Hz. Mehdi (ə.s) İslamı hikmətlə, qısa və köklü olaraq izah edəcək. Bilavasitə, ümmətin təfərrüatda boğulması vəziyyətini aradan qaldıracaq.
(A9 TV; 24 noyabr 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s)-ın yanında da onu əhatə edən məlumat olacaq. Bəzi müəllimlər kimi təfərrüatlara girərək boğulmayacaq. Özünü, hikmətini izah edəcək. Bir şeyi izah etdikdə, onu tam olaraq qısa və köklü şəkildə açıqlayacaq.
(A9 TV; 24 noyabr 2013)
Adnan Oktar
-
Kəhf surəsinin mühüm xüsusiyyəti də 18-ci surədir və 110 ayədən ibarətdir. 110x18=1980-cı il tarixini―hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir.
(A9 TV; 24 noyabr 2013)
Adnan Oktar
-
Ayasofya yalnız hz. Mehdi (ə.s) dövründə açılacaq. Ayasofyanın açılışı hz. Mehdi (ə.s)-ın, Rəsulullah (s.ə.v)-in silaha sarıldığı, hırkasını geyindiyi zaman olacaq. Ondan əvvəl elə bir şey olmayıb, inşaAllah.
(A9 TV; 24 noyabr 2013)
Adnan Oktar
-
Mehdi (ə.s)-ın üstü 70 pərdə ilə örtülüdür. Onlar birinci, ikinci pərdəni belə aşa bilməz, görə bilməzlər, "Mehdi (ə.s) budur?" deyəcəklər. Hal-hazırda dünyada Mehdini axtarırlar. Tapa bilməzlər, əbəs yerə çalışırlar. Saxlaya da bilməzlər.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
Məktəblərdə gənclər üçün çox gözəl təməl qoyula bilər. İdmana təşviq etmək deyil, idman etməyə məcbur etmək lazımdır. İnsanı öz halına buraxsan idman etməsi çox çətindir.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
İdman əslində dövlət tərəfindən icbari olmalıdır. Hər gün ən az bir saat, yarım saat idman dərsi keçirilməlidir. Sağlam gəncliyin yetişməsi üçün əhəmiyyətlidir. Yaxud gün aşırı edilə bilər. Mühüm olan gəncliyin ruhən və fiziki cəhətdən sağlam olmasıdır.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
Bədiüzzaman deyir ki, "hər şeydə ifrat, ifratdır". Yəni həddindən artıqdır. "Əlaqə saxlamaqda ifrat mükəmməldir" deyir. Əlaqə saxlamaqda, yəni bir-birlərinə baş çəkməyin, görüşməyin, söhbətin çox olması mükəmməldir, gözəldir. Müsəlmanlar bir-birləri ilə görüşdə, söhbətdə ifrata yol verməlidirlər.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
Söhbətdə bərəkət vardır. Səhabələr həmişə söhbətdə kamala çatardılar. Peyğəmbərimiz (s.ə.v) ilə on dəqiqə olsa belə söhbət edərək kamala çatardılar. Söhbət ilə bərəkət gələr və söhbətdə dua ən gözəl nemətlərdən biridir. İnsan dua ilə qidalanar.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
Keyfiyyətsizlik insanları məhv edir, gizli-gizli məhv edir. Məsələn, bütün Yaxın Şərqi yaxıb qovuran, Misiri, Mərakeşi, Tunisi, Əlcəzairi məhv edən keyfiyyətsizlik hal-hazırda Türkiyədə də insanlara hücum edir.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
Ülfətin bu istiqamətdən faydası ola bilər. Allah tərəfindən insanlara Allah qorxusundan həlak olmamaları üçün verilmiş bir xüsusiyyətdir. Ülfət insanlarda psixoloji sakitləşməni təmin edir. Yəni insan üçün əsəb dərmanı kimidir. Psixoloji sakitləşdirici kimidir.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
Ülfətə qarşı Allaha dua edilməlidir. ''Ya Rəbbim, məni ülfətdən qoru. Möhtəşəm məlumatın təsirliliyini ürəyimə, ruhuma hakim et. İmanıma vəsilə olan bu dəyərli elmi ülfətlə yox etməkdən məni qoru''.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
Ülfət qeyri-adi bir şeydir. Məsələn, peyğəmbər (s.ə.v)-in möcüzəsini eşidir, gözləri dolur, heyrətlənir. Ülfət onu bir anda udub məhv edir. İnsanda ülfət meyli vardır. Ülfətə müqavimət göstərmək lazımdır.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
Ülfət çox təhlükəlidir. Ülfət müsəlmanın ən çox özündə mübarizə aparacağı şeylərdən biridir. Məsələn, hüceyrənin quruluşunu araşdırır, nəfəsi kəsilir. Amma beyninin arxasında böyük bir ülfət dalğası gələn məlumatı dayanmadan sovurar. Davamlı yox edər.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
İstanbulda hicri 1506-cı ilə qədər dağıdıcı zəlzələlər olmayacaq. Kiçik sarsıntılar ola bilər, amma dağıdıcı zəlzələ olmayacaq, inşaAllah.
(A9 TV; 20 noyabr 2013)
Adnan Oktar
-
Avropa Birliyinə girməyin tək bir yolu var, o da mehdiyyətdir. Mehdilik ruhu, mehdiyyət sevgisi, şəfqəti, səmimiyyəti, mehdiyyətin baxışı demokratiyaya, sənətə, söhbətə, elmə, Avropa Birliyi üçün idealdır. Xristian-müsəlman ittifaqı üçün lazımlıdır.
(A9 TV; 20 noyabr 2013)
Adnan Oktar
-
Bədən imanı tanıyır. Bədən və hüceyrələr imanı sevir. Hüceyrələr imanla xoşbəxt olar və haqqı ilə yaşamağa başlayar, sağlam yaşayar. Yəni xəstə olmaz. Əksinə olduqda isə xəstə olar.
(A9 TV; 20 noyabr 2013)
Adnan Oktar
-
İman üzün fiziki olaraq dəyişikliyinə səbəb olur. Normal halda vücud dəyişmir. Bunda bir qeyri-adilik vardır. Yəni iman insan üzündə fiziki dəyişikliyə səbəb olur. İnsanın imanlı olub olmaması ilk olaraq üzündən bilinir. Deməli, iman hüceyrələr tərəfindən tanınır.
(A9 TV; 20 noyabr 2013)
Adnan Oktar
-
İslam aləminin bir lideri olmalıdır. Yüz min ağıldan yüz min qarşıdurma, savaş, yüz min ayrı fikir, ziddiyyət çıxır. Tək bir ağılda nə ziddiyyət olar, nə qarşıdurma olar, nə fitnə olar, nə də döyüş olar. Heç bir şey olmaz.
(A9 TV; 19 noyabr 2013)
Adnan Oktar
-
Dövlətimizin siyasi şüura, dərin imana, Quran əxlaqına sahib, darvinizmin, materializmin etibarsızlığını yaxşı bilən, böyük Türkiyəni hədəfə alan, İslam Birliyini hədəfə alan, yəni hədəfi Türk-İslam Birliyi olan, ehtiraslı, qərarlı, ölümdən qorxmayan, sülh istəyən, elmi, sənəti ən gözəl şəkildə müdafiə edən gənclər yetişdirməsi lazımdır.