Demokratik avtonomluq, federasiya, bunlar ayrılıq deməkdir, bölünmə deməkdir.
Cənub-şərqdə yaranacaq bir bölünmədə kürd qardaşlarımız məhv olar, Allah əsirgəsin.
Küfr içində olmaq insanları çox çirkinləşdirir.
Allah bizi şən olacaq şəkildə yaratmışdır.
PKK ancaq inanc və imanla dayandırıla bilər.
PKK-dan bəhs edərkən həlli də söyləmək lazımdır. Ümumiyyətlə, həldən heç bəhs etmirlər. Həll İslam Birliyidir, iman həqiqətlərinin izah edilməsidir və Quran ruhunun bölgəyə hakim olmasıdır.
İnsana məhəbbət və şəfqət Allah rizası üçün ibadətdir.
Quranda siğə etmək deyə bir nikahdan bəhs edilməz. Belə bir nikah şəkli yoxdur. Bundan əlavə siğə olaraq bəhs etdikləri hadisə son dərəcə çirkindir.
Gecə gündüz Darvinizmi-materializmi izah etmək, "Allah yox" demək uğursuzluq gətirər.
Milli Təhsilin dərs kitablarında Darvinizm səhifələrlə izah edilsin, amma elmi cavabı da izah edilsin.
PKK-ya "silahı burax" deyil, "o fikri burax" demək lazımdır. PKK-lıların silahları başlarındakı kommunist, Marksist fikirlərdir. Kommunist qatil fikirləri başlarında olduqca silah buraxdırmanın faydası olmaz. Onsuz da PKK silah buraxmaz. Buna qarşı görüləcək ən güclü fəaliyyət, Darvinist təhsilə son verməkdir.
Peyğəmbərimiz (s.ə.v) Ukaz bazarında hər bir insanla danışıb onlara təbliğ edirdi.
İran Darvinizmin ən güclü izah edildiyi ölkələrin başında gəlir.
PKK bu nöqtəyə silahla gəldi, bundan sonra da silahla davam edər. Təşkilat əsla silah buraxmaz. PKK kommunist dövlət qurmadıqdan sonra terrordan imtina etməz. Ancaq fikri mübarizə ilə PKK-nı təsirsizləşdirmək mümkündür.
Gələn hər imtahanı sevinclə qarşılayıb, onun haqqını tam vermək lazımdır. Çətin imtahanın gəlməsi, qızıl dolu gəminin gəlməsi deməkdir. Bəzən imtahan insana çətin kimi gəlir amma içi savabla doludur.
PKK indi Leninin "bir addım irəli, iki addım geri" taktikasını tətbiq edir.
Bəşər Əsədlə Öcalan eyni düşüncədədirlər, ikisi də Stalinistdir.
Bəziləri Öcalanı guya qəhrəman kimi göstərməyə səy göstərir. Bu çox eybəcər və çox çirkindir. On minlərlə şəhid verdik. Biz Öcalanı qəhrəman deyil, qatil və xain bilirik.
Məktəb kitablarında Darvinizm birtərəfli olaraq izah edilir. Bu çox səhvdir. Mütləq qarşı elmi dəlillərə və yaradılış həqiqətinə də yer verilməlidir.
İslam aləmi bizim təmin etdiyimiz zəmin vəsiləsi ilə Darvinistlərə qarşı rahatdır. Əvvəllər elmi olaraq cavab verə bilmədikləri üçün Darvinistlərdən çəkinirdilər.
PKK ideoloji istiqamətdən çökdüyü üçün çaxnaşma halındadır.