Cənnət tərtəmizdir. Cənnətdə rəsm var, cənnətdə musiqi var, gözəllik var. Qadınlar çox baxımlıdır. Bu dünyanı da cənnətə çevir, niyə cəhənnəmə çevirməlisən ki? Allah imanla, ağılla, səylə bu dünyanı da cənnətə çevirməyimizi istəyir.
Təmizlən. Mömin tahirdir. Tahir nə deməkdir? Təmizlənmiş deməkdir. Allah bu acizliyi verəcək, sən də bundan xilas olub cənnət gözəlliyinə qovuşacaqsan. Mömin nur kimidir, tərtəmizdir.
(A9 TV; 16 iyul 2015)
Adnan Oktar
-
İslamiyyəti qorxunc bir şey kimi göstərdilər, dəhşət sistemi kimi göstərdilər, cəhənnəm kimi göstərdilər. Müsəlmanları da qətliam maşını kimi göstərdilər. İnsanları müsəlmanlıqdan fövqəladə dərəcədə soyutdular. Halbuki müsəlmanlıq gözəllik, estetika, incəsənət, ağıl, fikir, elm, irfan, xeyirxahlıq və səmimiyyətdir.
(A9 TV; 16 iyul 2015)
Adnan Oktar
-
Firon xarakterli insanlar müsəlmanların müvəffəqiyyətini qəbul edə bilməz. Müsəlman demək, dünyanın ən keyfiyyətli, ən ağıllı, ən yaxşı insanı deməkdir. Müsəlmanlıq elə qoxumuş, çürümüş insan mənasında deyil.
(A9 TV; 16 iyul 2015)
Adnan Oktar
-
Qatı dinçilərin darvinizmi (bu dünyanın gəlib-keçmiş ən böyük dəccal hərəkatıdır) məğlub etmə qabiliyyətləri sıfırdır. Bizdən başqa dəccaliyyəti elmlə, irfanla tapdalayan güc yoxdur. Dünya səviyyəsində belə təbliğ edən yoxdur. Var, amma bizim yanımızda zəif qalar.
(A9 TV; 16 iyul 2015)
Adnan Oktar
-
Kürd qardaşlarımızın Türkiyə sərhədindən kənarda dövlət qurması bizi narahat etməz. Fəxr edərik. Yetər ki, bunu müsəlmanlara yaraşan şəkildə etsinlər.
(A9 TV; 11 iyul 2015)
Adnan Oktar
-
Amerika dərin dövləti PKK alçaqlarını qorumaqdan imtina etsin. Əxlaqsızlara, murdar insanlara sahib çıxır. Bu çox çirkin hərəkətdir. Belə gedərsə Amerika bütün dünyadakı etimadını itirər.
(A9 TV; 11 iyul 2015)
Adnan Oktar
-
Dövlət, keşikçiləri polislərin arasına alsın. Saylarını da iki dəfə artıraq. Onlar Cənub-Şərqi Anadolunun bəzəyidir. Canlarını Allah, millət, vətən üçün ortaya qoyurlar. Dövlət bu gözəl insanlara var gücü ilə, ciddi şəkildə sahib çıxmalıdır.
(A9 TV; 11 iyul 2015)
Adnan Oktar
-
Türk İslam Birliyinin, İslam Birliyinin qapısını bağlamaq məqsədi daşıyan hərəkat aparılsa dəliyə dönərik. Yəni qiyamət qopar, bütün dünyada qiyamət qopar. Bu bizim normal haqqımızdır; öz ölkəmizdə müstəqil, rahat yaşamaq istəyirik.
(A9 TV; 11 iyul 2015)
Adnan Oktar
-
İsraillilər gözəl insanlardır. Hahamlar çox nəzakətli, sevgi dolu insanlardır. Lazımsız təbliğatla qəzəb meydana gətirilir. Nur kimi insanlardır. Heyrətamiz dərəcədə dindardırlar, Allahdan heyrət doğuran dərəcədə qorxurlar, Allahı çox sevirlər. Süni nifrət hakimdir. Cinayət işləyən ayrı, ona nə deyirsən de, amma məzlumundan nə istəyirsən?
(A9 TV; 10 iyul 2015)
Adnan Oktar
-
İslam pul qarşılığında təbliğ edilməz, haramdır. Bu müsəlman üçün çirkin və xoşagəlməz davranışdır. Allah ayədə, “sizdən mükafat istəməyənlərə tabe olun” deyir. Ayənin hökmü çox aydındır, bu mövzuda onlarla ayə var. İslamı təbliğ etdikdə mükafat istənilməz.
