Darvinizmə, materializmə qarşı, xüsusilə, çox güclü mübarizə aparmaq, Marksist, Darvinist düşüncənin səhv olduğunu isbatlamaq, elmlə, ağılla və sevgi ilə mübarizə aparmaq çox vacib bir məsələdir.
Kürd bacı-qardaşlarımız çox qiymətli, dindar, mükəmməl insanlardır. Onların can və mal təhlükəsizliyini qorumaq hamımızın vəzifəsidir. Onların sülh və sakitlik içində yaşamasına Allah hamımızı vəsilə etsin.
Allah Kürd bacı-qardaşlarımızı fitnədən, dəccaliyyətin şərindən qorusun. Dinsizlik, imansızlıq şərindən qorusun. Allah Allah sevgisi, peyğəmbər sevgisi, o gözəl bölgədə gözəl bacı- qardaşlarımızla azad olaraq sevinc içində yaşamalarını nəsib etsin.
Kürd bacı-qardaşlarımız alicənab, hörmətə layiq insanlardır. Çox əziyyət, iztirab çəkdilər. Onları çox gözəl bir dünya gözləyir, inşaAllah. Ucsuz-bucaqsız bölgədə, son dərəcədə azad və rahat yaşayacaqlar, inşaAllah.
İslam Birliyi üçün müsəlmanların sayı―şüurlu müsəlmanların sayı kafidir. Təkcə müsəlmanlar bunu istəməlidirlər. İstəmələri üçün də dayanmadan xatırlatmaq lazımdır.
Dünya kommunizmə qarşı, onları ürəyindən vuracaq mübarizə üsulu elmi işdir. Mehdiyyətin üsulu də budur. Anti-Darvinist, anti-materialist, anti-kommunist, anti-Leninist elmi iş onları iflic edəcək. Bütün güclərini yox edər.
Edisonnun tapdığını Allah yaradıb. O tapılanı ona göstərən Allahdır. Buna görə Edisonun bacardığı başqa bir şey yoxdur. Edisonun tapdığını Allah yaratdığına görə, yerini də ona Allah bildirdiyinə görə Edison yalnız vəsilədir.
Sevgini hiss etməyəndə qadın özünü unudur. Nə özünə baxmaq, nə də gözəl olmaq istəyir.
Qadın sevgi ilə, imanla gözəlləşir.
Qadın sevilmirsə, onu sevəcək, bəyənəcək kimsə yoxdursa, həyatdan küsür.
Səudiyyə Ərəbistanında dinsizlik daha da sürətlə yayılır. Çünki insan fitrətinə zidd şəkildə yaşayırlar. Xanımlar tək gözlə baxır, min bir cür xurafat var.
Səhv mühafizəkarlıq anlayışı və bu mühafizəkarlıq anlayışının tətbiqi ilə din yayılmaz.
İsraildə dindarlığın inkişafına bizim böyük təsirimiz oldu. Çünki orada da Darvinizm hakim idi. Darvinizmə qarşı heç kim çıxa bilmirdi. İbrani dilində Darvinizmi məhv edən əsərlərimizi payladıq, yığıncaqlar keçirdik. İndi İsraildə də gənclər sürətlə dinə dönməyə başladılar.
Quran həqiqətlərini elmi olaraq şərh etməyimiz, sənədlərlə, fotoşəkillərlə sübut etməyimiz gənclərin Quranı daha rahat açıqlamalarına səbəb oldu. Daha sonra böyük bir coşğu yarandı.
Dünyanın hər yerində ciddi şəkildə canlanma oldu. Xüsusilə, Darvinizmi, materializmi əzməyimiz dini izah etməkdə çətinlik çəkən gənclərə bir asanlıq verdi. Daha əvvəl Darvinizm məsələsində məğlub olduqları üçün dini izah edə bilmirdilər. Təkcə dindarlıqlarını gizlədə bilirdilər. Amma sonra Darvinizm əzildi və yol sonuna qədər açıldı.
Bizim səylərimiz nəticəsində dekolte xanımlar da artıq namazlarını qılmağa başladılar, İslamla əlaqə qurdular. Qısa geyinən xanımlar da İslamı səmimi olaraq yaşamağa başladılar. Müasir gənclər İslamı yaşamağa başladılar.
Etdiyimiz təbliğlər Türkiyədə və bütün dünyada çox ciddi dəyişikliklərə səbəb oldu. ELİT TƏBƏQƏNİN DİN İLƏ TANIŞ OLMASINA BİZ VƏSİLƏ OLDUQ.
Kommunizmi yox edən məlumata, təchizata sahibik. Marksist, Darvinist düşüncəni yox edən hər cür dəlili izah edirik. Bu, dünya miqyasında izah edilsə, bütün dünyada dəhşətli qarışıqlıq, kommunist çaxnaşması yaranar və məsələ kökündən həll olar.
Mehdiyyətdən başqa bir üsul qurtarmaz. Böyük sevgi ilə, şəfqətlə, mərhəmətlə, dostluqla bu problem bitər. Yoxsa hərbi güclə, silahla, siyasi yollarla nəticə almaq mümkün deyildir.
İsraillə, İraqla aramızı yaxşılaşdıraq. Aradakı lazımsız problemləri həll edək. İsraillə ittifaq kommunizmə qarşı ittifaqdır, hal-hazırda bu kommunist hərəkata qarşı məqsədəuyğun bir hərəkət olar.
Kommunistlər PKK hərəkatının Mehdiyyət ilə həll olunacağını bildikləri üçün də Mehdiyyəti aradan qaldırmağa çalışırlar.