Chatham House (Beynəlxalq İşlər üzrə Krallıq İnstitutu) İngiltərə dərin dövlətinin təməlini meydana gətirir. Darvinist və materialist xarakterlidir. Həmçinin dünya darvinist diktatorluğunun qərargahıdır. Bütün dünyada darvinizmin tədris olunmasını məcbur edən sistemdir.
Beyninin içindəki təsvir sənə necə təlimat verir ki, səni İslam yolundan uzaqlaşdırır? Ağlın bu qədər mi zəifdir? “Ətrafımdakılar (yəni beynimin içindəki təsvir) mənə icazə vermədi” deyir. Sən Allaha itaət etsənə. Beyninin içindəki təsvirə niyə itaət edirsən? “Çox canlı görünür” deyir, “həqiqi kimidir” deyir. Həqiqi kimi olması əhəmiyyətli deyil. Bu, imtahan üçün yaradılan xəyaldır. Mütləq həqiqət olan Allahdır.
(A9 TV; 17 yanvar 2016)
Adnan Oktar
-
“Anam imkan vermədi, atam imkan vermədi, ticarətim vardı, dostlarım imkan vermədi” deyir. Sən Allah üçün, ailən üçün, yoldaşların üçün yaşayırsan? Allah üçün yaşayırsansa, öz qərarını özün verməlisən.
(A9 TV; 17 yanvar 2016)
Adnan Oktar
-
Dərin dövlət adamlarında Allahlıq iddiası olur, böyüklük iddiası. Yəni xalqdan fərqli olmaq. Xalqın oxumadığı kitabları oxumaq, xalqın bilmədiyi şeyləri bilmək, xalqdan daha zəkalı olmaq, xalqdan daha ağıllı olmaq, xalqın görüşə bilmədiyi insanlarla görüşmək, xalqın bilmədiyi planlar qurmaq, xalqın bilmədiyi gizli hadisələrin içinə daxil olmaq.
(A9 TV; 17 yanvar 2016)
Adnan Oktar
-
Bir tümörün ilk hüceyrəsi Allahdan əmri alır. Sən münafiqlik edirsən, lakin hüceyrəyə söz keçirə bilmirsən. O səni bürüyər. Allah bəlanı verər. Sən özünü müstəqil zənn edirsən. Yazığın birisən.
(A9 TV; 17 yanvar 2016)
Adnan Oktar
-
Münafiq müsəlmanı hər dəfə narahat etdikdə cəhənnəm onu bir qədər də özünə doğru çəkər. Həmçinin dünyada da, o bəlalar onu bir qədər də bürüməyə başlayar.
(A9 TV; 17 yanvar 2016)
Adnan Oktar
-
Münafiqin bir xüsusiyyəti də müsəlmanı narahat etmək istəməsidir. Bacardığım qədər zərər verim düşüncəsində olur. Sözüylə narahat etmək istəyər, rahatlığını pozmaq istəyər, pislik edəcəyini nəzərdə tutar. Kiçik, balaca bir zərər yaratmaq belə, onun üçün çox əhəmiyyətlidir. Halbuki öz aləmində verdiyi zərər müsəlmana hər dəfə savab, ona isə bəla qazandırar.
(A9 TV; 17 yanvar 2016)
Adnan Oktar
-
Dərin dünya dövlətinin, ənənəvi Ortodoks müsəlmanlığı təhrik edib, bu cür psixopat, təcavüzkar bir görkəmə salıb, müsəlmanı müsəlmana yox etdirmə planı var. Bu böyük təhlükədir.
(A9 TV; 17 yanvar 2016)
Adnan Oktar
-
Yerli xalqları mərhəmətsizcə yox etmək İngiltərə dərin dövlətinin ən bilinən tətbiqidir. Demək olar ki, aborigenləri tamamilə yox etdilər.
(A9 TV; 17 yanvar 2016)
Adnan Oktar
-
İnsan öldürmək, kütləvi qırğınlar törətmək İngiltərə dərin dövlətinin darvinist düşüncədən aldığı azğın bir inancdır. Sosial darvinizmə iman gətiriblər, darvinizmə iman gətiriblər. Bu imanlarını hələ təzə-təzə yox edirik.
(A9 TV; 17 yanvar 2016)
Adnan Oktar
-
PKK-nın snayperçiləri, PKK-lılar tərəfindən yetişdirilən insanlar deyil. İngiltərə dərin dövlətinin göndərdiyi Amerikalı mütəxəssislər var, onlar yetişdirirlər.
(A9 TV; 17 yanvar 2016)
Adnan Oktar
-
Küfr əhlində, Dəccal ordusunda çox modern silahlar var. Əsgərimizdə bu silahlardan yoxdur. Türk ordusunda fövqəladə silah üstünlüyü olmalıdır.
