Dəccaliyyətə qarşı həll, müsəlmanların birləşmələri, məzhəb ayrılıqlarından əl çəkmələri, qardaşlıq bağları ilə bir-birilərinə bağlanmalı, bir sevgi birliyi meydana gətirmələridir. Qardaşlarımızın silahı sevgi olmalıdır. Sevgidən başqa bir şeyi silah kimi istifadə etdikdə ara qarışar. Qurana söykənən sevgi anlayışı hakim olmalıdır.
Bəzi insanlar dəccalın onları məhv etdiyini çox gec anladılar. Hal-hazırda Hz. Mehdi (ə.s) çıxıb, amma anlaya bilmirlər və Mehdiyyət bu mühitdə sinəsini gərərək yayılar, dayandıra bilməzlər, dayandıra bilməyəcəklər də.
()
Adnan Oktar
-
Allahı çox sevməlidirlər, Mehdiyyəti müdafiə etməlidirlər. Allahı unudan iqtisadiyyat, Allahı unudan bir dünya ola bilməz. İqtisadi böhran ancaq Allahı çox sevmələri şərti ilə ortadan qalxacaq. Yoxsa, Allah daha da çökdürər.
()
Adnan Oktar
-
Darvin deccaliyyəti təmsil edən adamdır. Peyğəmbərimiz (s.ə.v), Dəccalın zamanında, ateizmin dinsizliyin bütün dünyaya hakim olacağını, kilsə və sinaqoqların qalmayacağını, Allahın adının xatırlanmayacağını, dünyada sel kimi qan axıdılacağını, yaxşı insanların pis kimi tanınacağnı söyləyir. İnsanların əksəriyyətinin Quranı bir həyat kitabı kimi qəbul etməyib, Quranı tərk edəcəklərini söyləyir.
()
Adnan Oktar
-
Münafiqin problemi Qurandır. Quranın qeyri-kafiliyini qəbul etdirərək vurmaq istəyir münafiqlər. Çünki Quran bir dəfə qeyri-kafi görüldüsə, xurafatın qapısı açılmış olar.
()
Adnan Oktar
-
Münafiq, "mənim ağlıımda bir din var, o Qurandakı kimi deyil, bu əlavələri et, bu xurafatları qat, məndə sənin arxandan gəlim" dəyər. Məqsədi məhz dinsizlikdir. Onu etməsən, səni ölümə yaxınlaşdırar, şeytan kimi olduğu üçün məhv edənə qədər ölümə sürükləyər.
()
Adnan Oktar
-
Hz. Mehdinin (ə.s) topluluğuna,"siz neçə nəfərsiniz?" dəyilər, 313. Qarşıdakılar isə 3 milyon adam. "Onlardan qorxun" deyirlər. Məqsəd nədir? Müsəlmanların parçalanmaları. Amma bu hücum möminin imanını artırar. Bu işdə müsəlmanların savab qazanmasında, mənəvi məqamlarının artmasında münafiqlərin əhəmiyyətinin olduğuna işarədir.
()
Adnan Oktar
-
Müsəlmanın Allahdan qorxmaqlarına səbəb ölüm qorxusu deyil. Müsəlman, Allahı razı salmamaqdan, Allahın sevgisini itirməkdən qorxar. Allah qorxusu budur.
()
Adnan Oktar
-
Vəsvəsə gəldiyi zaman, "sən istədiyin qədər çırpın. Mən dəstəmazımı alıram və namaza gedirəm" desəniz və tərtəmiz bir yerdə könül dincliyi ilə, hüzurla namazınızı qılarsınız, vəsvəsənin bir əhəmiyyəti qalmaz.
()
Adnan Oktar
-
Vəsvəsə gəldiyi zamn, "sən istədiyin qədər çırpın. Mən dəstəmazımı alıram və namaza gedirəm" desəniz və tərtəmiz bir yerdə könül dincliyi ilə, hüzurla namazınızı qılarsınız, vəsvənin bir əhəmiyyəti qalmaz.
()
Adnan Oktar
-
Yalnız bir qələm, iman etmək üçün kifayətdir. Bu qələmi beynin içində kim yarada bilər? Allah diridir, hər vaxt var olandı, daima bizim üçün yaradır. Allah, daima diri və var olduğu üçün , bizimlə birlikdə olduğu üçün də vəsvəsəyə vaxt ayırmaq məntiqsizdir.
