac var? Bu dəhşət iman zəifliyindən qaynaqlanır. Futbol komandası tərəfdarlarına sevgi, mərhəmət, şəfqət baxımından təhsil vermələri lazımdır. Hər yerdə xüsusi söhbətlər təşkil edilməlidir. “Sevgi günləri” adlı gün təşkil etmək lazımdır. Bir-birilərinə isinmələri üçün yığıncaqlar təşkil etmək lazımdır.
(A9 TV; 20 iyun 2013)
Adnan Oktar
-
İmtahan o qədər əhəmiyyətlidir ki, imtahan verməsək cənnət mənasız olar, Allah göstərməsin. Bu, çox mühüm məsələdir. Sevgi öz mənasını tapır. Çünki sevgini öyrənmək lazımdır. Səbir, şəfqət yoxdursa, kainat mənasız olur.
(A9 TV; 20 iyun 2013)
Adnan Oktar
-
Bərat qəndili bütün İslam aləminə mübarək olsun. Allah bütün müsəlmanlara hakkəl-yakin iman, peyğəmbər imanı versin. Mehdiyyətin qərarı, İslam Birliyinin qərarı, inşaAllah, bu gecə verilər.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Baş nazirin soyğunçudan qəsdi, polisə hücum edən, yandırıb yıxan, qan tökmək əzmində olan kəslərdir. Əbəs yerə kimsə özünü soyğunçu elan etməsin. Bu mövzuda edilən zarafatları da qədərində etmək lazımdır. Bir zarafat yüz dəfə, min dəfə edilməməlidir.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Avropada sənət məhv olub, hal-hazırda məzardakıların sənəti yaşayır. Başqa sənət yoxdur. Biz Türkiyə olaraq canlı, diri sənət tətbiqinə keçək. Türkiyə: İstanbulu, Ankaranı sənət mərkəzi edək.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Ölkələrlə mehriban və uyğunlaşan bir siyasətlə əlaqə qurmaq lazımdır. Məsələn, Əsəd əvvəlcədən razılaşmalı idi. Baş verənlər uzun müddət seyr edildi. Amma yenə gec deyil. Ən şiddətli döyüşdə belə aranı sakitləşdirmək mümkündür. Elə bir məsələ yoxdur ki, orada çıxılmaz vəziyyət olmasın.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Tayyib bəy müasirliyə, sənət sahəsinə daxil olsun. Bütün dünyaya nümunə olsun.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Mənfəət dövrəyə girən kimi döyüş başlayır. Əslində isə mənfəət güdülməməlidir. Hər yaxşılıq Allah rizası üçün edilməlidir. Mehdiyyət hər şeyi qarşılıqsız, sevgi ilə, Allah rizası üçün edər.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Mən İslam Birliyinin əleyhinə olan heç kimi və heç bir ölkəni dəstəkləmirəm.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Fələstin, Misir "Ya Rəbbim, bizə İslam Birliyini nəsib et" deyərək dua etməlidir. Təkcə "Fələstin xilas olsun" və ya "Misir xilas olsun" deyilməməlidir. Bütün İslam aləminin qurtuluşu istənilməlidir. Əks halda bəlanın qarşısı alına bilməz.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Məqbul bir fikri hər kəs qəbul edər. Tayyib bəy də millətin sözünü dinləyən insandır.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Hər insanın səhvi ola bilər. Bu, onun tarixdən silinməsini tələb etmir.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Türk milləti ən təvazökar və məzlum olan millət olacaq. Əvvəlcədən ayrıldığımız ölkələrlə də birləşəcəyik. Aralıq dənizi aramızda göl, hovuz olacaq, inşaAllah.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Bir millət kimi biz, sevgidə, mərhəmətdə, şəfqətdə, ictimai ədalətdə, imanda, hər cür gözəllikdə böyüklük sevdasındayıq. Buna görə torpaqlarımız da kiçik ola bilməz. Kiçik bir ölkədə yaşamaq olmaz. Türkiyə bölgədə mərkəz mövqeyində olduğu üçün ərazi baxımından da böyük olmalıdır.