(A9 TV; 17 yanvar 2016)
Adnan Oktar
-
Allaha iman edirsənsə, səhər namaza durmamaq zülm sayılar. Çünki Allaha söz verirsən, mən Səni sevirəm deyirsən, nemətlərinin təqdir edirəm, şükür edirəm deyirsən. Lakin sənə təşəkkür etmək istəmirəm deyirsən. Belə olar heç?
(A9 TV; 16 yanvar 2016)
Adnan Oktar
-
Sübh namazına həvəslə durmalısan. Allah səni bu qədər incəliklərlə yaratmışdır, fasiləsiz surətdə nemət verir. Allah sənə səhər-səhər yemək verir, günorta da yemək verir, axşam da. Sənə fasiləsiz nəfəs verir, fasiləsiz ürəyini işlədir, gecə-gündüz. Ürəyini bir anlıq dayandırsa, ölərsən. Nəfəsini bir anlıq kəssə ölərsən. Sən təkcə bir namazı Allaha çox görsən, bu Allaha qarşı namərdlik olar.
(A9 TV; 16 yanvar 2016)
Adnan Oktar
-
Ölkəmizin ayaqda qalması, eləcə də, birlik və həmrəyliyin təmin edilməsi üçün nifrət siyasəti ortadan qalxmalıdır. Mürtəce ruh ortadan qalxmalıdır. Çünki ənənəvi mövhumatçı ruhda nifrət təməl siyasətdir. Hər şeydən nifrət edilər.
(A9 TV; 16 yanvar 2016)
Adnan Oktar
-
Gənclər arasında böyük nifrət ruhu hakimdir. Rusiyadan, İsraildən, Yunanıstandan və İrandan nifrət edirlər, öz aralarında nifrət hakimdir, eləcə də, başqa partiyalardan, başqa futbol klublarından və başqa şəhərlərdən nifrət edirlər. Yəni ağlasığmaz nifrət ruhu meydana gətirirlər. Belə cəmiyyətləri dağıtmaq olduqca asan olur. Bunun üçün əvvəlcə bu nifrət ruhu ortadan qalxmalıdır. Çox təcili məsələlərdən biri budur.
(A9 TV; 16 yanvar 2016)
Adnan Oktar
-
Bir ölkəni dağıtmağa təşəbbüs etsələr, əvvəlcə həmin yerin insanlarını sevgisiz, kinli, kobud, vəhşi, mədəniyyətsiz, estetika və incəsənətdən uzaq, qan tökən, ətrafa nifrət toxumları saçan, heç bir irqi və heç bir cəmiyyəti sevməyən, vəhşiləşmiş insanlar halına gətirərlər. Bundan sonra həmin insanları və həmin cəmiyyəti yox etmək çox asan olar. Birinci mərhələsi bu olur.
(A9 TV; 16 yanvar 2016)
Adnan Oktar
-
Ən gözəl bədən belə torpağın altında parçalara bölünəcək. Həyat çox qısadır. Hal-hazırda Allahın verdiyi orqanizmə həmd edirik, şükür edirik, lakin insan bu bədənə bağlana bilməz. Dünya gözəli birinin məzarı açılır; skelet, kəllə sümüyü, qollar, sümüklər. Neçə pəhləvanlar, neçə aslanlar məzarda sümükləri çürümüş vəziyyətdə yatırlar.
(A9 TV; 16 yanvar 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti üçün Qalata müqəddəsdir. Cinayət, işgəncə, bütün iyrənc əməllərini orada işləyiblər. Kəşfiyyatın da mərkəzidir. Qalata qülləsindən kəşfiyyat məqsədiylə istifadə ediblər.
(A9 TV; 16 yanvar 2016)
Adnan Oktar
-
Təbliğ edərkən insanların heç vaxt müxalifət etmədiklərini düşünək; hər dediyimizi qəbul edirlər, hər kəs bizi dəstəkləyir, alqışlayır; axirətə getdik, nə olacaq? Savab milyonda birdir. Lakin müxalifət varsa, sən cəhd edirsənsə, yəni səy göstərirsənsə, milyonlarla savab qazanarsan. Allah müqaviməti savabın möminə yağış kimi yağması üçün xüsusi yaradar. Allah tərəfindən möminə rəhmət kimi təqdim edilər.
(A9 TV; 16 yanvar 2016)
Adnan Oktar
-
Mövləvi təkkələrinin mərkəzi Qalata olduğu üçün, İngiltərə dərin dövlətinin nümayəndələri Qalataya çox əhəmiyyət verirlər. Bu səmt onlar üçün əhəmiyyətlidir, onlar bu səmti, agentlərin, casusların görüş yeri kimi görürlər.