Darvinizmin təsadüf iddiasının məntiqsizliyini ortaya qoymağımız sayəsində təkamülçülər içinə düşdükləri vəziyyəti anlamağa başladılar.
Kommunizmdə din, əxlaq, dövlət, ailə yoxdur. Xoşbəxtlik yoxdur. Mərhəmətsizlik və sevgisizlik hakimiyyəti vardır.
Atlar çox nəcib heyvandırlar. Allah atları möhtəşəm heybət və gözəlliklə yaradıb.
Mənim üçün sevgi, o insana necə daha çox yaxşılıq edə bilərəm, necə qoruya bilərəm, necə qürurlandıra bilərəm düşüncəsidir.
Bir insanın dünyaya dair heç bir hərisliyi yoxdursa və təkcə Allah üçün yaşayırsa, canı daxil olmaqla, hər şeyini Allahın verdiyini bilərək yaşayırsa, o insan ehtiraslı sevginin namizədidir. O insana Allah ehtiraslı sevgini yaşadar.
Qadın gözəlliyi dünyanı cənnətə döndərər. Rəsm, musiqi, heykəl, şeir, incəsənət və ədəbiyyatın bir çox sahəsi qadın gözəlliyi üzərində qurulub.
Allah üçün cani-könüldən, səmimi olaraq bir şeyi istəyən insana Allah o istədiyini mütləq nəsib edər.
İnsanların axtardıqları xoşbəxtlik və gözəllik mehdiyyət dövründə olacaq.
Mehdiyyəti rədd edənə, Allah bərəkət vermir, diqqətlə baxan bu həqiqəti görər.
Kommunizmin olduğu mühitdə həyat mənasız olar, insanlar robotlaşar və sevinc yox olar.
Allahın zikri və dua azaldığı zaman insanın özünə nəzarəti yavaş-yavaş itirdiyi çox qeyri-sabit ruh formalaşar.
Quran qəlbə şəfadır. Qəlbin dərmanı Allahı yada salmaq, Allahı çox sevməkdir.
Səyyar satıcılara qarşı daha anlayışlı, şəfqətli olmaq əhəmiyyətlidir. Əks təqdirdə millətimizin vicdanını narahat edər.
Əyləncə, musiqi, gözəl qadınların müsəlmanların həyatında mövcud olduğunu görmək bəzilərinin heç xoşuna gəlmir. İncəsənət, gözəllik, sevinc olmadığı zaman, dini geriləmələr çox asan olurdu. İslamın bütün bu azadlıqları təmin etdiyini göstərməyimiz dini həyatdan çıxartmaq istəyənlərə heyrətamiz şok oldu. Buna görə də, təşvişlə fəryad edirlər. İstədikləri qədər fəryad etsinlər, bütün dünya sevinc içində dindar, gözəl yaşayacaq. Xüsusən özləri dindar olmadıqları halda, qadınların dekoltesinə, rəqsinə, sevincinə qarışanlar çox böyük səmimiyyətsizlik edirlər.
Ehtiyacın olduğu halda başqasını qorumaq alicənablıqdır. Türkiyənin məhdud imkanları ilə Suriyalıları qonaq qəbul etməsi alicənablıqdır. Müsəlman özü ac belə olsa əsirə prioritet verən xarakterdə olmaqla məsuldur. Yüksək xarakter, üstün əxlaq bunu tələb edir. (İnsan surəsi, 8: Özləri, ona duyduqları sevgiyə baxmayaraq, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.)
Cənnətdə ən böyük nemət Allahın Camalının təcəllisini görməkdir.
Darvinist təhsil və həqiqi din əxlaqından uzaqlaşma incəsənətin geriləməsinə səbəb olur.
Sevginin mənbəyi dindir, əxlaqın mənbəyi dindir. Din olmasa həyat olmaz.
Cümhuriyyətin ilk dövrlərindən etibarən MHP-nin fikirləri həmişə iqtidarda olmuşdur. MHP həqiqi dava partiyasıdır.
Millətimizin Tayyib hocama olan sevgisi çox gözəldir. Həmrəy və birlikdə olduğumuz müddətcə Türkiyəyə qurulan tələlər əsla müvəffəqiyyətli ola bilməz.
Uşaq sevgisi cənnətə olan həsrətimizdən irəli gəlir. Uşaqlar cənnətin gözəl zinətlərindən biridir.