Darvinizmin aradan qaldırılması terrorun və fitnənin beynindən elmi yolla vurulması, darmadağın edilməsi deməkdir. Bu xidməti Türkiyə etməlidir.
Əgər Türkiyə darvinizmi fikri olaraq aradan qaldırsa, bu Türkiyə əleyhinə olanların hamısına bir anda vurulmuş ən təsirli “elmi şillə” olar. İngiltərə dərin dövlətinin ədabazlığı arxasını darvinizmə dayamasından irəli gəlir. Türkiyə darvinizmi aradan qaldırsa elmi şilləni vurmuş olar. Türkiyənin darvinizmi aradan qaldırması İslam aləminə də nümunə olar. Onlar da güclənərlər. Allah “yoxdur” deyilən bu fitnəni bitirmiş olarıq.
Evanqelistlər də, mühafizəkarlar da darvinizmə necə elmi cavab verəcəklərini bilmirlər. Təkcə bizim fəaliyyətlərimiz elmi cavab xüsusiyyətindədir.
PKK-nın fəlsəfəsi marksist leninist düşüncədir. Darvinizm olmadan marksizm leninizm olmaz. Terrorun təməlindəki fəlsəfə darvinizmdir.
Darvinizm İngiltərə dərin dövləti tərəfindən dəstəklənən və qorunan inkar fəlsəfəsidir.
Darvinizm bütün dünyada zorla qəbul etdirilməyə çalışılır. Darvinizmi qəbul etməyən akademiklər işləyə bilmirlər.
Əgər Türkiyə müasir, incəsənətə, keyfiyyətə əhəmiyyət verən mövqedə olsa, Avropa da Türkiyəni müdafiə edər və dəstəkləyər.
Sevgidən, nəzakətdən, keyfiyyətdən xəbəri olmayan kütlələrin yaranması ehtimalı ciddi təhlükədir. Buna qarşı təhsil səfərbərliyi olmalıdır.
Darvinizm olmadıqda marksist leninist düşüncə də qalmaz. Darvinizm bitdikdə terror da bitər. İmani fəaliyyətdən başqa bu bəla üçün sədd yoxdur.
Kommunizm iman zəifliyindən irəli gəlir. Dağa çıxmağa mane olmağın qəti yolu kommunizmin dayaq nöqtəsi olan darvinizmin aradan qaldırılmasıdır.
Mühafizəkar mətbuatın böyük hissəsi də açıqca Adəm və Həvvadan yaradıldığımızı izah etmir, bilərəkdən və ya bilməyərəkdən təkamül təbliğatı aparır. Mühafizəkar təbəqənin bir qismi darvinizmi elm zənn etdiyi üçün hələ ən başından məğlubiyyəti qəbul edir, elm ilə qarşı izah verə bilmir.
Allahın açıqca inkar edildiyi, insanlara “Allah yaratmadı” deyə təhsil verildiyi müddətcə bəlalar, əzablar əskik olmaz. “Atalarımız mikrobdur” deyən zehniyyətlə gənclər yetişdirilsə bu gənclərin zorakılığa, kommunizmə, terrora sürüklənməsi çox asanlaşar.
Terror, təkcə əsgərlə, polislə həll edilə bilməz. Onların bir fəlsəfəsi var, bu fəlsəfəni məğlub etmədən terrorun silinməsi qeyri-mümkündür. Onlar işçilərini sən təsadüf məhsulusan, qarşındakı da təsadüf məhsuludur, öldürərək, vuruşaraq inkişaf edəcəksən deyə yetişdirir. Bu fikri yox etmədikcə, fikri olaraq əsassızlığını elmi dəlillərlə ortaya qoymadıqca onlar zorakılıqdan əl çəkməyəcəklər.
Türkiyə incəsənət və keyfiyyətin qalası olsun. Həqiqi Avropa, Türkiyə olsun. Hər kəs qaçaraq Türkiyəyə gəlmək istəsin. Hər yerdə meyvə bağları, salxım çiçəklər, heykəllər, hovuzlar və keyfiyyət olsun. Türkiyəni həqiqi Avropa edək. Buna nail olmaq çox asandır.
Cənnətdə qədəhlər, ən gözəl süfrələr, ən gözəl musiqi, ən nəfis incəsənət var. Bu gözəlliklərin hamısı dünyada da müsəlmanlar üçün nemətdir. Rəsm əsərini, heykəli, musiqini, elmi, zənginliyi, ehtişamı, sevinci müsəlmanlar sahiblənməlidir. Bu nemətləri tərk etmələrinə dini cəhətdən heç bir ehtiyac yoxdur.
Hər yerdə Allahın ruhu var. Bir çobanyastığının, yoldakı tək bir otun içində Allahın ruhu var. O tək çobanyastığıdan Allah istəsə yeni kainat yaranar. Allah istədikdə hz. Musanın əsasını bir anda canlı ilana döndərir, istəsə saraya da döndərər.
Tək bir alma ağacındakı ağıl insanlarda yoxdur. Hər bir almanın içindəki vitamin, mineral, zülal tam tarazlıdır, qoxusu, dadı, qatılığı tam nizamlıdır. Tək bir alma çəyirdəyinin içində ağacın bütün məlumatları və gələcək nəsillərdəki bütün alma ağaclarının məlumatı kodlanmışdır. İçi sanki dünyalarla doludur.
Qadına ən mənfi təsir göstərən şey ağıl zəifliyidir. Qadının axtardığı ağıl, iman, dərinlik və ehtirasdır. Dərin düşünə bilməyən, nə dediyini bilməyən, ağlı zəif birini gördükdə qadın sevib bağlana bilməz. Beyni qapanar, özünü zorlasa da sevə bilməz.
Hər şeyi təsadüflə izah etməyə çalışan darvinizm elm deyil. Təsadüfün elmdə yeri yoxdur. Darvinizm batil şumer əfsanəsidir.
İmansız gənclik xəstə olur. Allah insanları imanla normal yaşayacaq şəkildə yaradıb. İman olmadıqda həm ağıl, həm orqanizm sağlamlığı problemli olur.
İnsanın qəzəblənməyi özünə yaraşdıra bilməməsi və gülünc hesab etməsi lazımdır. Qəzəbi ciddi hesab etməsi qəribə haldır. İnsanın özünü o qədər itirəcəyi bir mövzu ola bilməz. Qəzəb mühakimənin pozulmasına səbəb olar. Bu, qəzəbin qabaqcadan bəlasıdır. İnsanın dərisini, ağlını, saçını, bütün qabiliyyətlərini öldürər. Qəzəbin şeytani şəhvəti var. Bu ziyan verici şəhvətə qapılmamaq lazımdır. Allah müsəlmanları qəzəbdən çəkindirir.