Məktəblərdə həftədə 3 gün iman həqiqətlərindən də bəhs edən “milli şüur” dərsi keçirilsə, gənclərin bütün motivasiyası, ruh halı, psixologiyası dəyişər. Çox faydalı olar.
(A9 TV; 21 mart 2016)
Adnan Oktar
-
Kommunizmə həyat verən darvinizmdir, yəni şah damarıdır. Bu kəsilsə kommunizm yox olar. Bunun üçün hökumətdən bu barədə xahiş edirik, dövlət kanallarında darvinist təbliğata son qoyulsun. Orta məktəb və universitetlərdə darvinist təbliğata son qoyulsun.
(A9 TV; 21 mart 2016)
Adnan Oktar
-
Ləyaqətsiz münafiqlər Allah üçün aparılan mübarizəni ağılsızlıq kimi görərlər. Mənfəətləri olsa, məsələn, Peyğəmbərimiz (s.ə.v) onlara beş kisə, on kisə qızıl versə, heç vaxt: "bu istidə döyüşə çıxmayın!" deməzlər. "Döyüşməyi bacara bilsəydik sizinlə gələrdik" sözünü heç vaxt söyləməzlər. Yaxud: "burada əbəs yerə canımızı veririk" deyə heç vaxt deyinməzlər. On kisə qızıl alsa, havalanar, çox şövqlənər.
(A9 TV; 7 mart 2016)
Adnan Oktar
-
Yas tutmaq Qədim Şumerlərin, Akkadların, Xetlərin, bütpərəst qövmlərin, Qədim Misirin tətbiqidir, Quranda bir çox ayə və hədislərlə qadağan edilmişdir. Allaha təvəkkül etməyə zidd davranışdır.
(A9 TV; 7 mart 2016)
Adnan Oktar
-
Allahı zikr etməyənlərin, Allahdan uzaq olanların qəlbində narahatlıq, gərginlik olar. Səbəbsiz qorxu, dəlisov həyəcan. Allah qəlblərinə həmişə narahatlıq verər.
(A9 TV; 7 mart 2016)
Adnan Oktar
-
Şeytan İslamı yox etmək üçün, mövhumatdan istifadə edərək güclü zərbə endirib. Şeytanın təsiriylə namazı qılına bilməyəcək, dəstəmazı alına bilməyəcək hala gətiriblər.
(A9 TV; 7 mart 2016)
Adnan Oktar
-
Allah sevgisi insanda ətalətə icazə verməz. Müsəlman qafil olmaz. Hər zaman çevik, canlı və diqqəti açıqdır. Qafil olsa bəla hər tərəfdən bürüyər insanı. Allah qorusun.
(A9 TV; 6 mart 2016)
Adnan Oktar
-
Mömin, müttəqi bir insanın Allah sevgisi, Allah qorxusu, üzündə həyəcan formasında özünü bəlli edər, görünər, hiss edilər. Lakin ruhu çökmüş, içi çökmüş, zehni çökmüş bir insanda bunu görmək qeyri-mümkündür. Çünki Allah ilə əlaqəsini kəsdiyi üçün qafildir. Qafil olduğu üçün də həyəcanı yox olmuşdur.
(A9 TV; 6 mart 2016)
Adnan Oktar
-
Mömin cihad, yəni cəhd etmə şövqü ilə həyəcan yaşayar. Əgər bir insanın qəlbində ətalət varsa, qəflət varsa yorğun və laqeyd olar. İçinə qapalıdır. Çünki, din onu maraqlandırmır. Allah qorxusu maraqlandırmır. Allah sevgisi maraqlandırmır. Onun üzünə əks olunacaq həyəcanı olmaz.
(A9 TV; 6 mart 2016)
Adnan Oktar
-
"Şükür etsəniz" demək, "çox səmimi müsəlman olarsınız" deməkdir. Yoxsa insan marixuana satar, qazanar, şükür edər. Zülm edər, silah satışıyla məşğul olar, şükür edər. Belə deyil. Qurana tam tabe olaraq, səmimi olmaqla şükür edilər.
