Cənabı Allah bizə cənnət dərinliyi versin, cənnət əxlaqı nəsib etsin, üfüqümüzü açsın. Bizi şeytanın şərindən, pisliklərindən qorusun. Şeytan aman verməz. Cənabı Allah şeytana, nəfsimizə qarşı savaşda qalib etsin.
Cənnətdə cinsi əlaqə vardır. Həm Quran ayələri, həmdə hədislərlə sabitdir. Cinsi əlaqə qeyri-məşru olsa pisdir. Məşru olsa, cinsi əlaqə nə deməkdir? Sevginin ən yüksək, ən keyfiyyətli ifadə şəklidir.
Cənnətdə peyğəmbərlərlə, vəlilərlə, gözəl əxlaqı yaşayanlarla xoş münasibətdə olacağıq, inşaAllah. Cənnət aşiq yurdudur, eşqin sıx yaşandığı yerdir.
Cənnət azadlıq yurdudur. Cənnətdə azad olacağıq, sakitlik olacaq, sıxıntı çəkməyəcəyik. Bədənimiz rahat olacaq, insana heç bir sıxıntı, narahatlıq verməyəcək.
Allah çox sevilmək, təqdir edilmək istəyir. Allahı çox sevib təqdir edəcəyik. Cənabı Allaha güvənəcəyik.
Mehdiyyət Türkiyədə olduğu üçün ölkəmiz xüsusilə qorunur. Hər yerdə iqtisadi böhran olsa da Türkiyə, Allahın icazəsi ilə, Nuhun gəmisi kimidir.
Hz. Mehdi (ə.s)-ın gəlişi mövzusu əhli sünnənin təməl inanclarındandır.
Cənab Dövlət Bağçalı çox ağıllı, bir çox əziyyətlərə düçar olmuş insandır. İdealistlərin lideridir. Onu sevir və hörmət edirik. MHP də bütün Türkiyəni əhatə edən partiyadır.
Qurtuluş yolu İslam Birliyidir. İslam Birliyində hər bir dövlət müstəqildir. İslam Birliyi sevgi, qardaşlıq, xoş niyyətli birlikdir.
İdarəçilik sisteminin bölünməyə səbəb olan cəhətləri özündə birləşdirməməsi və federasiya yolunu bağlaması çox əhəmiyyətlidir.
Qardaş və bacılarımız dünyanın hər yerində Mustafa Sungur Ağabəyimizə adı ilə dua etsinlər. Dualarında Ağabəyimizin dilinin açılmasını və sətəlcəm xəstəliyinin sağalmasını Rəbbimizdən istəsinlər.
Hz. Mehdi (ə.s) və İsa Məsih (ə.s) Allah aşiqidirlər. Allahı və Allahı sevənləri sevərlər.
Səid Özdəmir Ağabəy bizim canımızdır, Ustadımızdan bir yadigardır.
Başı örtülü və başı açıq xanımlar arasında qarşılıqlı sevgi, şəfqət və mərhəmət əsas olmalıdır. Başı örtülü xanımlar da, başı açıq xanımlar da nur kimi müsəlmanlardır. İstər başı örtülü, istərsə də başı açıq müsəlman xanımlar bizim bacılarımızdır.
Mərhəmətli olarkən məntiqə yer verilmir. Kiminsə evi yananda, təlaş içində küçəyə çıxar, hətta paltarı yana-yana sənin evinə də gələ bilər. "Aman mənim də evim yanar, diqqətli olum" demək olmaz.
İdeologiyanı elə ideologiya ilə, inancı inancla məhv etmək olar. Sən onun qarşısına elə bir güclü inanc çıxaracaqsan ki, məğlub edə biləsən.
Kəpənəklər özləri bəzəklidir, maşaAllah . Məsələn, böcəklər, arılar par-par parıldayırlar. Palçığın içinə də girsə, toz-toprağın içində də olsa yenə də tərtəmiz, parıltılı olarlar. Üstlərində heç toz da olmaz, amma insan elə deyil. Yəni insan çox diqqətli, özünəbaxımlı olmaqla, ağılla gözəl olar.
Bir qadının özünə baxması üçün ağıl lazımdır, zövqlü, bədii ruhlu olmalıdır. Çünki bədən xam materialdır. Ağıllı insan onu yaxşı işləsə heyrətamiz olar. Qadın də əgər ağıllıdırsa, özünü sevgi ilə, elmlə, ağılla, mədəniyyətlə, ədəblə təmin edər, dərin Allah sevgisi ilə, Allah qorxusu ilə gözəlləşdirər və bədənini də belə düşünərək mükəmməl edər.
Sevgini davam etdirmək çox əhəmiyyətlidir. İnsan həm keçici sevə bilər, həmdə ömrünün sonuna, sonsuza qədər sevə bilər. Keçici sevgi sevgi deyil. Bu, həvəsdir. Qəti, qərarlı olaraq, hətta daha da inkişaf etdirərək, gücləndirərək, artıraraq, gözəl istiqamətlərini görərək sevmək lazımdır, o, cənnətin vəsfidir.
Sevginin olması üçün də Allah qorxusu, Allah sevgisi lazımdır. Çünki Allah sevgisinə əsaslanan sevgi bitməz, tükənməz. Bir insan ölümlü olan əti, sümüyü nə qədər sevə bilər? Amma Allah sevgisinə əsaslansa mükəmməl bir sevgi olar.
Sevginin üstündə qətiyyətlə dayanmaq lazımdır. Əlindən almaq istəsələr belə müdafiə etmək lazımdır. Məsələn, uşağın əlindən oyuncağını alsan, necə ki o oyuncağı almaq üçün can atar, eləcə də müsəlman sevgidən əl çəkməyəcək. Nə olursa olsun sevgini, şəfqəti itirməyəcək.