Dərin Amerika PKK-ya tələ qurur, bundan da xəbərsizdirlər. Dəmirdaş: "Məncə ABŞ bizə xainlik etməz" deyir. Edəcək, sizə əvvəlcədən deyirəm. Bunu bütün terror təşkilatlarına etdi. Əvvəlcə dəstəklədi, işlətdi və sonra da boğdu onları. Dəstəklədi boğdu, dəstəklədi boğdu və bunu sizə də edəcək. Ağılsızlıq etməyin, vaxtında imtina edin.
Hz. Mehdi (ə.s) bir anlıq dünyadan çəkilsə qiyamət qopar. On dəqiqə çəkilmiş olsa qiyamət qopar. Bunun üçün də, mələklər hz. Mehdi (ə.s)-ın ətrafında ağlasığmaz dəqiqliklə fövqəladə blokada meydana gətirirlər. Bunu hədislərdən görürük. Cəbrayıl (ə.s), Mikayıl (ə.s) heç yanından ayrılmırlar.
(A9 TV; 17 sentyabr 2015)
Adnan Oktar
-
Dünya dua ilə yaşayar. Bilək gücüylə, adam öldürməklə, asmaqla, kəsməklə, dünyanı yalnız cəhənnəmə çevirərlər, başqa bir şey olmaz.
(A9 TV; 17 sentyabr 2015)
Adnan Oktar
-
Qadın bir incəsənət əsəridir. Sən incəsənət əsərinin haqqını vermək istəyirsənsə, əvvəlcə ona hörmət etməlisən, dəyər verməlisən, qoruyub himayə etməlisən, nəzakət göstərməlisən, alicənab olmalısan.
(A9 TV; 17 sentyabr 2015)
Adnan Oktar
-
Yas saxlamaq müşriklərin adətidir. Qədim Şumerlərdə, Mesopotamiyada, Xetlərdə, Qədim Yunanıstanda, Qədim Misirdə tətbiq olunmuş bir adətdir. Peyğəmbərimiz (s.ə.v) bir çox hədislə yas saxlamağı qadağan etmişdir. Bu Qurana ziddir. Allahın lütfünə üsyan etməkdir. Bu müsəlmana yaraşan bir rəftar deyil, verdiyi məna çox pisdir. İslamda yas saxlamaq yoxdur.
(A9 TV; 16 sentyabr 2015)
Adnan Oktar
-
Kürd qardaşlarımız Türkiyənin təməl ünsürlərindəndir. Əxlaqlarıyla, şəxsiyyətləriylə, mükəmməl xüsusiyyətləriylə baş tacımızdırlar.
(A9 TV; 16 sentyabr 2015)
Adnan Oktar
-
Amerika dərin dövlətinin bizim millətimizə baxış prizması xeyli pisdir, çox yanlışdır. İraqa baxış prizmaları tamamilə doğru çıxdı. Suriyaya da həmçinin. Amma Türkiyəyə baxış prizmalarının doğru olmadığını onlara göstərəcəyik. Bir də etdiklərinin qarşılığını almayacaqlarını, Türkiyədən necə gəldi istifadə edəcəklərini zənn edirlər. Belə bir şey olmaz.
(A9 TV; 16 sentyabr 2015)
Adnan Oktar
-
Amerika dərin dövlətinin məqsədi, milləti təngə gətirməkdir. "Artıq nə olursa olsun. Bu qan dayansın. Şəhid cənazələri gəlməsin. Bu bombalama hadisələri yaşanmasın. Nə deyirlərsə edək" dedirtməkdir.
(A9 TV; 16 sentyabr 2015)
Adnan Oktar
-
Muxtariyyət, PKK-nın istədiyini əldə edəcəyi bir model deyil. Sən muxtariyyətlə Abdullah Öcalanı həbsxanadan çıxarda bilməzsən. Digər PKK-lı qatilləri də çıxarda bilməzsən. Müstəqil hərəkət edə bilməzsən. O zaman nə deməlisən? "Biz dövlət olaq". PKK-nın məqsədi budur. PKK 30-40 ildir ki, dağlarda muxtariyyət üçün gəzmir.
