Darvinizm İslam ölkələrinin hamısında dövlət məktəblərində məcburi təhsil çərçivəsində gənclərə öyrədilir. Əksini də heç kim edə bilmir. Minlərlə illik dünya tarixində haşa Allaha meydan oxuyan, Allaha baş qaldıran belə bir inanc heç vaxt mövcud olmadı. Demək olar ki, hal-hazırda dünya əhalisinin 99%-i darvinizm ilə Allaha meydan oxuyur, haşa.
Müsəlmanlar Mehdi (ə.s) olmadan birləşə bilməzlər.
Mehdi (ə.s)-a qarşı olduqda Allah bəlanı min dəfə daha artırar. Allah bütün İslam aləmini məhv edir, qırıb dağıdır. Mehdi (ə.s)-ı qəbul etsələr, həmin gün hər yer nurla dolar. Əsas məqam Mehdi (ə.s)-dır.
İslam aləminin birləşməsi demək, dünyada cənnət var deməkdir. Sırf İranla Türkiyə birləşsə belə İslam dini rahatlıqla və sürətlə dünyaya hakim olar. Amma məzhəb ayrımı olmamalı və çox səmimi bir sevgi olmalıdır.
Heç bir dinin qarşısını almaq doğru deyil. Yayılsın qardaşım. Xristian xristianlığı yaysın, yəhudi yəhudiliyi yaysın, müsəlman müsəlmanlığı yaysın. Yetər ki, dindar olsun cəmiyyətlər. Əvvəlcə dindarlığın qəbul edilməsi çox əhəmiyyətlidir.
Qatı dinçilər insanlara həmişə; “ayıbdır, günahdır” deyərək həyatı cəhənnəmə çevirmişlər. Bunun nəticəsində, içinə qapalı, şizofreniyalı cəmiyyətlər meydana gəlir. İnsanlar xəstə olur.
Kürd qardaşlarımız vətənini, dövlətini, millətini şövqlə sevir. Əsgərlərə çox məhəbbət bəsləyərlər. Hamısı Allahdan qorxan, vicdanlı insanlardır. Onlar kommunistlərin cərgəsində olmazlar. Stalinistlərin, anarxistlərin cərgəsində olmazlar.
Kürdlər bir millət kimi mübarək insanlardır, iztirabın içindən gələn insanlardır. Acı çəkən insan çox alicənab olar. Sevgini yaxşı başa düşər, nəzakəti yaxşı anlayar. Mən kürd qardaşlarımızı kommunistlərin əlinə təslim etmərəm.
PKK həmişə yalan danışar. Yalan, kommunist təbliğatda çox əhəmiyyətli bir mövzudur. Kommunist yalanı ən pis yalanlardandır.
Hz. Süleyman (ə.s)-ın Allah ilə daimi, sıx və çox ağıllı bir əlaqəsi var. Bu çox əhəmiyyətlidir. Allahı heç vaxt unutmur. Bir dəqiqə, bir saniyə belə unutmur.
Heç kim Məscidi Əqsaya toxuna bilməz. Məscidi Əqsa bir dəfə dağılacaq, o da qiyamətdə. Bundan başqa nə insan, nə də cin heç nə edə bilməz.
Bu dünya həmişə müsbət-mənfidir. Məsələn, gecə-gündüz yaradılır, yaxşı-pis, gözəl qoxu-pis qoxu, yaxşı yemək-pis yemək, qorxu-təhlükəsizlik, hər şey öz ziddi ilə birlikdə yaradılır. Cənnətdə elə deyil, hər şey birtərəflidir, hər şey müsbətdir.
Cənnətdə tərs insan yoxdur, tərslik edən, nəzakətsizlik edən, tamahkar bir insan yoxdur. Qəzəb, qorxu bunların heç biri yoxdur.
Sənin mədəniyyətin, məlumatın çərçivəsində, xoşladığın, etməyi arzuladığın nə varsa, nədən xoşun gəlirsə cənnətdə vardır. Məsələn, bəziləri avtomobil yarışını xoşlayar, bəziləri gəmi yarışını xoşlayar, bəziləri üzməyi xoşlayar, bəziləri də şəkil çəkməyi xoşlayar.
Bəziləri təəccüblənir; "Cənnətdə yarış avtomobili necə ola bilər?" yaxud da "Kinoteatr necə ola bilər?". Bu nemətlər onsuz da sənə bir nümunə kimi, bu dünyada bilərəkdən təqdim edilir, tanıdılır.
Yarış, Peyğəmbərimiz (s.ə.v)-in məqbul gördüyü, dinin də məqbul gördüyü bir şeydir. Cənnətdə də var; möminlər yarışla əylənirlər. Əylənmək üçün avtomobil yarışı keçirir, qayıq yarışı keçirir, yaxud qaçır, atla yarış keçirir.
Kiçik yaşda ölən uşaqlar cənnətdə vildan (yeni doğulmuş uşaq) kimi qalarlar. Orada qaçırlar, əylənirlər, qışqırıb-çığırırlar, oyunlar oynayırlar.
Allah cənnət əhlinə, istədiyi an təcəlli edərək görünəcək. Bir rəvayətdə; "cümə günləri görünər" deyə bildirilir, amma digər rəvayətlərdən də təcəllisinin tez-tez görünəcəyi aydın olur və möminlərin cənnətdə ən zövq aldıqları nemətin bu olduğu bildirilir.
Abdullah Öcalan heç vaxt silahların yerə qoyulmasını istəməz. Ən başda özü əzilər. Onu adam yerinə qoymazlar. Belə bir vəziyyətdə PKK hərəkatı tamamilə yox olar.
Din dərsində xristianlıq, yəhudilik, müsəlmanlıq izah edilməlidir. Şiəlik, ələvilik, bektaşilik hamısı izah edilməlidir. Bu ümumi mədəniyyətdir.
Ələvilər çox ağıllı insanlardır. Onlar yetkinliyin, dərinliyin ustadlarıdır. Ələvidən kommunist çıxmaz. Ələvi Allah aşiqidir, arifdir. Buna görə də oyuna gəlməz, Ələvi yüksək şəxsiyyətlidir.