Darvinist, materialist sistemi çökdürsələr, Türkiyənin ən böyük qələbəsi olar; dünya səviyyəsində bir qələbə olar. Çünki darvinizm Allaha meydan oxuyan fikri sistemdir, haşa. Dünya tarixində Allahı inkar edən bu cür böyük şirk sistemi qurulmadı. 10 min illik dünya tarixində belə bir şey olmayıb.
Şəhidi yumazlar. Onu, al-qan içindəki forması ilə dəfn edərlər. Orkestrlə deyil, təşrik təkbirləriylə, salavatlar gətirərək dəfn edərlər.
Əvvəla əxlaq xüsusiyyəti olaraq, qız uşaqlarına hər yerdə sahib çıxılmalıdır, hər yerdə insanlar onları sevməlidir. Qəribə bir vəhşilik yaşanmağa davam edir. Onların xoşbəxt olması, dünyanın xoşbəxt olması deməkdir. Onların sevilməsi, dünyanın sevilməsi deməkdir. Onlar xoşbəxt olmadıqca, dünya da xoşbəxt olmur.
"Mehdi gəlməyəcək" deyən bir insan, bununla Mehdi (ə.s)-ın gəlişi üçün zəmin hazırladığından xəbərsiz olur.
Küfr, üsyan və dəlalət, bunlar yer üzündən silinməli murdarlıqdır. Allah ayədə hökmünü açıq şəkildə bildirərək; "yer üzündə fitnə qalmayana qədər onlarla mübarizə aparın" deyir. Allah: “Küfr müvəffəqiyyət qazanmaz” deyir. O: “Mən küfrü yox edərəm, siz yalnız səbəbə sarılın” deyir.
PKK-nın qəhr və pərişan edilməsi hamıya fərzdir. Hamısı qanun və hüquqla qulaqlarından tutulub həbsə atılacaq.
Quran təhsili və iman həqiqətləri vasitəsilə, imanlı və milli gənclik yetişdirilməlidir. Şüurlu, milli düşüncəni müdafiə edən, milli ağılı, milli şüuru yaxşı bilən gənclər yetişdirilməlidir. “Milli şüur” dərsi keçirilə bilər. Bu dərsdə darvinizm və kommunizmin əsassızlığından bəhs edilə bilər.
Dövlət darvinizmi gecə-gündüz orta məktəblərdə, liseylərdə və universitetlərdə öyrətməyə davam etsə, körpə beyinlərə; "siz təsadüfən palçıqlı sulardan yarandınız, atanız mikrobdur, mikrob soxulcana çevrildi, soxulcan da qurbağaya çevrildi, qurbağa da primata çevrildi, primat da meymuna çevrildi, meymun da insana çevrildi" desən hər yer kommunistlərlə dolar. Öhdəsindən gələ bilməzsən.
PKK-dan mehdiyyət vəsiləsiylə qurtulmaq olar. Bölgədəki radikal təşkilatlardan mehdiyyət vəsiləsiylə qurtulmaq olar. Çünki hamısı fikri sistemlərdir. Buna görə də hamısı fikirlə həll olar. Hal-hazırda dünyadakı ən üstün, ən yüksək, ən uca, ən əzilməz və yenilməz fikir mehdiyyətdir.
Allah can verəcək şəkildə sevilməyi istəyər. Allah buna görə şəhidləri çox sevir. Çünki Allah üçün canlarını verirlər. Tam aşiq xüsusiyyətidir. Amma Allah sevilmədiyi təqdirdə intiqam ala bilər. Dəhşət meydana gətirərəm, meydana gələn dəhşətdən də qorxmaram deyir. "Məni sevin, Mən də sizi sevəcəyəm" deyir. Nə gözəl bir təklif, nə gözəl bir qarşılıq.
