Bu ölkədə səfir olaraq bizim himayəmizdə olan insanı arxasından vurmaq çox böyük əxlaqsızlıqdır. Müsəlmanın edəcəyi hərəkət deyil.
(A9 TV; 21 dekabr 2016)
Adnan Oktar
-
Türkiyə, Rusiya, Pakistan və İran birləşsə İngiltərə dərin dövlətinin bu cür böyük güclə başa çıxması mümkün olmaz.
(A9 TV; 21 dekabr 2016)
Adnan Oktar
-
Müsəlmanların şəffaflaşdırılması layihəsi İngiltərə dərin dövlətinin bir oyunudur. Əsil Chatham House kimi yerlərin şəffaflaşdırılması lazımdır. Soros vəqfini "müsəlmanları şəffaflaşdırmaq" məsələsində yönləndirən İngiltərə dərin dövlətidir. Daha əvvəl Misirdə müsəlmanları şəffaflaşdırma oyununu oynadılar, sonra Suriyada, indi Türkiyəyə bu oyunu oynayırlar.
(A9 TV; 21 dekabr 2016)
Adnan Oktar
-
Hədislərdə dəccalın çox əlli və çox dilli olmasından bəhs edilmişdir. Əslində İngiltərə dərin dövləti və dəccaliyyət üstündə dayanılmalıdır.
(A9 TV; 21 dekabr 2016)
Adnan Oktar
-
Tayyib hocama dəstək olmaq siyasi məsələ deyil. İnsanlar Əbdülhəmid dövründən bəri istədiklərini devirməyə, Türkiyəni yönləndirməyə alışıblar. Bu çirkin sistemin davam etməsini istəyirlər. Tayyib hocama millət olaraq dəstək olub bu sistemin pozulmasını təmin edəcəyik.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Türkiyə çox mühüm dövrdən keçir. MHP, CHP, AKP birlik ruhu içində hərəkət etməlidir. Sevgini, qardaşlığı gücləndirək, Türkiyənin indi klassik siyasət və sərt müxalifət üslubuna deyil, birliyə ehtiyacı var. Türkiyə belə çətin dövrdən keçərkən bu vəziyyəti siyasi fürsətçilik gözü ilə qiymətləndirməyə çalışmaq çox böyük ayıb olar. Türkiyə birlik olmalıdır.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Münafiq heç bir işlə maraqlanmaq istəməz, hər şeyi müsəlmanlara etdirmək, onları işlətmək, onlara yük olmaq istəyər.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Münafiqlər əşyanı dəyərindən salmağa, korlamağa və ziyan verməyə çalışarlar. Həmişə fitnə-fəsad törətməklə məşğuldurlar. (Əraf surəsi, 85: Mədyən (topluluqna da) qardaşları Şüeybi (göndərdik. Şüeyb onlara:) Dedi: "Ey qövmüm! Allaha ibadət edin, sizin Ondan başqa İlahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aydın bir sənəd (möcüzə) gəlmişdir. Ölçüyə və çəkiyə tam riayət edin, insanların (haqları olan mallarını) əşyasını dəyərindən salıb əskiltməyin və islah olduqdan sonra yer üzündə fitnə-fəsad törətməyin. Bu sizin üçün daha xeyirlidir, əgər inanırsınızsa".)
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Münafiq əkini, heyvanı, insanı hər şeyi pozar. Dəccaliyyətin bu əsrdə qidaların və heyvanların quruluşunu pozması da bu xüsusiyyətlərdən biridir. (Bəqərə surəsi 205: O, iş başına keçən kimi (yaxud arxasını dönüb gedən kimi) yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevməz.)
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Münafiq imkan əldə etdiyi anda mütləq sistemi, vicdanı, əxlaqı pozar. Sağlam cəmiyyət olmasını istəməz, buna görə hər şeyi məhv edər.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Şeytan insanı xülyalara salaraq məhv edər, münafiq də eynilə şeytan kimi zehni, məntiqi, ətrafını, hər şeyi pozar və təxribat törədər.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Münafiqin fasiləsiz lağım kimi nəcis axıtmasının səbəbi ruhunun şeytanın nəzarəti altında olmasıdır.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Hz. Musa dövründəki münafiqlər, bir cür yemək kifayət etməz, sağlamlığımıza zərərdir deyirlər. Həmişə xiyar, soğan istəyirlər. Məqsədləri yemək və ya sağlamlıqları deyil, müsəlmanlara iş çıxartmaq, həmişə qarışıqlıq yaratmaq və müsəlmanların vaxtını almaqdır.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Münafiq mövqe qazanmaq üçün sağlamlığından istifadə edər. Peyğəmbərimiz (s.ə.v) dövründə "bu istidə döyüşə çıxılar mı?" demələrinin altındakı məntiq budur.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Münafiqin istifadə etdiyi damarlardan biri də "azadlıq"dır. Azadlıq adı altında dini, inancı, müsəlmanları məhv etməyə çalışar.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Münafiq hüzuru da məhv etmək istəyər. Buna görə də, həmişə qarışıqlıq, anarxiya meydana gətirər. Lakin bunu edərkən mütləq məqbul görünən zəmin yaradar.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Münafiq şeytan ruhlu olduğu üçün əşyanı, sevgini, dostluğu, xidməti, möminləri hər şeyi məhv etmək istəyər.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
ABŞ-ın yeni prezidenti olan Trampı bir daha təbrik edir, əvvəllər olduğu kimi yenidən dindar bir Amerika yaradacağına inanırıq.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Suriyanın ərazi bütövlüyünün qorunması düzgün siyasətdir. Bu siyasət, İngiltərə dərin dövlətinə də böyük mənəvi zərbə olar.
(A9 TV; 20 dekabr 2016)
Adnan Oktar
-
Rusiya səfiri millətimizə əmanət verilmiş bir insandır. Əmanət olan insanı arxasından vurmaq çox böyük alçaqlıq və namərdlikdir.