Dindarlıq yüksəlmir deyənlərin bir anket şirkətinin bir qrup insandan soruşmasıyla deyil, küçədə insanlardan soruşaraq araşdırma aparmaları lazımdır. Bəzi dairələrin dindarlıq zəifləyir iddiası, Quran müsəlmanlığının yayıldığını görmələrindən irəli gəlir.
Darvinizmin fikri olaraq əzilməsi dinin yüksəlməsi deməkdir. Bütün dünyada darvinistlərin ağlamasının səbəbi də budur. Quran müsəlmanlığı yayılır.
Ümumi bilik əhəmiyyətlidir. Gənclərin təhsilində ümumi biliyin üstün olması lazımdır.
Qadının gözəl olması üçün ruhunun gözəl olması kifayətdir. Şəxsiyyəti gözəl olan qadın çox müsbət istiqamətdə dəyişər və gözəlləşər.
Fərqli irqlərin və dillərin olması Allahın sənətinin gözəlliyidir. Allah sırf xoşumuza gəlməsi üçün həyatı çox rəngli yaradır. İnsanların xarakterlərinin bir-birinə bənzəməməyi, hər insanın fitrətinin təbii olması Allahın yaratma sənətinin möhtəşəmliyidir.
Bəziləri, mövhumatçılıq əldən gedir deyə ağlayırlar. İslam əldən gedir deyirlər. Xeyr, İslam deyil, mövhumatçılıq gedir. Quran İslamı gəlir.
Suriyalı qardaş-bacılarımızı dəccaliyyətin əlinə təslim etdirib kütləvi qırğın olsun istəyirlər. Bu İngiltərə dərin dövlətinin oyunudur. Xalqımızla Suriyalı qardaş-bacılarımız arasında gərginlik yaşanması İngiltərə dərin dövlətinin istəyidir. Cinayət işləyən varsa qarşılığını hüquq verər, küçədə olmaz.
Türkiyənin tezliklə öz reaktiv təyyarəsini sıfırdan düzəldə bilməsi, uzaq məsafədən idarə edilə bilən raketlər istehsal etməsi lazımdır.
Uşaqların homoseksual cütlərə övladlığa verilməsi dəhşətli zülmdür. Uşaq istismarı buna görə sürətlə yayılır.
Osmanlının dağılma prosesini başladan Əbdülhəmid dövründə darvinizmin imperatorluğa daxil olmasıdır. Bu prosesi İngiltərə dərin dövləti dəstəklədi.
Simpatik videolar çəkmək üçün heyvanlara əziyyət vermək narahatedici haldır. Gözəl olan, heyvanların sərbəst davranışlarıdır.
Sevgi və qayğı ilə böyüməyən uşaqların ruhunda dərin izlər qalır. Bütün uşaqlara hər kəsin öz uşağı kimi sahib çıxıb sevməsi lazımdır.
Suriyalı qardaş-bacılarımız Çanaqqalada bu millətlə birlikdə Allah üçün canlarını verdilər. Suriyalılara söz söyləyənlər bu həqiqəti unutmamalıdır.
Allah kainatı yaradarkən dünyanı, bədənimizi və ruhumuzu necə istifadə edəcəyimizi bizə izah edir. Bizə niyə yarandığımızı öyrədir. Yaranmağımızın məqsədini bilməyəndə hər cür tərəddüd olar. Bir insan Allahın nə dediyini tam anlasa dərin və ağıllı həyata daxil olar.
Allahın mövcudluğunu açıqca inkar edən və bütpərəst bir din olan darvinizmi elm kimi gənclərə zorla öyrətməyin günahı böyük olar.
Biologiya dərsində bütpərəst dini izah edilə bilməz. Bütpərəst din olan darvinizm, dinlər tarixi içərisində izah edilsin, elm kimi izah edilməsinə qarşıyıq.
Türkiyənin keyfiyyət və incəsənət sahəsində sıçrayış etməsi əsas şərtdir. Bunun üçün həm darvinist təhsili, həm də ənənəçi ortodoks sistemi aradan qaldırmaq lazımdır. Xalq darvinist fəlsəfə ilə ənənəçi ortodoks sistem arasında qalır, əzilir. Bu mühitdə elm, incəsənət inkişaf etmir. Təcili təhsil islahatı olmalıdır.
Dindarlıq zəifləyir deyənlər yanılırlar. Gənclərin Quranın ziyalı, müasir, sevgi dolu ruhunu sahibləndiklərini və müasir dindar olduqlarını görürük.
Türkiyədə həqiqi Quran əxlaqı hakim olur. Mövhumatçılığa qarşı müasir, ziyalı dindarlıq yayılır. Bundan təşvişə qapılanlar insanların arasında ümidsizlik yaymaq istəyirlər.
Bəziləri xüsusilə xalqı ümidsizliyə sövq etməyə çalışır, dindarlıq zəifləyir təbliğatı edirlər. Bu millət əsla ümidsizliyə qapılmaz.
Həyat keyfiyyəti incəsənətlə, gözəlliyə olan meyllə, qadınlara azadlıq tanımaqla, ənənəçi ortodoks sistemin təxribatını dayandırmaqla təmin edilər.