Cənabı Allah əylənməyin demir. Peyğəmbərimiz (s.ə.v)-in hədisləri vardır: "zarafat edin" deyir. Zarafatla əlaqədar, zarafatı təşviq edən hədislər vardır. Zarafat elə, amma axirəti, mələkləri mövzuya niyə qarışdırırsan? Zarafatın içinə niyə salırsan? Bu çox pisdir.
Allah bizi sıxışdırmaq istəməz, bizim yaxşılığımızı istəyir. Bizim normal, məqbul, vicdanlı, dürüst, yaxşı insan olmağımızı istəyir. Özü ilə, mələyi ilə lağ etsən, o zaman Allah nicatını kəsər.
(A9 TV; 24 Aprel 2012)
Adnan Oktar
-
Normal Müsəlman kimi yaşayaraq hüzur içində öl. Ölərkən də canını asanlıqla tapşırarsan , mələklər də sənə sevgi göstərər, qarşılanmağın da, cənnətə gedişin də, cənnətdə gördüyün etibar da gözəl olar. Əks halda, sonsuza qədər alçaldılarsan, əzab çəkərsən.
(A9 TV; 24 Aprel 2012)
Adnan Oktar
-
Sən axirətə lağ etməklə axirətdən xilas olacağını və yaxud axirət qorxusundan azad olacağını zənn edirsənsə yanılırsan. Daha da günahkar olarsan, işgəncən artar, əzab çəkərsən.
(A9 TV; 24 Aprel 2012)
Adnan Oktar
-
Axirətdə sorğu zamanı tək olursan. Orada meydan oxuya bilməyəcəksən, mənəm-mənəmlik edə bilməyəcəksən.
(A9 TV; 24 Aprel 2012)
Adnan Oktar
-
Mələklər canını alarkən qanın iliyi çəkilər, bacarmazsan (axirətlə zarafat edə bilməzsən). Cəhənnəmdə diz çökdürüldüyündə onları edə bilməzsən. Orada səni alqışlayanlar, dinləyənlər də olmaz.
(A9 TV; 24 Aprel 2012)
Adnan Oktar
-
Axirətlə lağ edərək bununla axirətdən xilas olacaqsan? Cəhənnəm əzabından xilas olacaqsan? Öldüyün zaman dünyadakı kimi ola bilməyəcəksən; vurnuxursan, göz yaşı içərisində dəhşət, sıxıntı yaşayırsan. Dünyada olarkən karikatura seyr edirmiş kimi aldığın kefi, sevinci yaşaya bilməzsən.
(A9 TV; 24 Aprel 2012)
Adnan Oktar
-
Mələklərlə əlaqədar, axirətlə əlaqədar karikaturalar çəkirlər. Başının üstündə quşlar, buludlarda adamlar uçur. Cəhənnəm zəbaniləri insanları qovur. Bütün karikatura jurnallarında vardır. BUNLAR ALLAH QORXUSUNU, ALLAH SEVGİSİNİ AZALTMAQ ÜÇÜN TƏBLİĞATDA İSTİFADƏ EDİLƏN GİZLİ ÜSULLARDIR.
(A9 TV; 24 Aprel 2012)
Adnan Oktar
-
AXİRƏTLƏ ƏLAQƏDAR LƏTİFƏ, ZARAFAT DANIŞILMAZ. Axirəti niyə mövzuya qatırsınız? Bu mövzuya axirəti, müqəddəsatı niyə qatışdırırsınız? BELƏ ETMƏKLƏ AXİRƏTƏ, MƏLƏKLƏRƏ QARŞI HÖRMƏTİ AZALDARSAN.
(A9 TV; 24 Aprel 2012)
Adnan Oktar
-
Marksist, Leninist düşüncənin mənbəyi terrordur. Buna görə dövlətin Darvinist-materialist təhsili dayandırması lazımdır. Leninizmi, Darvinizmi, Marksizmi cavabı ilə birgə izah et. Cavabsız izah edilsə, təsiri də dağıdıcı olar.
