Darvinist, materialist təhsil davam etdikcə məmləkətin üzərindəki uğursuzluq, bərəkətsizlik getməz. Allah əsirgəsin.
Müsəlman ağılın ən yaxşısını əldə etmək üçün Allahdan onu istəyəcək və itkin əşya olaraq onu axtaracaq.
Ərəb Baharının mənşəyi Darvinizmin yıxılmasıdır. Ərəb Baharı, bir ideoloji məğlubiyyətin üzərində qurulmuşdur. Ərəb ölkələrindəki sosialist hökumətlər ideoloji olaraq məğlub oldu. Liviya, Mərakeş, Tunis, Əlcəzair, Misir hamısı ideoloji olaraq məğlub oldular.
Ərəb Baharı deyilən hadisə Darvinizmin yıxılması ilə başladı. Oradakı rejimlərin gücü qalmadı. Yəni bütün Ərəb ölkələrində sosialist, kommunist rejimlər vardı. Darvinizmin yıxılması ilə xalq oyandı. O işdən sonra oradakı rejimlərin mənəvi gücü qalmadı. Xalqlar onlardan tezliklə xilas olmaq istədilər.
Hz. Mehdi (ə.s) Hatəmə Vəlidir. Son vəli, hatəm gəlir artıq vilayətə. Son gələcək ən böyük vəlidir hz. Mehdi (ə.s). Hz. Mehdi (ə.s)-dan sonra yoxdur. İsa Məsih ilə birlikdə zühur edəcəklər, eyni dövrdə zühur edirlər. Hal-hazırda hz. Mehdi (ə.s) da gəlmişdir, İsa Məsih də gəlmişdir. Hər ikisi də vəzifədədir.
Firon və Nəmruda təbliğ edildiyini gördükləri halda, "Massonlara təbliğ edilməsin" deyənlər var. Allah hz. Musa (ə.s)-a, Firona qarşı belə "Həlim ol" deyir, "Mülayim söz söylə" deyir. Massonlara qarşı kəskin bir üslub istifadə edilib, tərs davranılıb getmələrini istəyirlər. Olmaz. Bu, İslama uyğun deyil.
İnsanlar məlumatı, olduqca çox alsınlar. Nə qədər məlumatlı olsa o qədər yaxşı olar. Orada ədalətli olmaq deyə bir mövzu olmaz. O, ədalətli olmamaq olar. Bir insanın ədalət adına məlumat almasını məhdudlaşdırsan, ədalətlilik adına, ədalətli olmamış bir rəftar edirsən. Bu çox böyük bir səhv və çox böyük bir yanlışlıqdır, ədalətli istifadə haqqı. Onu aradan qaldırsınlar.
Bir insan internetə iyirmi dörd saat girə bilər. Girsin, gecə-gündüz oxusun. Gecə-gündüz məlumatlansın. Gecə-gündüz araşdırsınlar. Ədalətli istifadə! Bu içki içmir ki, məlumat alır. Məlumat alan adama, "Bu ədalətli deyil, çox-çox məlumatlandın. Sən başqasının haqqını yeyirsən " deyə bilərikmi?
Dövlət dünyanın ən böyük kitabxanası, ən böyük universiteti olan interneti ucuz və asan hala gətirsin. Necə ki, ibtidai məktəbə gedərkən pul vermirik, orta məktəbdə, liseydə pul vermiriksə, internetə də pul verməyək. Simvolik olsun ki, on lirə də az pul deyil.
Baş nazirimizdən, internetə qoyulan məhdudiyyətin aradan qaldırmasını istəyirik. Dünyanın ən böyük ensiklopediyası internetdir. Ən böyük ensiklopediyanın qapısını dövlət bağlamış olar o zaman. Dövlət dünyanın ən böyük universitetinin qapısını açsın. Millətimiz rahat şəkildə keçsin. On lirə verən universitetin qapısından içəri girsin.
2013-14-ci illərdə Darvinizmin heç “D”-si qalmaz. 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021də Allahu əkbər, mövzu bitir, inşaAllah. Elmlə, mədəniyyətlə, sevgi ilə, söhbətlə inşaAllah nəticələndirəcəyik.
Zülalın olması bir uşağın doğumu kimidir. Mütləq bir anaya ehtiyacı vardır. Yəni bir hüceyrəyə ehtiyac vardır. Hüceyrə olmadan zülal olmur. Yəni bir zülalın olması üçün bir başqa zülala ehtiyac vardır. Bu nədir? Praktikada sıfır, yəni mümkün deyil mənasını verir.
Bir zülal son dərəcə həssas, bağ kimi hörülmüş quruluşa malikdir. Yəni bir divar boyu bir sxem düşünün; a, b, c, d, e, f, g hərfləri. Bir dənə hərf oynadığında şiddətli zəhərə çevrilir.
Zülalların təsadüfən meydana gələ bilməyəcəyini Türkiyədə, şagirdlər bilmir hal-hazırda. Gənclər 450- 500 milyon qalıq olduğunu bilmirlər və hamısı yaradılışı isbat edən mahiyyətdə dəlillərdir. Bunu dövlətin izah etməsi lazımdır.
Cənnətdə hurilər ən gözəl səsləri ilə mahnı oxuyurlar. Eşidən məst olar deyir peyğəmbərimiz (s.ə.v). Özünü itirir o hurilərin gözəl səsindən. Buradakı ən gözəl sənətçidən milyon dəfə daha gözəl səsləri, müqayisə etmək olmaz.
Əylənərik, gülərik, namazımızı da qılarıq, oruc da tutarıq, Allaha yalvararıq. Eşqlə, şövqlə oynayarıq amma ürəyimiz həmişə Allahladır. inşaAllah. Məqsəd nə? Dünyanı da cənnət kimi etmək. Cənnətdə ağaclar, quşlar belə oynayır.
Müsəlmanlığı rahib həyatı kimi görmək istəyirlər. Rahibliyə çox etina edirlər. Onlar kimi yaşamaq istəyirlər. Olmaz. Müsəlmanlıq sevinc, nəşə, coşğu, huşu, sevgi, mərhəmət və gözəl olan hər şeydir.
Müsəlmanların qanuni sevincini örtməyə qalxsan İslama zərər vermiş olarsan.
İsa Məsih vəzifədə, Mehdi (ə.s) vəzifədə, Xızır (ə.s) vəzifədədir. Hər kəs könlünü rahat tutsun, dinc olsun. Allaha güvənsinlər.
Allah hər şeyi xeyirlə bitirər. Tənqid edəni də Allah yaradır, tənqid edən də özündən tənqid etmir. O da lazımdır, o da bir zəmanətdir, gözəllikdir.
Tək cəmiyyət, tək fikir, tək düşüncə, tək hakimiyyət; o zaman zənginlik olmaz. Fikir zənginliyi olmalıdır, düşüncə zənginliyi olmalıdır.