Darvinistlər bir şeyi izah etdikləri zaman Allah onlara onu etdirir. Özü edə bilməz. Beyninə hazır məlumat axır, yalnız onu söyləyir. Ondan kənar bir şey söyləyə bilməz. Nə ondan artığını, nə də əskiyini, tam doğrunu söyləyər.
Hər elm adamı beyninin içindəki elektron mikroskopuna baxar. Çöldəki elektron mikroskopla əlaqəsi yoxdur. Beynindəki kəşfi edər. Allah o kəşfi ona verər, o da ona veriləni tapar.
DÜNYA çox keyfiyyətli yuxudur. ŞÜURU AÇIQ ŞƏKİLDƏ YUXU GÖRÜRÜK. Diqqətlə baxsanız, başa düşərsiniz: beynimizin içindəki görüntünü seyr edirik.
Müsəlman kədərlənməz. Kədərlənmək Qurana zidd, səhv davranışdır, şirk qoşmuş olursan.
Xristianlarla ittifaq etdikdən sonra, xristianların səhv üçləmə inanclarının düzəlməsi ilə İslam dünyaya hakim olacaq.
Allah əbədidir. Allah möminləri də əbədi edir. Başlanğıcı var, sonu yoxdur. Mömin Allahın ruhunu daşıyır. ALLAHIN RUHUNUU DAŞIYANIN SONUNCU OLMASI MÜMKÜN DEYİL.
Müsəlmanlara müjdə vermək çox əhəmiyyətlidir. Mehdiyyətlə, İsa Məsihin zühuru, İslam Birliyi ilə, cənnətlə, Allahın razılığı ilə müjdələmək lazımdır.
Allah qorxusu olmasa, insanda ağıl qalmaz.
Allah qorxusunun olmaması sevgini, şəfqəti, ağlın bütün dərinliyini yox etmiş olar.
DÜNYADAKI ÇIXIŞ YOLU QURANIN YETƏRLİ OLDUĞUNUN QƏBUL EDİLMƏSİDİR. Quranın yetərli olduğu qəbul edilmədiyi üçün dünyada bu qədər qarışıqlıq, məzhəb, icma, əzab, döyüşlər var. Əgər Quranın yetərli olduğu qəbul edilsə, Quranın dili səmimi başa düşülsə, heç bir problem qalmaz.
MEHDİ (Ə.S) İSBAT İNSANIDIR. ÇÜNKİ ADINDAN GÖRÜNÜR:"HÜCCƏTULLAH". Dəlillə iş görər. Allahın hüccətidir, dəlili vardır. Hər yerdə dəlillə, faktla izah edəcək. Elə dəlillər təqdim edəcək ki, qarşısına çıxanlar sanki iflic olacaq, danışmağa halları qalmayacaq, inşaAllah.
Mehdiyyət dövründə digər müqəddəs əmanətlər də tapılacaq. O zaman ən kiçik tərəddüd belə olmadan hər şey isbatlanaraq xalqa açıqlanacaq.
BÜTÜN AĞILSIZ TİPLƏR DƏCCALA TABE OLURLAR.
Allah fitnə-fəsad, anarxiya, terror, mərhəmətsizlik, rüsvayçılıq, yalançılıq, saxtakarlıq edənlərin işini düzəltməz. Düzəltməz dedikdə, yəni müvəffəqiyyətli etməz. Xeyli çalışar, cəhd göztərərlər. Məsələn, Darvinistlər 100 il çalışdılar, sonra nə oldu? Hz. Davudun daşı kimi Dəccalın gözünə sapandla bir daş atdıq, kor gözünü çıxardıq. Darmadağın oldu. Bir daşla çökdürdük.
Əvvəl dəccal hərəkətə keçir. Əgər Mehdiyyət hərəkətə keçsə, onda qarşısında mübarizə aparacağı bir qüvvə olmaz. Əvvəlcə qum torbası olmalıdır, Mehdiyyət də onu döyməlidir. Buna görə də biz istəyirik ki, darvinistləri, materialistləri, kommunistləri elmlə, zəka ilə, ağılla məhv edək.
Dəccaliyyət hal-hazırda elm adamları ilə zərbə endirir. Saxta elmlə mübarizə aparır. Firon dövründə necə idi? Bütün ölkəyə hakim olmuş elm adamları var idi, lakin saxta elmlə xalqı aldadırdılar. Cadugərlər xalqa cadu edirdilər.
Ağılın yolu birdir. Quranla, İslamla, ağılla, sevgi ilə, məhəbbətlə həll yolu tapaq. Mehdiyyətlə nəticə gözəl olacaq. İntiqam ruhu ilə davranılsa qarşı tərəf daha da şiddətli dərəcədə intiqam almağa çalışar . Belə olmaz.
Qanla heç bir nəticə almaq olmaz. Sülhlə, sevgi ilə, dostluqla, mehribanlıqla, yaxşılıqla, Allah qorxusu və Allah sevgisi ilə məqsədə çatmaq olar.
Allah ayədə belə buyurur: "Yeddi göyün qatı, yer və onların arasında olanlar dayanmadan Onu zikr edirlər. Elə bir şey yoxdur ki, həmd ilə Onu zikr etməsin, lakin siz onların zikrini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır." (İsra Surəsi, 44). Deməli, ATOMLAR DAYANMADAN ALLAH-ALLAH DEYİR. Təsbih edirlər. Orada bir səs, o dönüşdə mütləq səs çıxarar. Dönərkən mütləq səs çıxarar. Onsuz da biz onu eşidə bilmirik. Eləcədə zikrlərini eşitmirik.
Bütün atomlar canlıdır. Canlı olduqları üçün də dayanmadan hərəkət edirlər. Hər biri Allahın əmrinə uyğun hərəkət edərlər, həmçinin, atomlar çox ağıllıdırlar. Diqqət etsəniz neytronların, protonların hərəkətlərində heç bir qarışıqlıq olmaz.
Xurafatçıların dəstəsi bütün güclər ilə Mehdiyyətə maneə törətməyə çalışırlar. Buna baxmayaraq Mehdiyyət bütün möhtəşəmliyi, gözəlliyi ilə İslama axmağa davam edir. Bütün əlamətlər çıxır.