Çiçəyə desək ki, "niyə bəzəklisən? Niyə rənglisən? Niyə rəngarəngsən? Niyə bu qədər gözəl qoxulusan?" bu nə qədər məntiqli olar? Qadından da "niyə bu qədər gözəlsən?"―deyə soruşulmaz. Çirkin olmalıdır? Təbii ki, qadınlar gözəl olmalıdırlar.
Xanımlar dekoltəni xoşlayarlar. Bəyənilməyi, gözəlliyinin təqdir edilməsini, bəzəkli olmağı xoşlayırlar. Qadınlar dünyanın bəzəyidirlər.
(A9 TV; 14 oktyabr 2013)
Adnan Oktar
-
Türkiyə daim yaxşılığa doğru gedəcək. Türkiyə böyüyəcək, Turan olacaq. Bütün İslam aləmini əhatə edəcək. Böyük Türk-İslam Birliyi meydana gələcək.
(A9 TV; 14 oktyabr 2013)
Adnan Oktar
-
Allah nə edəcəyini yaxşı bilir. Allaha mərhəmət öyrətməyə cəhd göstərməyin. İnsanlara mərhəməti, şəfqəti öyrədən Allahdır. Allah insana şəfqəti, mərhəməti öyrətməsə insan şəfqəti, mərhəməti bilməz. Allahın sənə göstərdiyi görüntü ilə Allah haqqında danışırsan. Allah sənə anbaan göstərir.
(A9 TV; 11 oktyabr 2013)
Adnan Oktar
-
Xanımlar başını, qolunu açsa xoşagəlməz hadisələr baş verər. Yox, cazibədarmış... Əgər bir insanın niyyəti xəstədirsə, ruhunda bir pozğunluq varsa, iradəsizdirsə onun üçün qadının örtülü olub olmaması fərq etməz. Uşaq olması da, qadın olması da, kişi olması da fərq etmir. Bu iman, inanc, xarakter məsələsidir.
(A9 TV; 11 oktyabr 2013)
Adnan Oktar
-
Qadınlar azad yaşamaq istəyirlər. Onlara təzyiq göstərilməməsinin vurğulanması çox əhəmiyyətlidir. Çünki kişilər dünyanın hər tərəfində azaddırlar. Heç kim onlara qarışmır.
(A9 TV; 11 oktyabr 2013)
Adnan Oktar
-
Fateh Terim qüdsi olan, mənəviyyatçı, milliyyətçi şəxsiyyəti ilə tanınan insandır. Ürəyi rahat olsun, daha da yaxşı yerlərə gəlib çıxacaq, inşaAllah. Dəyəri çox bilinəcək.
(A9 TV; 10 oktyabr 2013)
Adnan Oktar
-
İnsanlar həsədlə nəyəsə çatmazlar. Həsəd etdikcə, Allah möminlərin nemətlərini daha da çox artırar. Onların da nemətini azaldar. Getdikcə qovrularlar, özlərinə qapanarlar, çökdürər, sevgisiz, mərhəmətsiz, ürəksiz, xəstə insanlara çevrilərlər. Allah əsirgəsin.
(A9 TV; 10 oktyabr 2013)
Adnan Oktar
-
Allah ürəyi qara olanlara, mənfi xarakterli, tərs insanlara özləri kimisini nəsib edir. Möminlərə, gözəl xasiyyətli insanlara, insanları sevənlərə də, sevgi, qəlbi məhəbbətlə dolu, nur kimi insanları nəsib edir. Cənnətdə də, dünyada da belədir.
(A9 TV; 10 oktyabr 2013)
Adnan Oktar
-
Allah iman edənlərə, inananlara çox gözəl nemətlər verir. Allah iman edənlərə insan sevgisini, coşğunu, ehtirası, hər cür dərinliyi tam yaşadır.
(A9 TV; 10 oktyabr 2013)
Adnan Oktar
-
Qibtə etmək qardaşının o nemətindən məmnun olmaq, amma özünün də o nemətə qovuşmağını istəməkdir. Qısqanclıq isə ona verilmiş nemətdən o məhrum olsun, mən sahib olum deməkdir. Qibtə etmək gözəl bir şeydir, gözəl bir xasiyyətdir.
(A9 TV; 10 oktyabr 2013)
Adnan Oktar
-
Qadın Allahın dünyada yaratdığı ən böyük nemətdir. Qadın axirətdə də Allahın təcəllisindən sonra ən böyük nemət və gözəllikdir. İnsanın ruhuna xitab edən ən gözəl nemətdir. Qadınlar üçün kişi, kişilər üçün də qadın böyük nemətdir.
(A9 TV; 10 oktyabr 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) qadınlara dəyər verməyi qəbul etdirəcək. İnsanlara qadınların dəyərini bilməyi göstərəcək.
(A9 TV; 10 oktyabr 2013)
Adnan Oktar
-
Qatı dinçilər bütün Türkiyənin qatı dinçi olmasını, kommunistlər də kommunist olmasını istəyirlər. Başqalarının da onların düşüncəsində olmasını istəyirlər. Olmaz. Hər kəsi əhatə edən bir ruh, bir məntiq olmalıdır.
(A9 TV; 10 oktyabr 2013)
Adnan Oktar
-
Xoş niyyətlə yaxınlaşan, sevgini, sülhü, gözəlliyi, dostluğu, dünyanın mehribanlıq içində yaşamasını istəyən hər kəs bizimlə həmfikirdir. Elmlə, mədəniyyətlə, qardaşlıq bağı ilə dəstəkləyirik.
(A9 TV; 10 oktyabr 2013)
Adnan Oktar
-
Xanımların üzərindəki təzyiq qorxunc bir məntiqdir. Dekoltə geyinsə günah sayılır, baş örtüsü istifadə edir günah sayılır, çarşab geyinir bu da günah sayılır. Nə etsə günah sayılır. Bu da mehdiyyət dövründə aradan qalxacaq bəlalardan, xəstəliklərdən biridir.
(A9 TV; 8 oktyabr 2013)
Adnan Oktar
-
Çin darvinizmin-materializmin, ateizmin ağrı-acısını yaşayan ölkədir.
(A9 TV; 8 oktyabr 2013)
Adnan Oktar
-
Putin məhbus Greenpeace üzvlərinin sərbəst qalması üçün qanunda bir tənzimləmə etməlidir.
(A9 TV; 8 oktyabr 2013)
Adnan Oktar
-
Hər hansı bir xanımı çadralı və yaxud dekoltə olduğu üçün işdən çıxarmaq vicdana uyğun hərəkət deyil.
(A9 TV; 8 oktyabr 2013)
Adnan Oktar
-
Əvvəllər məktəblərdə uşaqlara faşist, soyuq mühit aşılanardı. Mehdiyyət dövründə təhsil sevgiyə, şəfqətə əsaslanacaq.
(A9 TV; 8 oktyabr 2013)
Adnan Oktar
-
Uşaqlara məktəbə getməyin məqsədinin yetkinlik, keyfiyyət, seçilmiş insan formalaşdırmaq, insanlarla rahat ünsiyyətə girən, keyfiyyətli vətəndaşlar yetişdirmək olduğu deyilsə, uşaqların şövqü daha da artar, daha da çox zövq alarlar.