Allah aşiqdir, eşqi sevər. Eşqi tapa bilmədiyi təqdirdə, çox pis intiqam alar. Allah eşqinə xəyanət edilməsini istəməz. Bu insanın ruhunda da var. Allah: “Mən sevgi istəyirəm” deyir. “Məni dəli kimi sevməyinizi istəyirəm” deyir. “Mən də eşqlə sevəcəyəm, siz də Məni eşqlə sevəcəksiniz” deyir. “Amma sevməsəniz hər aşiq kimi, canınızı acıdaram” deyir. Allah da intiqam alır. Bu Allaha yaraşar, Onun gözəlliyinə yaraşar.
Hilal da, xaç da, hər ikisi də Allahı sevən, Allaha qul olmaq üçün səy göstərən birliklərdir, döyüşmürlər də. Niyə döyüşsünlər? Hilal ilə xaç Axırzamanda ittifaq quracaq, İslamı dünyaya hakim edəcəklər.
Silah, bomba şeytanın hiyləsidir. Şeytan həmişə qan istəyir. Şeytanın əsas xüsusiyyəti qandır. Qanla qidalanır. İnsan qanına doymaz. Bildiyiniz kimi, əvvəlcə Adəmin oğullarına bu cür hiylə qurdu. Allah Habil-Qabil hekayəsində bildirir. Qardaşını şəhid etdi, onun qanını axıtdı. Baxın; "nəfsi bunu xoş qarşıladı" deyir. Bu şeytanın təsiriylə olar.
"Fikrini bəyənmirəm, bombalayacağam" deyir, belə şey olmaz. Danışarsan, qəbul etmirsə etməsin. Qəbul etsə də, nə gözəl, nə xoş olar. Dində məcburiyyət yoxdur. İnsanları bombayla, silahla yola gətirmək üsulu yoxdur.
Türkiyənin bölünməsinə icazə vermək nə deməkdir? Bütün İslam aləmini yox etmək, türklük aləmini yox etmək deməkdir. Belə şey olsa, dəli olarıq, havalanarıq. Buna heç vaxt icazə vermərik. Qanun və hüquqla lazım gələni edərik.
Musiqi də olmalıdır, əylənməlisən də, gülməlisən də. Əks təqdirdə fitrətin pozular, tarazlığın pozular. Allah qorusun xəstə olarsan, fitrətini pozma. Şən ol, sevincli ol, əylən, gül, oyna. Allah səni elə yaratmışdır. İçinə qapanırsan, xəstə olarsan, sağlığın gedər, düşünmə gücün itər. İslamı da yaşaya bilməzsən.
Mehdiyyəti dayandırmaq, İslam Birliyini dayandırmaq üçün bütün hocaları ayağa qaldırdılar. Hamısı xorla; "Mehdi (ə.s) gəlməyəcək, İsa (ə.s) gəlməyəcək, İslam Birliyi olmayacaq" deməklə eyni şeyi söyləyirlər. Guya müsəlmanların şövqlərini yox edəcəklər. Sizin "gəlməyəcək" deməyiniz, onsuz da Mehdi (ə.s)-ın çıxış əlamətidir.
PKK hal-hazırda ABŞ-a güvənir. Halbuki Amerika dərin dövlətinin onları tapdalayacağı bəllidir. Bunu bir çox ölkədə etdi; həmişə kommunist qrupları dəstəklədi, sonra da faciəvi şəkildə başlarını əzdi. Bunlar da eyni ağılsızlığa yol verirlər.
Allah onsuz da cənnəti yaratmışdır, "hal-hazırda mövcuddur" deyir və siz orada yaşayırsınız deyir. Allah bunu xəyali bir şey olaraq söyləmir. “Hal-hazırda var” deyir. Zaman ölçüsündən ötrü görə bilmirik.
Mömin Allahın sözünə güvənər. Allah; "Mən sözümdən dönmərəm. Əgər siz səmimi olsanız, mömin olsanız sizi cənnətimə qoyacağam" deyir. Mömin "Bəlkə də" deyə bilməz.
Əgər yaxşı şəkildə fikir cəmləşsə, iman insanda kök salar və ona çox yaxşı şəkildə aydın olar. Dünyanı yaxşı görən, onsuz da cənnəti də yaxşı görər. Buradakı sistemi qavrayan, cənnəti də çox yaxşı qavrayar.