(A9 TV; 24 Aprel 2012)
Adnan Oktar
-
Pərişan insanlar, mühit olmamalıdır. Orta şərqdə bu böyük bəla, keyfiyyətsizlik hakimdir. BÜTÜN İSLAM ÖLKƏLƏRİNDƏ KEYFİYYƏTİN ƏN YÜKSƏK DƏRƏCƏSİNİN HƏDƏFƏ ALINMASI LAZIMDIR.
(A9 TV; 23 Aprel 2012)
Adnan Oktar
-
Keyfiyyətsiz teatr, parklar, məsələn; keyfiyyətsiz əyləncə, musiqi, geyim çox təhlükəlidir. Keyfiyyətsiz evlər, küçələr, yəni hər tərəf cəhənnəmə dönər, Allah əsirgəsin. KEYFİYYƏTƏ ÖNƏM VERSƏK, TEZ BİR ZAMANDA İNKİŞAF EDƏR.
(A9 TV; 23 Aprel 2012)
Adnan Oktar
-
Ən yüksək keyfiyyəti hədəfə almaq lazımdır. Avropa keyfiyyətindən də üstün bir keyfiyyəti qazanmaq məqsədi olmalıdır. Keyfiyyət milli siyasət prinsipinə əsaslanmalıdır.
(A9 TV; 23 Aprel 2012)
Adnan Oktar
-
Xurafatçıların ən narahat olduğu şey keyfiyyətdir. Xurafatçıların əsas xüsusiyyəti də keyfiyyətsizlikdir.
(A9 TV; 23 Aprel 2012)
Adnan Oktar
-
Keyfiyyətin aşağı olması çox təhlükəlidir. Xurafatçılığa zəmin hazırlayar. KEYFİYYƏTLİ BİR MÜHİTDƏ XURAFATÇILIQ QALMAZ.
(A9 TV; 23 Aprel 2012)
Adnan Oktar
-
Bütün Avropada, Amerikada keyfiyyət axtarışları davam edir. HƏR ŞEYİN ƏN YÜKSƏK KEYFİYYƏTİNİ ƏLDƏ ETMƏYƏ ÇALIŞMAQ LAZIMDIR.
(A9 TV; 23 Aprel 2012)
Adnan Oktar
-
Keyfiyyətsizlik təhlükəsi var. Buna qarşı dövlət xüsusi tədbir görməlidir. Bunun üçün xüsusi siyasət hazırlanmalıdır . Keyfiyyətsizliyin bir müddət sonra saxta və dağıdıcı təsiri ola bilər.
(A9 TV; 23 Aprel 2012)
Adnan Oktar
-
Əmri bil maruf nəhyi anil münkər. Gecə-gündüz Müsəlman bu ibadətləri etməyə görə məsuliyyət daşıyır. "Diyanət İşləri Nazirliyi edir" deyirlər. Diyanət İşləri Nazirliyi onun savabını özü alır. Bəs sən? Diyanət İşləri Nazirliyi sənin yerinə namaz qılır mı? Qılmır. Diyanət İşləri Nazirliyi də sənin yerinə təbliğ etməz. Sən hər şeyi özün etməlisən.
(A9 TV; 23 Aprel 2012)
Adnan Oktar
-
İnsanlar din izah edilərkən həmişə ağlın ixtiyarını aradan qaldıran nəyinsə olduğunu zənn edirlər. Xeyr, elə bir şey yoxdur.
(A9 TV; 23 Aprel 2012)
Adnan Oktar
-
Xurafatçılara qarşı aparılacaq ən doğru mübarizə Quranda açıqlanmışdır. ALLAHA, QURANA, İSLAMA TAM SAHİB ÇIXARAQ XURAFATÇI ÇABALAYAR. Əks halda xurafatçı özünü bu mövzuda haqlı çıxarar.Əks halda xurafatçı özünü haqlı, səni isə haqsız çıxarar.
(A9 TV; 23 Aprel 2012)
Adnan Oktar
-
Hər şeyə müsbət tərəfdən yanaşmaq lazımdır. Bir insanın bir çox müsbət tərəfi varsa, onun mənfi tərəflərindən bəhs etsən bu səmimi davranış olmaz. Hər şeyin müsbət tərəflərinə baxmaq lazımdır.