Din cənnətdir. Dini cəhənnəm kimi göstərənlərə qarşı həqiqi İslamdan həmişə bəhs edəcəyik.
İslam Birliyi dünya cənnətidir. Sülhün, qardaşlığın, sevginin olduğu, müharibənin və döyüşün olmadığı, incəsənət, gözəlliyin hər yerə hakim olduğu sistemdir.
Terror bataqlığını qurutmağın tək yolu elmlə, irfanla mübarizə aparmaq, zorakılığın ideoloji təməli olan darvinizmin əsassızlığını izah etməkdir.
Avropada suriyalı 9 min uşaq itkindir, heç kim maraqlanmır. İtkin düşən qərbli uşaqlar olsa yer yerindən oynayardı.
Atatürk - Osmanlının yetişdirdiyi, millətin özünü təmsil edən, nəzakətli və keyfiyyətli bir dəliqanlıdır.
Şəhidlik aləmi cənnət kimi bir dünyadır, şəhidlər orada yalnız müsbət imtahan olunar. Axirətdə birbaşa cənnətə keçəcəklər.
Che - evlərə, əyləncə yerlərinə də terror aparılmalıdır, əhvali-ruhiyyəni korlamaq üçün hər üsul sınanmalıdır deyən insandır. Bu sözlərin müdafiə ediləcək tərəfi yoxdur. Cinayəti və terroru müdafiə edən, qan tökülməsinin tərəfdarı olan insanların fikirləri müdafiə edilməz. Bunu müdafiə edən cinayəti müdafiə etmiş olar.
Dünyanın ömründən bir gün belə qalmış olsa Mehdinin zühuru üçün Allahın bu günü uzadacağı hədisdə bildirilən bir həqiqətdir.
Dövlət çevrilişi ilə planlanan əsil şey, İstanbulu, İzmiri və Cənub-Şərqi Anadolu bölgəsini tamamilə ayırmaq, müqavimət göstərənləri də milyonlar hesabı ilə şəhid etmək idi.
Osmanlıda baş verən qiyamlar, cəhdlər, padşahların devrilməsi və Osmanlının torpaq itkilərinin arxasında həmişə İngiltərə dərin dövləti vardı.
Mömin olduğu hər yeri cənnətə döndərmək üçün səy göstərər. Bəziləri isə girdikləri hər yeri həm maddi, həm də mənəvi cəhətdən çirkinləşdirərlər.
İslam hakim olduqda İslamın gözəlliyini görən bir çox insan boşuna İslamdan uzaq olmuşuq, boşuna özümüzə əziyyət vermişik deyəcək.
Türkiyənin gələcəyi çox gözəldir. Türkiyə inşaAllah lider ölkə olacaq. İslam əxlaqı dünyaya hakim olacaq, hər kəs İslamın gözəlliyini görəcək.
Bəziləri o qədər laqeyddir ki, müsəlmanları parça-parça edən, Çanaqqalada soyqırım törədən, xətkeşlə xəritə çəkən İngiltərə dərin dövlətini anlamır.
Saxta mehdilərin çıxması da Peyğəmbərimiz (s.ə.v)-in möcüzəsidir. Saxta mehdilərdən ötrü təşvişə qapılmağa ehtiyac yoxdur. Allah yalnız həqiqi mehdiyyətə müvəffəqiyyət bəxş edər.
Dünyanın imtahan yeri olduğunu bir çox insan anlaya bilmir. İş yeri, işdə maraqlandığı şeylər və s. imtahanda olduğunu əksəriyyətinə unutdurur. Dünyanın bir çox təfərrüatının olması imtahanın tələbi olaraq xüsusi yaradılıb.
Bizim həyat dolu İslam anlayışımız Quran müsəlmanlığıdır. İnsanlara İslamı çətin göstərən dəccaliyyətdir. Gözəl olan hər şey İslamdadır.
Dəccaliyyətin törətdiyi ən böyük təxribatlardan biri yeni incəsənət xadiminin yetişməməsidir. Çünki dəccaliyyət sevinci, gözəlliyi, hüzuru öldürür.
Beynəlxalq qanunlara uyğundursa, bölgə ölkələri də qəbul edirsə, Türkiyə ilə dost, dindar bir kürd dövləti qurulmasından narahat olmarıq. Bizim bölgədə istəmədiyimiz stalinist, marksist, kommunist bir PKK dövlətinin qurulmasıdır. Buna millət olaraq icazə vermərik.
Münafiqlər həyasızdır. Etdiyi səhv özünə deyilsə də dərin dövlətlərə göstərdiyi sədaqətdən əl çəkməz, Allaha deyil dərin dövlətlərə sadiqdir.
Dərin dövlət zehniyyəti şeytanın əmrinə tabe olan bir güc kimi ortaya çıxmışdır. Göstərdikləri fəaliyyətlərdən də bu şeytani xüsusiyyət aydın olar.