(A9 TV; 10 iyul 2015)
Adnan Oktar
-
Bölünmə riskinin nə olduğunu bilirsən? İnsanların tək-tək ölməsi deməkdir, ailələrin yox olması deməkdir, İslamın yox olması deməkdir, İslam Birliyinin mümkün olmayan hala gəlməsi deməkdir. Buna heç vaxt icazə vermərik.
(A9 TV; 10 iyul 2015)
Adnan Oktar
-
Darvinizm nə deyir bilirsən? Tövrat, İncil, Quran haqq kitablar deyil, Quran doğru söyləmir deyir. Peyğəmbərlər yoxdur deyir. Axirət, cənnət, cəhənnəm və mələklər yoxdur deyir. Darvinizmin anlatmaq istədiyi budur. Sən bu inkar fəlsəfəsini məktəblərdə dərs kimi öyrətsən, cavabını verməsən hər cür fəlakətə qapı açılar.
(A9 TV; 9 iyul 2015)
Adnan Oktar
-
Osmanlı imperiyasının süqut etməsinin əsil səbəbi darvinizmdir. Əbdülhəmidin dövründə bütün məktəblərdə darvinizm öyrədilirdi.
(A9 TV; 9 iyul 2015)
Adnan Oktar
-
Çin, hansı amerikalıya uyğur türklərinə davrandığı kimi davrana bilər? Bunu qətiyyən edə bilməzlər. Bu ədəbsizlikdən, vicdansızlıqdan əl çəksinlər. Uyğur türklərinə, ingilislərə, amerikalılara, hollandlara necə davranırlarsa, eynilə o cür davranmalıdırlar. Ölçü budur.
(A9 TV; 9 iyul 2015)
Adnan Oktar
-
Çinin uyğur türklərinə bu qədər hiddətlənməsinə ehtiyac yoxdur. Onları bu qədər hiddətlənməsi insanlarda dəhşətə və təşvişə səbəb olur. Yaxalarından əl çəkin, normal yaşasınlar. Amerikalılara, fransızlara necə hörmət edirsinizsə, uyğurlara da o cür hörmət edin.
(A9 TV; 9 iyul 2015)
Adnan Oktar
-
Yəhudilər ayrıdır, Yəhud qövmü vardır. Tövratda da keçər onlar; “Yəhudlar”. Yəhudilərdən fərqli qövmdür. Müşrik qövmdür və onların bir hissəsi keçmişdə mömin yəhudilərə baş bəlası olmuşdur.
(A9 TV; 8 iyul 2015)
Adnan Oktar
-
Cinayət törədənləri sərbəst buraxmaq olmaz. PKK-lılar; əsgərləri, polisləri vuracaq, şəhid edəcək; sonra isə onları sərbəst burax deyəcəksən. O zaman cinayət törətmək sərbəst olmuş olar. Belə şey olmaz.
(A9 TV; 8 iyul 2015)
Adnan Oktar
-
Yəhudilər, müsəlmanları mömin qəbul edərlər, iman əhli olaraq görərlər. Nuh nəsli olaraq görürlər. Biz də hz. Məhəmməd (s.ə.v)-i peyğəmbər olaraq qəbul etdikdən sonra, bütün yəhudiləri mömin qəbul edirik. Tövratda bildirilən namazı qılır, Tövratda bildirildiyi kimi zəkat verirsə mömindir. Hz. Məhəmməd (s.ə.v)-i də peyğəmbər olaraq görürsə, tamamdır.
(A9 TV; 8 iyul 2015)
Adnan Oktar
-
HDP adlı partiya yoxdur. Çünki HDP-nin bünövrəsi və ideologiyası yoxdur. İdeologiyası nədir? Marksizm deyil, kommunizm deyil, millətçilik deyil. Tək ideologiyası var ki, bu da qorxudur. Yəni bünövrəsi qorxudur. Xalq qorxudan gedib HDP-yə səs verir, məsələ budur.
(A9 TV; 8 iyul 2015)
Adnan Oktar
-
"Öcalana azadlıq" nə deməkdir bilirsən? "Cinayət sərbəst" deməkdir. "Qatil olmağın cəzası yoxdur. Əsgər şəhid etmənin, polis şəhid etmənin cəzası yoxdur”. Bu mənaya gəlir. Bu PKK-nın fəaliyyətini qanuniləşdirmə cəhdidir.