()
Adnan Oktar
-
Hz. Mehdiyə (ə.s) maneə ola bilməyəcəklər, öldürə də bilməyəcəklər. Hz. İsa (ə.s) da elədir. Peyğəmbərimiz (s.ə.v) də elə idi, ona heç bir vasitə ilə xələl gətirə bilmədilər. Düşmən dörd tərəfindən onu mühasirəyə aldı. Üstəlik Peyğəmbərimizin (s.ə.v) üstündə zireh yox idi, saatlarla düşmənlə əlində qılıncla mübarizə etdi amma yenə də heç kim ona heç bir şey edə bilmədi. Bu möcüzədir. Hz. Mehdi (ə.s) də elədir. Öldürə bilməyəcəklər və mütləq müvəffəqiyyət qazanacaq.
()
Adnan Oktar
-
Dəccalın bir buynuzu geri qalmışlıq, digəri isə ateizmdir. Bunlar daim bir – birilərinə zidd olacaqlar. Dəccal onları bir-birlərinə qırdıracaq.
()
Adnan Oktar
-
Hz. İsa (ə.s) bundan əvvəl onsuz da Yəhudi idi, Yəhudi olduğu halda Xristian oldu. İndi Xristian olduğu halda Müsəlman olacaq. Xristianlar əvvəllər Hz. İsanı (ə.s) sevirlərsə, Xristianlıqdan sonra Müsəlman olduğunda onu daha çox sevərlər . Allaha bir yaxın ikən min yaxın olarlar. İslamiyyət onların imanını milyon dəfə artırar.
()
Adnan Oktar
-
Bəzi Xristianların Hz. İsaya (ə.s) Allah demələri (Allahı tənzih edərik), onların beyinlərini qarışdırırdı. Buna görə də Avropada Amerikada bir çox adam Xristianlığı tərk edir həmin vaxt.
()
Adnan Oktar
-
Tövrat və İncilin haqq olan bütün hissələrinə tabeyəm. Tövrat və İncilin bu hissələri nəfisdir, qidadır insanın ruhuna. Bu haqq və dəyişdirilməmiş olan qisimlərin hamısı Quran ilə uyğundur.
()
Adnan Oktar
-
Köhnə İncillərdə Allahın "Bir" olduğu bildirilib. Orijinal İncildə bu tapıldı, lakin gizlədilir. Vatikandan çəkindikləri üçün üzə çıxarmaya bilərlər. Vaxtı gələndə üzə çıxacaq inşAllah. Ortaya çıxdığında da karbon tarix müəyyən etmə metoduyla ən köhnə İncil olduğu aydın olacaq.
()
Adnan Oktar
-
Kin duyğusu, insanı çox narahat edən, iki tərəfin arasını pozan pis bir hissdir. Cənnətdə kin duyğusu təmizlənir. Allah onu ürəklərdə saxlamır.
()
Adnan Oktar
-
Burada çox uzun bir imtahan veririk. Əgər bu imtahan verməsəydi cənnətə girən insan, bu taxtların niyə var olduğunun mahiyyətini anlamazdı. Cənnət qədəhlərini başa düşməzdi. Yedikləri meyvələrin, içdikləri gözəl içkilərin nə üçün ərmağan edildiyini düşünməzdi. Nemətin sevincini və gözəlliyini yaşaya bilməzdi.
()
Adnan Oktar
-
Dünya, cənnət kursudur. Cənnətdə necə zövq alacağımızın bir kursudur. Ona görə burada çox dəqiq bir kursdan keçirik. Bu kursu bitirən, cənnətdə zövqlərin ən gözəlinə sahib olacaq.
()
Adnan Oktar
-
Eşqi ehtirası mərhəməti burada, dünyada öyrənərik. Çox az şeyi cənnətdə öyrənəcəyik. Bəzəkli bir süfrəni burada öyrənərik, cənnət süfrələrindən ona görə zövq alacağıq. Cənnət qədəhlərindən bu dünyada qədəhləri sevdiyimiz üçün zövq alacağıq. Uçmanın zövqünü buradan bilirik. Allah bu neməti cənnətdə verəcək.