Cənnətdə su altında insan balıq kimi oksigensiz üzər. Göydə istədiyi kimi uçar, yüksəklik qorxusu olmaz. Cənnətin xüsusiyyəti hər şeyin səbəbsiz olmasıdır. Dünyada istəyib etməkdə çətinlik çəkdiyimiz hər şey ən mükəmməl halı ilə Cənnətdədir. Burada heyvan sevgisi çətindir. Cənnətdə isə hər yer seviləcək heyvanlarla doludur. Cənnət, insanlar, mələklər, qılmanlar, heyvanlar, çiçəklər, ağaclarla hər yer hərəkətlidir. Dünyada təhlükəli olan, lakin çox sevdiyin idman növləri ilə cənnətdə ən gözəl şəkildə heç risk olmadan məşğul olarsan. Dünyada olan ağlımıza gələn hər şeyin yaradılış məqsədi cənnətdə mükəmməl halı olacağı üçündür. Dünyada imtahanın tələbi olaraq hər şey zərərli və zərərsiz olaraq iç-içə keçibdir. Cənnətdə isə hər şey tamamilə gözəllikdir və zərərsizdir. Dünyadakı kiçik nöqtənin, tək iynənin belə cənnətdə əsli var. - Harun Yəhya