“Dərin dünya” dövləti hər əsrdə bir dəfə toplanır. Hər əsrdə, Quran, Tövrat və İncilə, hədislərə baxaraq tarixin necə irəliləyəcəyini görürlər. Ona görə də tarixə, qədərə qarşı çıxmırlar, ona uyğun davranırlar. Bu da masonluğun bir sirridir.
İmam Mehdi (ə.s) bütün dünyanın dəstəklədiyi lider olacaq. Mehdi (ə.s)-a müxalif olan olmayacaq. Kim qəbul etdirir? Allah qəbul etdirir. Allah insanların ürəklərinə vəhy edəcək; anlamadıqları bir şəkildə insanlar Mehdi (ə.s)-a tabe olduqlarına əmin olacaqlar. Qəribə şəkildə onu sevdiklərini anlayacaqlar. Qəribə şəkildə ona güvənəcəklər və onları qurtaracağına, vəsilə olacağına inanacaqlar.
(A9 TV; 24 iyun 2014)
Adnan Oktar
-
Quranı həyata keçirmək bir sənətdir. Ağıllı insan Quranı çox yaxşı anlayar və həyatına gözəl şəkildə tətbiq edər. Məsələn, təvazökarlıq necə ediləcək? Təkəbbür hissi aradan necə qaldırılar? Sevgi necə yaşanar?
(A9 TV; 23 iyun 2014)
Adnan Oktar
-
Həqiqi İslam mehdiyyətin izah etdiyi İslamdır.
(A9 TV; 23 iyun 2014)
Adnan Oktar
-
Küfr, mənfəəti olduğu müddət ərzində dost olar. Mənfəəti bitdiyi an sənə düşmən olar. Amma müsəlmanlıqda elə deyil. Müsəlmanlıqda səbir, şəfqət var.
(A9 TV; 23 iyun 2014)
Adnan Oktar
-
Küfrə etina etmək olmaz. Küfrdə dinclik, vəfa, həqiqi yoldaşlıq olmaz. Mənfəəti bitdiyində səni sərf edər, səni yandırar. Vəfasızlığın yayıldığı ağrılı bir dünyada yaşayarsan. Səhər qalxdığında belə sənə namərdlik edə bilər. İki saat sonraya belə zəmanətin olmaz. Küfrdə iki saat sonra tam fərqli adamla qarşılaşa bilərsən.
(A9 TV; 23 iyun 2014)
Adnan Oktar
-
Müsəlmanlar getdikcə rahatlanacaq, canlanacaq, işləri yolunda gedəcək. Mehdiyyətin yolu davamlı açıq olacaq, Allah tərəfindən qədərdə elə hazırlanmışdır. Çətinliklər çox olacaq, amma dayandıra bilməzlər. Bütün güc Allahın əlindədir.
(A9 TV; 23 iyun 2014)
Adnan Oktar
-
Gənc qızlar gəncliyini, cavanlar cavanlığını yaşayacaq. Mehdi (ə.s) qrupu insanları sanki məzardan çıxaracaq. Hədisdə Mehdi (ə.s) üçün "məhv olmuş dünyanı yenidən canlandıracaq" deyir.
(A9 TV; 23 iyun 2014)
Adnan Oktar
-
Yer-göy "Mehdi" deyə inləyir. Hadisələr qarşımızdakı aylarda daha da şiddətlənəcək. Heç gözləmədikləri bir insan və heç gözləmədikləri bir birlik İslam aləmini idarə etmək üçün vəzifə alacaq. Bütün Avropa və Amerikanın da bu qrupa dəstəyi olacaq.
(A9 TV; 23 iyun 2014)
Adnan Oktar
-
Türk-İslam Birliyi İslam Birliyinə bərabərdir. Türk Milləti qabaqcıl olduğu üçün o mənada "Türk-İslam Birliyi" deyirik. Yoxsa ki, hər irq, hər qövm onsuz da eyni nizamda, eyni üstünlükdədir. Kiminsə bir-birindən bir üstünlüyü yoxdur, üstünlük təqvadadır.