(A9 TV; 16 sentyabr 2015)
Adnan Oktar
-
Muxtariyyət varsa, ikinci mərhələsi də var. Nərdivanın pillələri kimi. Birinci pilləsi muxtariyyətdir. İkinci pilləsi federasiyadır. Üçüncü pilləsi isə, müstəqil dövlətdir. Bu olmaz. PKK-nın hədəfi min illərlə birlikdə yaşadığımız qardaşlarımızla ayrılmağımızdır. Buna icazə vermərik.
(A9 TV; 16 sentyabr 2015)
Adnan Oktar
-
Bir ölkə Xızır (ə.s)-ın rəhbərliyi altında dağıdılacaqsa, oranın mənəvi liderlərindən ibarət bir heyət buna qərar verər. Dağılma qərarı verildikdən sonra geriyə dönüş olmaz.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
Keşikçi sayının artırılması çox vacibdir. Bu, həm keşikçi qardaşlarımıza iqtisadi cəhətdən ciddi töhfə verər, həm də bölgə xalqının qürurunu qorumada əhəmiyyətli güc olar. 30 min keşikçi alınsın. Bu dövlətin lehinə olar. Cənub-Şərqi Anadolunun inkişafına, hərəkətlənməsinə vəsilə olar. Ən azı 30 min keşikçi alınsın. Biz sualtı keçid filan istəmirik. Əvvəlcə bunlar həll olsun.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
Mason lojalarının heç birində Quran yox idi. Mən bu lojaların hamısına Qurani-Kərim qoyulmasını təmin etdim, Allah məni vəsilə etdi.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
PKK firon zehniyyətidir, dəccal zehniyyətidir, sapqınlıq və zəlalətdir. Kafir toplusudur, küfr toplusudur və müsəlmanları kütləvi halda yox etmə qərarı vermiş azğın bir iblis hərəkatıdır. Nə lazımdırsa ediləcək əvəlAllah, elmlə, irfanla, qanun və hüquqla.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
PKK Axırzamanda dəccaliyyətin bir qolunu təmsil edir. Bu qolu qanun və hüquqla kökündən qıracağıq.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
Hər qaranlıq gecənin səhəri var. Bir yeri zülmət bürüdükdə ardınca nur gələr. Bu Allahın qanunudur. Hər firon və dəccal sisteminin ardınca mehdiyyət zühur edər.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
Bəzi kişilər gənc qızlarla söz güləşdirirlər. Qızı pərt etməyə, alçaltmağa çalışır. Bunu etməklə əlinə nə keçəcək, tutaq ki, pərt etdin, böyük adam olacaqsan? Alçalarsan. Bir qadını alçaltsan özünü alçaltmış olarsan. Bu çox ağılsız hərəkətdir. Əksinə sevgi göstər, hörmət göstər, nəzakət göstər.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
Ayrılığın səbəbi iman zəifliyidir. Allah üçün sevsən niyə ayrılasan ki? Amma mənfəət üçün sevsən; mənfəət üçün gələn, mənfəət üçün gedər.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
İmana əsaslanmayan sevgi, ayrılıqla nəticələnər. İmana əsaslanırsa ayrılıq olmaz. Amma mənfəətə əsaslanırsa, başqa bir yerdə daha çox mənfəət görsə, gözünün yaşına baxmaz. Buraxıb gedər.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
PKK-nın iyrənc də olsa bir idealı var. Bunun üçün mağaralarda yatır. Məgər onlar evlənməyin nə olduğunu bilmirlər? Məgər onlar iş, yoldaş, yemək axtarmağı bilmirlər? Amma idealı üçün yaşayır. İyrənc və yanlış idealı üçün. Özünə qəsd edir, ölümü gözə alır bunun üçün.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
Bizdə çox vaxt ancaq zahirə fikir verirlər, məsələn, zənginlik, gözəl qadınlar, musiqi, əyləncə və s. Əvvəlcə onun kimi görür. Yəni kitablarda yazılanları görə bilmir, aparılan iş və fəaliyyətləri görə bilmir. Amma araşdırmağa başladıqdan sonra addım-addım cənnətə gəldiyini anlayır. Başqa mənada ruhuna yaxınlaşdığını anlayır. Yaxınlaşdıqca dünyası işıqlanır, işıqlandıqca irəliləyir.