DƏCCAL HƏR TƏRƏFDƏN TÜRKİYƏYƏ DİŞ BATIRMAQ İSTƏYİR. LAKİN TÜRKİYƏDƏ MEHDİYYƏT OLDUĞU ÜÇÜN HƏR DƏFƏ DİŞİ QIRILIR. Allah, xüsusilə, Öz lütfünü Türkiyəyə bəxş edir, qoruyub saxlayır.
AĞILIN, GÖZƏLLİYİN, SEVGİNİN MƏNŞƏYİ ALLAH QORXUSUDUR. Allah qorxusu olmasa əxlaq, ağıl da olmaz. Allahdan mütləq qorxmaq lazımdır.
Allahdan qorxmayanda əxlaq pozulur. Belə deyirlər ki, "biz sevsək gözəllik olar." Xeyr, tək sevgi ilə ağlasığmaz zülm edə bilərsən. Mütləq Allah qorxusu lazımdır.
Gözəllik Allahın vəsfidir. Allah gözəli, gözəlliyin sevilməsini bəyənər. Allah gözəllikdən məmnun qalmağımızı istəyir. Sevgini yaşamağımızı və Onu sevməyimizi istəyir. Onu sevməyimiz üçün qorxmağımızı istəyir.
Anti-dəccal olan xristianlar müttəfiqimizdir. Xristianlar dəccal deyil, anti-Dəccaldır. Yəni Xristianlar dəccalın əleyhinədirlər.
Türk-İslam Birliyi qurularkən kürdlərin bütün ehtiyacları mükəmməl şəkildə ödəniləcək, dinc yaşayacaqlar.
Türk-İslam Birliyi çərçivəsində kürdlər bizim bacı-qardaşlarımız, əzizlərimizdir.
Xristianlar, Yəhudilər bizim canlarımızdır. Onlarla ittifaq edib elmlə, fikri mübarizə ilə Allahsız, kitabsız dəccaliyyəti aradan qaldıracağıq.
Kürd bacı-qardaşlarımız dünyanın ən igid, dürüst insanlarıdırlar. Çox keyfiyyətli, şərəfli, həssas, cəsur, vəfalı, gözəl əxlaqlı insanlardır.
Kürd bacı-qardaşlarımız çox təqvalı və dindar insanlardır. Səlahəddin Əyyubi, Bədiüzzaman ruhunu daşıyan çox igid və məzlum insanlardır.
Qadınlar ən az kişilər qədər, hətta kişilərdən daha çox hüquqlara sahib olmalıdırlar. Onlar da kişilər kimi azad olmalıdırlar.
Mehdiyyət, İsa Məsih qəbul edilməzsə dünya məhv olar. Buna görə də əleyhinə olmaq, müqavimət göstərmək mənasızdır.
Allah ONA qarşı savaş elan edilməsini qəbul etməz. Allah dünyanı Özü ilə mübarizə aparsınlar deyə yaratmadı. Özünə qul olması üçün yaratdı. Ya Allaha dönəcəklər, ya da Allah dünyanı məhv edəcək.
Dəccal dinsizlikdir. Ateist, Darvinist-materialist cərəyanların hamısına dəccal deyilir.
"Kürd problemi", "Cənub-şərq problemi" ... Bəs, Orta Anadolu, Qara dəniz problemi yoxdur? Egedə çoxlu kasıb insanlar vardır. Problem hər yerdə var. İstanbul, Kənar məhəllə problemi necə olacaq? Bütün bunları Türk-İslam Birliyi, İslam Birliyi daxilində aradan qaldırmaq mümkündür. Əks halda alınmaz.
İnsanlar "kürd problemi"ni düşünürlər. Lakin ən vacib olan İslam Birliyi problemidir. Türk-İslam Birliyi problemi vardır. Daha vacib problem üzərində dayanmaq lazımdır. Sən bir faizlik problem üzərində dayanırsan, bundansa yüz faizlik problem üzərində dayan. O bir faizə yüz faizi də yüzdə əlavə et, Türkiyə problemi ilə birlikdə onun daxilində həll etməyə çalış.
Dinlə, imanla, namazla əyləncə olmaz. Namaza lağ etmək olmaz.
Xərçəng xəstəliyini ailənin məsuliyyətindən çıxaraq. Xərçəng xəstəsi olan uşaqlar da bizim millətimizin bir problemidir. Bizə aiddir, ailəsinə deyil. Bir millət olaraq sahib çıxaq.
Kürd problemi deyə bir problem yoxdur, yalnız İslam Birliyi problemi vardır. İslam aləminə baxsalar, başa düşərlər.
Allah qorxusunda dərinlik vardır. O, EŞQ qorxusudur. Tamamilə fərqli qorxudur. Məsələn, silahın və yaxud bombanın insanlarda yaratdığı təşvişə və qorxuya bənzəməz.
Allah, cəhənnəm qorxusu olmasa, dünyanın bütün nizamı pozular.