Demokrat gənclər bizə canlılıq gətirər, bu gözəldir. Ancaq nə bir cana, nə də bir cəmiyyət malına zərər gəlsin.
Açıq şəkildə ateist olduğunu söyləyən mərddir, münafiq olmaq pisdir.
Gənclərimiz istəsə demokrat olsun, amma nə insana, nə də heyvana zərər verməsinlər.
Gəzinti Parkında azan oxunarkən susan o gənclərin alnından öpürəm.
Qiyam, üsyan çox mərhəmətsizdir. Buna görə də fəlakətə səbəb olacaq davranışlardan çəkinmək çox əhəmiyyətlidir.
Etiraz etməkdə bir eyib yoxdur, amma heç kim kommunist qiyam üçün bir vasitə olmasın. Xalqın içindən olan nümayişçilər, heç vaxt şiddət tərəfdarlarını öz aralarına buraxmasınlar.
Xalqımızın öz aralarında etdiyi etirazlara bir sözümüz yoxdur. Demokrat kommunistlərə də kimsə bir söz demir. Amma etiraz nümayişlərində professional agentləri aralarına buraxmasınlar.
Xalqı qiyama təşviq etmək, vətəni bölməyə çalışmaq vətən xainliyidir və çox böyük günahdır.
Marks dinsiz Mehdi olaraq ortaya çıxmaq istədi, xəbəri olmadan dəccal oldu.
Baş nazir məzlum, mömin, müttəqi bir insandır. Neçə illərdir ki, bu millət üçün çalışır. "Millətimin xidmətçisiyəm" deyən bir baş nazirə "qürurlu" demək doğru deyil.
Məzlum üçün hazırlanan hər tələ Allah tərəfindən pozular. Məzluma xəyanət etmək uğursuzluq gətirər.
Hökuməti bəyənməyən varsa oyundan başqa partiyaya qarşı istifadə edər. Bu qədər asandır.
Xalqı özündən çıxaran hadisələr kəşfiyyat mütəxəssisləri tərəfindən istiqamətləndirilər. Xalq öz-özünə bir hərəkat yaradıb onu davam etdirə bilməz.
İctimai hadisələri, əsasən, həmişə kommunistlər təşkil edər. Kommunistlərin təxribat məsələsində mükəmməl təcrübəsi vardır.
Azad və demokrat Türkiyənin təkidlə vurğulanması fərahlıq yaradar.
Səhv başa düşülən bir söz olsa hökumətimiz tərəfindən izahlar verilməlidir. Məcazilik insanları narahat edər, gərginləşdirər.
Əgər bir insanı hər hansı səhvinə görə biz tarixdən silməyə çalışsaq, tarixdə peyğəmbərlərdən başqa heç kim qalmaz. Bu məntiqə sığmır.
Mal-mülkə uyub Allahı, dini unutmaq çox qorxuncdur. Ev Allah üçün istifadə edilməlidir, evin məscid olması lazımdır.
İslam sevgi, şəfqət, hər şeyin ən gözəlidir, Allaha, Allahın yaratdıqlarına aşiq olmaqdır.
Vicdanınla məsləhətləşmək Allahın sənin ürəyinə vəhy etməsidir. İsa Məsihi görərkən Allah ürəyinə ―"bu adam İsa Məsihdir"― deyə vəhy edər. Başa düşərsən. Mehdi (ə.s)-ı da görəndə Allah ürəyinə vəhy edər. Moşiyah, Kral Məsih, Mehdini hiss edərsən. Yaxşı insanı hiss edərsən.
Türkiyədə sistem demokratiyadır. Vurub dağıtmaqla iqtidar dəyişdirmək deyilən bir şey yoxdur. Bizim millətimiz kimə səs verəcəyini bilir.