(A9 TV; 6 mart 2016)
Adnan Oktar
-
Xızır (ə.s) hərdən insanları imtahan edər, hz. Musa (ə.s)-ı imtahan etdiyi kimi. İnsanlar onun imtahan etdiyini anlaya bilməz. Həm öyrədər, həm də imtahan edər.
(A9 TV; 6 mart 2016)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v)-in baxışları çox kəskin idi. Niyə? Çünki, qəlbi həmişə Allah ilə birlikdə idi. Allahdan qorxurdu. Lakin müşriklər axmaq kimi baxırdılar. Çünki onlar acgöz idilər. Heyvan kimi, heyvanlardan da aşağı mövqedədirlər. Təbii ki, baxışlarında da heyvan görünüşü olur.
(A9 TV; 6 mart 2016)
Adnan Oktar
-
Allah qorxusu, Allah sevgisi mənasız baxışın yaranmasına mane olar. Allah qorxusuna sahib insanın boş-boş baxmasının heç bir izahı olmaz. Allahdan qorxursa mütləq baxışları dərrakəli, kəskin və diqqətli olar.
(A9 TV; 6 mart 2016)
Adnan Oktar
-
Qəlb əgər Allah ilə bərabərdirsə, baxışda gözəllik, dərinlik, xoşluq vardır. Lakin Allahdan uzaq qafil qəlbdə, insanın gözü dərhal bunu bəlli edər. Allah ayədə bunu bizə deyir: "əgər istəsəm onları simalarından tanıyarsan". Sima dedikdə, baxışı nəzərdə tutulur. Baxışdakı mənasızlığın səbəbi, ruhunun boş olmasıdır.
(A9 TV; 6 mart 2016)
Adnan Oktar
-
Biz Bədiüzzamanı sevirik, niyə sevirik? Fədakarlığından ötrü sevirik. Yoxsa geriyə nə qalardı? Sunqur Ağabəyi əziyyət çəkdiyi üçün sevirik. Bədiüzzamanın tələbəsi olan digər Ağabəylərdən də sevdiklərimiz var, lakin çəkdikləri əziyyətlərə görə sevirik. Az əziyyət çəkəni daha az sevirik. Çox əziyyət çəkəni daha çox sevirik.
(A9 TV; 6 mart 2016)
Adnan Oktar
-
Rəsulullah, Rəsulullah olsa da çəkdiyi əziyyətin həddi-hüdudu yoxdur. Allah "Həbibim" deyir, Peyğəmbərimiz (s.ə.v)-i heyrətamiz dərəcədə sevir. Lakin bu üstünlüyündən ötrü sevir.
(A9 TV; 6 mart 2016)
Adnan Oktar
-
Şəhidlik gözəl nemətdir, lakin cəhd də çox gözəldir. Yəni illərlə, məsələn, 60 il, 70 il, 80 il ömrünü cihadla keçirmək çox gözəldir. Bunun savabı təsvir edilməzdir, çünki bu cür olduqda vəlayət mərtəbələrinə çıxılır.
(A9 TV; 6 mart 2016)
Adnan Oktar
-
Mömin çox saf varlıqdır. Qurana möhkəm şəkildə sarıldığı zaman, heç vaxt batmayan və doğru istiqamətdə hərkət edən bir gəmidə olmuş olar, dümdüz gedər o zaman.
(A9 TV; 5 mart 2016)
Adnan Oktar
-
Şeytan beynin qapanmasını istəyər. Ən güclü təsiri də zəiflədərək edər. Bu bir çox insanın gözündə görülər. Boş, durğun baxış olar. Mömin şahin kimidir. Belə şeyə təslim olmaz.
(A9 TV; 5 mart 2016)
Adnan Oktar
-
Şeytan insana cürbəcür təsir göstərər. Ən bərbad təsirlərindən biri də durğunluq verməsidir. Mömin bunu iradəsiylə, ağlıyla yox etməlidir.