Cəmiyyəti qəmgin, sevincsiz, gecə- gündüz kədərli, qorxu içində, narahat cəmiyyət halına gətirməyə çalışmaq ən böyük təhlükələrdən biridir. Buna kimsə təşəbbüs etməsin, vasitəçi də olmasın.
(A9 TV; 18 Sentyabr 2012)
Gözəlliyə qarşı kin bəsləməzlər. Gözəllik təqdir edilir. Nifrətlə yanaşırlar. Bu, Darvinist- materialist təhsilin nəticəsidir. Sevgiylə yetişdirilsələr insanlar belə olmaz. Coşğun sevgini hədəfə almalıdırlar. Onsuz da sevgi bizim fıtrətimizdə var. BİZ SEVİB-SEVİLMƏK ÜÇÜN YARADILDIQ. Həmişə bunu axtarırıq.
(A9 TV; 18 Sentyabr 2012)
Sevgi gözüylə baxan gözəlliklərdən zövq alar. Həsəd edən insan isə gözəlliklərə qarşı nifrət hiss edər.
(A9 TV; 18 Sentyabr 2012)
İnsan zəkası inkişaf etmiş bir zəka olduğu üçün, əgər Allahdan qorxmursa, Allahı sevmirsə, şeytanın təsirinə girir. Şeytanın təsirinə girəndə isə böyük ehtimalla da qeyri-normal hərəkətlər etməyə başlayır.
(A9 TV; 18 Sentyabr 2012)
Cənub-şərqdə kürd problemi yoxdur, kommunist üsyanı vardır.
(A9 TV; 18 Sentyabr 2012)
Qısqanmaq çox pis, alçaldıcı hərəkətdir, amma qibtə etmək gözəldir. "O nə gözəldir, ya rəbbim, məni də gözəlləşdir" deyirsən. Bu qibtədir. Qısqanclıq isə: "Ya Rəbbim, ondakı gözəlliyi əlindən al." Bu əxlaqsızlıqdır, zülmdür. Onun alçalmasını, yox olmasını istəmək zülmdür, dəccallıqdır.
(A9 TV; 18 Sentyabr 2012)
Nə qədər cavan və igid, cəsur, qoç kimi olduğumuzu bütün dünyaya göstərəcəyik. Biz bir gündə 100.000, 150.000 şəhid verən bir millətin övladlarıyıq.
(A9 TV; 18 Sentyabr 2012)
Dağa çıxan PKK-lı qurddan, mikrobdan yarandığına inanır.
(A9 TV; 18 Sentyabr 2012)
Hərbi tədbirlər terrora çarə ola bilməz. Çarə yalnız elmlə, fəlsəfə ilə, sevgiylə mümkündür.
(A9 TV; 18 Sentyabr 2012)
Qadın çox gözəl, cazibədar, iffətli olmalıdır. İnsanlar da onlara dəyər verib hörmət göstərməlidir. Belə cəmiyyət gözəl olar. Xanımları alçaq hesab etmək ağılsız hərəkətdir.
(A9 TV; 15 Sentyabr 2012)
Qadınlar həm gözəl, həm də iffətli olmalıdır. Heç kim qadınları narahat etməməlidir. Elə bir cəmiyyət yaranmalıdır.
(A9 TV; 15 Sentyabr 2012)
İbadəti göstəriş xatirinə etmək olmaz. İbadət ictimai olmalıdır. Onu gizlətməyə ehtiyac yoxdur. Təşviq edici olmalıdır. Namaz, zəkat ictimai olmalıdır. Əgər hər hansı birliyə, bir yerə verirsə, açıq-aşkar versin. Bir məscidə verirsə, fərz olsun hamı bilsin. Çünki burda nümayiş ediləcək nəsə yoxdur, əksinə təşviq vardır.
(A9 TV; 15 Sentyabr 2012)
Hz. Mehdi (ə.s) çıxmazsa, bəla yağış kimi dünyaya yağar və yağır da. Bunu mən deyil, peyğəmbərimiz (s.ə.v) deyir. Uğursuzluq dünyanı bürüdü. Mehdi (ə.s)-dan başqa qurtuluş yolu yoxdur.
(A9 TV; 15 Sentyabr 2012)
Bir xurafatçı üçün şiddət onsuz da din, dinin gərəyi deməkdir. Əvvəlcə xurafatçı ideologiyası aradan qalxmalıdır. Xurafatçı fikrin aradan qalxması üçün məzhəblər ləğv olunmalıdır. Onda Mehdiyyətdən başqa heç bir çıxış yolu yoxdur. İslam aləmi Mehdi (ə.s)-ın şərhindən başqa heç bir liderin şərhini qəbul etməz.
(A9 TV; 15 Sentyabr 2012)
Dövlət Darvinist- materialist təhsili dayandırmalıdır. Bu, uğursuzluq gətirir, Allahın narazılığına səbəb olur. Doğru, elmi məlumat verin.
(A9 TV; 15 Sentyabr 2012)
Bədiüzzamanı Mehdi kimi göstərmək cəhdinin arxasında İslam Birliyinə maneə törətmək istəyi vardır. Çünki Bədiüzzamanı Mehdi olaraq göstəməkdə məqsəd budur: "Baxın, Mehdiniz gəldi, amma İslam hakim olmadı".
(A9 TV; 15 Sentyabr 2012)
Hz. Mehdi (ə.s) tələbələri bir-birinə bənzəyər. Biz də hz. Mehdi (ə.s) tələbəsiyik və bir-birimizə oxşayırıq.
(A9 TV; 14 Sentyabr 2012)
Müsəlmanın xüsusiyyəti belədir ki, əxlaqsızlara, yalançılara qarşı mübarizə aparar. Sən də bunlara qarşı elmlə, Quranla mübarizə aparmalı, səbirli olmalısan.
(A9 TV; 14 Sentyabr 2012)
Allahı sevən yəhudiləri və xristianları da həmişə dəstəkləyəcəyik. Allahı sevən müsəlman, ələvi, bektaşi hər kim olursa olsun, əhli-qiblə olan bütün bacı-qardaşlarımızı başımızın tacı edirik və edəcəyik də, inşaAllah.
(A9 TV; 14 Sentyabr 2012)
Peyğəmbərimiz (s.ə.v) Quranı bizə təfsir edən, eyni zamanda, qeybdən Allahın diləməsi ilə məlumat verən insandır. Allah peyğəmbərlərə qeybdən məlumat verəcəyini söyləyir və vermişdir. Onların dedikləri həmişə doğru çıxar. Kim inkar edirsə etsin. İnkar etməsi heç nəyi dəyişdirmir.
(A9 TV; 14 Sentyabr 2012)
Əsgər müqəddəsdir, əsgərə söz demək olmaz. Sevgi, məhəbbət, səmimiyyət göstərilməli, dəstək olunmalıdır. Türk ordusu polad kimidir, adi ağcaqanad vızıltısından narahat olmaz.
(A9 TV; 14 Sentyabr 2012)