Dəccal (haşa) Məsihlik və İlahlıq iddiası ilə ortaya çıxacaq. Türkiyə mehdiyyətin mərkəzi olduğu üçün Dəccalın hədəfindəki bir ölkədir.
Mən qadınlara həmişə prioritet tanıyıram. Qadınlar mənim üçün çox dəyərlidir.
Hz. Süleymanın təbliğ üsulu gözəllik, incəsənət, zənginlik, estetika, keyfiyyət və ehtişam idi. Memarlıqda, incəsənətdə həmişə mükəmməllikdən istifadə etdi.
İslam azadlıq, sevinc, keyfiyyət və incəsənətdə ən yüksək nöqtə, hər gün bayram olması, hər yerdə ədalət, zənginlik, təhlükəsizlik olması deməkdir.
Quranda rəcm (daşlama) cəzası yoxdur. Bu, müşrik adətidir. İslamda yoxdur.
Allah dəstəmazı bir ayədə izah edir və çox asandır. Mövhumatçılar isə dəstəmaz üçün 600 səhifə kitab yazırlar, üstəlik hər məzhəbə görə də fərqlidir. İnsanlar da buna baxıb mən dəstəmaz alıb namaz qıla bilmərəm deyirlər. Qurandan kənar din anlayışı insanları İslamdan soyudur.
Qurandan kənar din anlayışının hər cəhəti fəlakətdir; gülmək, rəqs etmək, rəsm əsəri, heykəl, musiqi, qadınların çölə çıxması, uşaqların şort geyməsi qadağandır. Saqqal kəsməyin, namaz qılmamağın cəzası ölümdür. Bunların heç biri Quranda yoxdur. Quranda olmayan din dünyanı cəhənnəmə döndərir.
"Ələvilər dindən kənardır" demək böyük böhtandır. Ələvilər tərtəmiz müsəlmandırlar, Allaha, Rəsulullah (s.ə.v)-ə və hz. Əliyə aşiq olan, nur kimi insanlardır.
Qadın dünyanın ən gözəl bəzəyidir. Qadına qorxunc həyatı layiq görmək bütpərəstlərin adətidir. Bütpərəstlərin inancını İslama daxil etməsinlər.
Öz aləmlərində qadınları mühasirəyə alıblar və haşa insan yerinə qoymurlar. Qadını öz aləmlərində elə dəyərsiz görürlər ki, necə döyülməli olduğunu öyrədirlər. Quranda qadının döyülməsi hökmü yoxdur. Qadın dəyərlidir.
Dekolte əleyhinə olanların Qurandan kənar din anlayışlarına görə təkcə qadınlar deyil, gənc oğlan uşaqları da təcavüz mövzusu kimi görülür. Bunların azğın anlayışında rahatlamaq üçün qadının döyülməsi, qadınların həmişə alçaldılması, oğlan uşaqların da qapadılması lazımdır.
And olsun ki, Biz Zikrdən (Tövratdan) sonra Zəburda da: "Şübhəsiz ki, ərzə təkcə Mənim saleh bəndələrim varis olacaqdır" deyə yazdıq. (Ənbiya surəsi, 105) Allah bu ayədə İslamın dünya hakimiyyətini və mehdiyyəti Tövrat və Zəburda bildirdik deyir. Bu səbəbdən, "mehdiyyət Tövratda gəldi, İsrailiyyətdir" deyənlər bu həqiqətin onsuz da Quranda xəbər verildiyindən bilgisiz davranırlar.
Quranda Kitab əhlindən, yəni musəvi və xristianlar arasında səmimi iman gətirən insanlar olduğu bildirilmişdir. (Ali İmran surəsi, 113-115: Onların hamısı eyni deyil. Kitab əhlindən bir camaat vardır ki, onlar gecə vaxtları ayaqda dayanıb Allahın ayələrini oxuyaraq səcdəyə qapanarlar. Bunlar, Allaha və axirət gününə iman gətirər, marufu əmr edər, münkərdən çəkindirər və xeyirlərdə yarışarlar. Məhz bunlar salehlərdəndirlər. Onlar hər nə xeyirxah əməl etsələr, əlbəttə, ondan məhrum qalmazlar. Allah müttəqiləri tanıyır.)
Allah Quranda hz. Musaya tabe olan musəvilərdən Haqqa kömək edən, mehdiyyətə dəstək olan bir qrup olduğunu bildirmişdir. (Əraf surəsi, 159: Musanın qövmündən haqqa yönəldən və onunla ədalətli davranan bir camaat var.)
Tale sonsuz uzun zamanın, sonsuz qısa zaman içində yaradılıb bitmiş olmasıdır.
İnsan Allahın yaratdığı fitrətə müqavimət göstərsə pozular. Allah sevgisi, Allah qorxusu, səmimiyyət olmadıqda vücud dərhal tarazlığını itirər.
Mehdiyyət hz. Adəmə, hz. İbrahimə, hz. İdrisə verilən səhifələrdə hz. Musaya, hz. Davuda, hz. İsaya endirilən kitablarda var. Bu mehdiyyətin haqq olduğunun sübutudur.
Mehdiyyətin İsrail mənbələrində olması mehdiyyətin Allahın bildirdiyi haqq mövzu olduğunun sübutudur. Mehdiyyət hz. Adəmdən bəri bütün dinlərdə var.
Mehdi inancı bütün keçmiş inanclarda və haqq dinlərdə var. Allahın nazil etdiyi bütün Kitablarda mehdiyyət var.
İngiltərə dərin dövlətinin əzablara səbəb olan fəaliyyətlərinin minlərlə dəlili var. Məclisdə lazım olsa qapalı yığıncaq keçirilərək bu dəlillərdən bəhs edilsin.
Kitab əhli ilə müsəlmanlar arasında bənzərliklər olması, haqq dinlər silsilə olaraq gəldiyi üçün, normaldır. Mehdilik bütün haqq dinlərdə var.