(A9 TV; 22 iyun 2014)
Adnan Oktar
-
Müsəlman elə olacaq ki, özü haqqında "bu adam namərdlik edər" deyilməsinə yol verməyəcək. Yəni "bir şəkildə edə bilər" dedirtməyəcək. O dərəcədə zəmanət verəcək. O zaman həqiqi bir müsəlman olar. "Bunun namərdlik etməsi mümkün deyil" deyəcəksən.
(A9 TV; 22 iyun 2014)
Adnan Oktar
-
Küfrdə möhkəmlik yoxdur. Adamla danışırsan, bir də görürsən ki, gedib pislik edir. Kənarda azğınlıq, manyaklıq edir. Mənfəəti qədər yanaşmaq istəyir. Mənfəəti olmayanda gəlmək istəmir. Halbuki, İslamda mənfəət olmadan Allaha qul olmaq var. Ona görə çox gözəl yaşanır. Davamlı olaraq sabit bir düzgünlük var.
(A9 TV; 22 iyun 2014)
Adnan Oktar
-
Küfrdə müsbət bir şey yoxdur. Küfrdə pozğunluq, pislik, vəfasızlıq, namərdlik, fırıldaq, etikaya yaraşmayan danışıq var, dözümsüzlük var. Adamlarla danışırsan, iki saat sonra baxırsan namərd bir hərəkət etmişdir. Müsəlmanda sabitlik var. Allah rizası üçün iki saat sonra da, on gün sonra da, bir il sonra da, iyirmi il sonra da möhkəmdir
(A9 TV; 22 iyun 2014)
Adnan Oktar
-
Nuru yaradan, gözəlliyi yaradan Allahdır. Bir insan yaraşıqlıyam deyə öyünsə, bu gülməli olar. Allah ona təcəllisini göstərir. "Ya Rəbbi, nə gözəl təcəlli edirsən" deyəcək. "Mən nə gözələm" deməyəcək, "Nə gözəl yaradırsan" deyəcək.
(A9 TV; 22 iyun 2014)
Adnan Oktar
-
Kəsib biçən dəccaldır. Qanı dayandıran Mehdi (ə.s)-dır. Qanı, zülmü dayandıran, müsəlmanları birləşdirən Mehdi (ə.s)-dır.
(A9 TV; 21 iyun 2014)
Adnan Oktar
-
Axırzamanın Bəni-İsraili (İsrail soyu) Mehdi (ə.s) və tələbələridir. Tövratda Bəni-İsrail deyə baxdığımızda ağılımıza ilk gələcək olan Moşiyah Mehdi və tələbələridir. Həqiqi Bəni-İsrail onlardır.
(A9 TV; 21 iyun 2014)
Adnan Oktar
-
Ağıl və Quran bir-biri ilə əlaqəlidir. Ağıllı olmaq üçün Quranı gözəl şəkildə bilmək lazımdır. Buna görə də Qurana əsasən düşünmək lazımdır.
(A9 TV; 21 iyun 2014)
Adnan Oktar
-
Allahın vəlisinə qarşı çıxılarsa Allaha xoş gəlməz. Allahın vəlisinə qarşı tələ qurulsa Allaha xoş gəlməz. Allahın sevdiyinə qarşı oyun oynamaq ən təhlükəli işlərdən biridir.
(A9 TV; 19 iyun 2014)
Adnan Oktar
-
Mütləq Təhsil Nazirliyi tərəfindən "Milli Şüur" dərsi bütün gənclərə keçirilsin. "Kommunizm nədir? Necə qorunmaq lazımdır? Darvinizm, materializm kommunizmin mənşəyini necə yaradır? Materializm insanları necə məhv edər?" Bu dərs keçirilməzsə terror da olar.
(A9 TV; 18 iyun 2014)
Adnan Oktar
-
Uydurma hədis var: "Dünya müsəlmanın cəhənnəmidir" deyir. Niyə cəhənnəm olsun? İmanın nuru ilə dünya cənnət kimi olar.
(A9 TV; 18 iyun 2014)
Adnan Oktar
-
Mehdi (ə.s)-ın xüsusiyyəti sevgi insanı olmasıdır. Sülhü, ədaləti, sevgini kim təmin edirsə o Mehdi (ə.s)-dır. Kim döyüşdən bəhs edirsə, kim qanı tövsiyə edirsə ondan uzaq dayanacaqsan.