Allah insanı “ən gözəl surətdə yaratdığını” bildirmişdir, lakin insan dünyada qüsurludur, insan cənnətdə hər cəhətdən qüsursuz olacaq.
(A9 TV; 29 aprel 2017)
Adnan Oktar
-
Xəstəliklər Allaha yaxınlaşmağa vəsilə olduğu üçün nemətdir.
(A9 TV; 29 aprel 2017)
Adnan Oktar
-
Müsəlman xəstəlikləri Allaha yaxınlaşmağa, dünyadan imtina etməyə, əbədi həyatını qazanmağa vəsilə kimi görər.
(A9 TV; 29 aprel 2017)
Adnan Oktar
-
Türkiyənin mənfəəti Suriyanın dövlət və ərazi bütövlüyünün qorunması istiqamətindədir.
(A9 TV; 28 aprel 2017)
Adnan Oktar
-
Suriyada dövlət dağılmadan hökumət dəyişikliyi edilərək, yeni sistemə keçilməli və Suriyanın bütövlüyü mütləq qorunmalıdır.
(A9 TV; 28 aprel 2017)
Adnan Oktar
-
Atomlar çox kəskin diqqətə və ağıla sahibdir. Atomaltı zərrəciklər milyardlarla ildir ki, hərəkət halındadırlar, lakin bir-birləri ilə heç toqquşmurlar.
(A9 TV; 28 aprel 2017)
Adnan Oktar
-
Məzhəb qarşıdurması İslam aləmini məhv etdi. Səhabə müsəlmanlığı, yəni Peyğəmbərimiz (s.ə.v)-in dövründəki İslam anlayışı yaşansa dünya çox gözəl olar.
(A9 TV; 28 aprel 2017)
Adnan Oktar
-
Qədim kitabələrə və arxeoloji tapıntılara baxdığımız zaman masonluğun təxminən 12 min il əvvələ qədər gedib çıxdığını görürük.
(A9 TV; 28 aprel 2017)
Adnan Oktar
-
Qadınlar cənnətin də, dünyanın da bəzəyidirlər. Qadınlara sevgi və hörmət göstərməyi bacarmayanlar əvvəlcə içlərindəki sevgisizliyi aradan qaldırmalıdırlar.
(A9 TV; 28 aprel 2017)
Adnan Oktar
-
Allah insanların düşünməsi üçün baxdıqları hər yerdə çoxlu iman həqiqəti yaradıb. Buna baxmayaraq, insanların heç düşünməməsi böyük zalımlıqdır.
(A9 TV; 28 aprel 2017)
Adnan Oktar
-
Xüsusi təyinatlıların sayını mütləq sürətlə artıraq. Təhsil üçün yeni məktəblər da açılsa çox yaxşı olar.
(A9 TV; 28 aprel 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövləti Osmanlının son dövrlərindən etibarən pəncəsini Türkiyəyə keçirdi. Bu pəncəni elmlə yox edəcək olan mehdiyyətdir.
(A9 TV; 28 aprel 2017)
Adnan Oktar
-
Ağaclar çox yaxşı qorunmalıdır. Ağaclara lövhə vurmağın, ağacın dibinə yuyucu vasitəli su tökməyin qanunlarla qadağan edilməsi lazımdır.
(A9 TV; 28 aprel 2017)
Adnan Oktar
-
Əgər Türkiyə qadın haqlarını, incəsənəti, elmi, keyfiyyəti ön plana alıb, Avropadan daha qabaqcıl mədəniyyəti müdafiə etsə, PKK-nı da heç kim dəstəkləməz.
(A9 TV; 27 aprel 2017)
Adnan Oktar
-
Darvinizmin aradan qaldırılması terrorun və fitnənin beynindən elmi yolla vurulması, darmadağın edilməsi deməkdir. Bu xidməti Türkiyə etməlidir.
(A9 TV; 27 aprel 2017)
Adnan Oktar
-
Əgər Türkiyə darvinizmi fikri olaraq aradan qaldırsa, bu Türkiyə əleyhinə olanların hamısına bir anda vurulmuş ən təsirli “elmi şillə” olar. İngiltərə dərin dövlətinin ədabazlığı arxasını darvinizmə dayamasından irəli gəlir. Türkiyə darvinizmi aradan qaldırsa elmi şilləni vurmuş olar. Türkiyənin darvinizmi aradan qaldırması İslam aləminə də nümunə olar. Onlar da güclənərlər. Allah “yoxdur” deyilən bu fitnəni bitirmiş olarıq.
(A9 TV; 27 aprel 2017)
Adnan Oktar
-
Evanqelistlər də, mühafizəkarlar da darvinizmə necə elmi cavab verəcəklərini bilmirlər. Təkcə bizim fəaliyyətlərimiz elmi cavab xüsusiyyətindədir.
(A9 TV; 27 aprel 2017)
Adnan Oktar
-
PKK-nın fəlsəfəsi marksist leninist düşüncədir. Darvinizm olmadan marksizm leninizm olmaz. Terrorun təməlindəki fəlsəfə darvinizmdir.
(A9 TV; 27 aprel 2017)
Adnan Oktar
-
Darvinizm İngiltərə dərin dövləti tərəfindən dəstəklənən və qorunan inkar fəlsəfəsidir.
(A9 TV; 27 aprel 2017)
Adnan Oktar
-
Darvinizm bütün dünyada zorla qəbul etdirilməyə çalışılır. Darvinizmi qəbul etməyən akademiklər işləyə bilmirlər.