Darvinizm bütün fəlakətlərin, bu sevgisiz ölü dünyanın əsas dini və fəlsəfi zəminidir. Bu qaranlıq bataqlıq, qurudulmadan insanlar xilas ola bilməz.
Mehdi camaatından çıxan bacarıqlı münafiqdir və bu münafiqlər dəccal nümunəsidir. Hədisdə 30-a qədər dəccal çıxacağı bildirilib. Şeytan şeytanla asan əlaqə yaradar. Bacarıqlı münafiqlər də dərin dövlətinin izini tapmaqda sanki it kimi izi göstərər.
Allah axirətdə təkcə Qurandan məsul olduğumuzu və Quranın kafi olduğunu bildirmişdir. Dinin asan olduğunu bildirən Allahdır. Allah; "dilinizin uydurduğu yalandan ötrü ona halal, buna haram deməyin" deyə buyurur.
Şagirdlərin imtahan stresinə salınması çox yanlışdır. Təhsilin uşaq üçün əyləncə olması lazımdır. Hər şeyi sevinclə öyrənmələri doğru olar. Uşaqları istifadə etməyəcəkləri məlumatlarla doldurmaq deyil, onlara istifadə edəcəkləri məlumatları öyrətmək lazımdır. Uşaq təhsilin faydasını görərək öyrənməlidir. Məktəblərdəki təhsildə ümumi biliyin üstün olması lazımdır. Ən başdan etibarən qabiliyyətlərinə əsasən qruplaşdırılmaları faydalı olar.
Bir insanın dürüstlüyü həmən anlaşılar. Səmimiyyətsiz insanın üslubu necə dərhal görünürsə, dürüst insanın keyfiyyəti də dərhal görünər.
Qəlb oxşayan, kabil-i xitab (təmas qurula bilən) olduğunu göstərən olmaq əhəmiyyətlidir. İnsanlara yuxarıdan-aşağı baxan, əsəbi insanların təbliğ etməsi təsiredici olmaz.
Münafiqlər və küfr əhli dünyanın hər yerində fitnə törədərkən, İslam aləminin hər yerində qan axarkən, müsəlmanlar bir-biri ilə mübarizə aparmamalıdırlar.
Hədisdə, hz. Mehdi vəsiləsi ilə sevgisizlik və səmimiyyətsizlik fitnəsinin bitəcəyi bildirilib. Mehdi sevgi və səmimiyyət müəllimidir.
Müsəlmanlar bir-birlərinə qarşı sevgi dolu olmalı və bir-birləri ilə mübarizə aparmamalıdır. Mömin enerjisini küfr əhli ilə elmi mübarizə aparmağa sərf edər.
Mömin həmişə əfv edən olmalıdır. Allah əfv edəndir. Mömin də qardaşının tövbə edib düzəlməsinə sevinər.
İnsanları qazanmağa çalışmaq əhəmiyyətlidir. Hər insan səhv edə bilər, insanlara səhvini düzəltmə imkanı vermək lazımdır.
CHP xalqı sevgi ilə qucaqlasa, solun ən sağına gəlsə, radikal solun jarqonunu tamamilə tərk etsə, çox müvəffəqiyyətli partiya olar.
İmam Rəbbani, hz. Mehdi zühur etdiyi zaman fiqh alimlərinin ona düşmən olacağını söyləmişdir. “Bu şəxs dinimizi dəyişdirir” deyəcəklər.
Allah heyvanları şəfqətimizi çox təhrik edəcək şəkildə yaradır. Hamısı çox gözəl, hamısı çox sevimlidir. Bu, Allahın çox gözəl nemətidir.
Qurana möhkəm sarılmaq, Allahın hökmlərinə Allah sevgisi ilə güclü bağla sarılmaq insanın ruhən və bədən cəhətdən güclü olmasını təmin edər.
Mömin israrla özünü səthi olmaqdan, alçaqlıqdan qoruyar. Səthi insanların güldükləri şeylər çox keyfiyyətsizdir. Nəcib insan səthilikdən uzaq dayanar. Səthiliyə səthi olaraq qarşılıq vermək müsəlmana yaraşmaz. Müsəlmanın hər rəftarının nəcib olması lazımdır.
İnsanın həmişə özünü inkişaf etdirməsi əhəmiyyətlidir. Mömin Quranla, İslamla özünü təmizləməli, səthi olmaqdan, adilikdən xilas olmalıdır.
Dostlarım Allahı çox sevən, Allahdan qorxan, sevgini, mərhəməti bilən, nəzakətli, keyfiyyətli insanlardır. Bir çox insan dostluğumuzu qısqanır. Bizim dostluğumuzu qısqananlar öz cəhənnəm kimi dünyalarından qəzəblə bizi izləyirlər, biz öz cənnət kimi dünyamızda yaşayırıq.
Dəccaliyyət hər gün dünya səviyyəsində sevgisizliyi təlqin edir. Biz də bunu hər gün ilahi müsbət enerji ilə elmi yolla yox edirik. Dəccaliyyətin sevgisizliklə insanları fəlakətə cəzb edən fəaliyyətinə qarşı biz hər gün sevgidən bəhs edərək fəlakəti dayandırmağa çalışırıq.
Kainatın mövcud olma məqsədi sevgidir. Sevgi olmadıqda həyatın məqsədi aradan qalxar, sevgi olmadıqda fəlakət gələr.
İnsan nəzarətsiz buraxılmayıb. Allah hər an hər insanın qəlbinə, vicdanına doğrunu vəhy edər. Bu, insanlar üçün çox böyük nemətdir. Səmimiyyət insanın Allahın vicdanına vəhy etdiyinə tabe olması, bu ilhamı eşitməməzlikdən gəlməməsidir.